Məhkəmə qərarları › İş №2(002)-1893/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1893/2021

05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1893/2021 05.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X3 vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ölmüş şəxsin kredit borcunu mirası qəbul etmiş vərəsələrdən tutulması tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏ N ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh X3 vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbini bununla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Binəqədi fialı ilə X5 arasında bağlanmış 23.04.2014-cü il tarixli, 54-23.07.2014-SM54№li kredit müqaviləsinə əsasən Bank tərəfindən X4 12 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə hesablanmaqla 350 manat məbləğində kredit verilmişdir.Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X2 24.08.2014-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri 8 saylı Notariat Kontorunun məktubu ilə müəyyən edilmişdir ki, X1 vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 08.05.2021-ci il tarixli maliyyə arayışına əsasən X3 banka ödənilməmiş qalan 322.58 manat borcu qalmışdır. X1 vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 vərəsə kimi müəyyən olunmasına baxmayaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında olan öhdəliyi icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, onlar həmin öhdəliyi bu günədək tam şəkildə yerinə yetirməmişlər. Göstərilənləri nəzərə alaraq, X3 vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 322.58 manat əsas borcun, ödənilmiş 20 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X3 vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Azərbaycan Respublikası MPM-in 284-5.1 və 284-5.2-ci maddələrinə əsasən ona göndərilmiş rəsmi bildirişlə bağlı müəyyən edilmiş qaydada iddiaya qarşı hər hansı əsaslandırılmış yazılı etiraz bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialı ilə X5 arasında bağlanmış 23.04.2014-cü il tarixli, 54-23.07.2014-SM54№li kredit müqaviləsinə əsasən Bank tərəfindən X4 12 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə hesablanmaqla 350 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 8 saylı 8 saylı notariat ofisinin 19 mart 2021-ci il tarixli, 496 sayılı məktubundan görünür ki, 24.08.2014-xü il tarixdə ölmüş X3 ölümündən sonra Bakı şəhəri 8 saylı notariat kontoruna müraciət daxl olmuş 78/2017 nömrəli vərəsəlik işi açılmış və X3 vərəsələri arvadı Cavabdeh1, qızı Cavabdeh2 və qızı Cavabdeh3 vərəsəlik haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan 16 sentyabr 2017-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 24.08.2014-cü il tarixdə vəfat etmiş X3 vərəsələri arvadı Cavabdeh1 1/3 hissə, qızı Cavabdeh2 1/3 hissə və qızı Cavabdeh3 1/3 hissə əmlakdan pay almalıdır İş materiallarında olan X3 vərəsələri arvadı Cavabdeh1, qızı Cavabdeh2 və qızı Cavabdeh3 ünvanlanmış 08.04.2021-ci il tarixli bildirişdən görünür ki, X3 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu ilə əlaqədar borcu 7 iş günü müddətində ödəməsi ilə bağlı xəbərdar edilmişlər. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verilməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ var. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Göstərilən Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Qeyd edilən Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə görə əsasən Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsinə görə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddərinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycam Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04.06.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci , eləcə də 1146,1255 və 1306-ci maddələrinə uyğun olaraq borclunun ölümündən sonra ilk növbədə mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 284-1-ci maddəsinə görə mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, X3 vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 322.58 borc, ödənilmiş 20 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1 və 8.1.2 maddələrinə əsasən məhkəmələrə verilən iddia ərizələrinə görə iddianın qiyməti 500 manatadək olduqda 20 manat, iddianın qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 284-1 - 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh X3 vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 322.58 manat əsas borc, ödənilmiş 20 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqı tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar