Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1906/2023 13.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi ilə, iddiaçı Bakı şəhər Probasiya İdarəsinin cavabdeh Vahidov Fuad Əlimədət oğluna qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhər Probasiya İdarəsi cavabdeh Vahidov Fuad Əlimədət oğluna qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Vahidov Fuad Əlimədət oğlundan ona təhvil verilmiş avadanlığın dəyəri olan 2277,40 manat dəyərində pul vəsaitinin alınaraq Bakı şəhər Maliyyə İdarəsinin müvafiq hesabına (AZ66CTRE00000000000002107131, səviyyə kodu: 1, təsnifat kodu: 142330, valyuta: AZN, VÖEN: 1700446391) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Bakı şəhər Probasiya İdarəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Vahidov Fuad Əlimədət oğlu Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-269/2021 nömrəli, 29.07.2021-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 04 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilmişdir. 06.10.2021-ci il tarixdə Bakı şəhər Probasiya İdarəsinin icra məmuru E.Kərimov tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsindən istifadə qaydaları izah edilmişdir. Elə həmin gün müvafiq aktla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd enerji götürücü qurğu, bir ədəd sadə elektron qolbaq, yaddaş kitabçası Vahidov Fuad Əlimədət oğluna quraşdırılaraq təhvil verilmişdir. Vahidov Fuad Əlimədət oğluna üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə bu avadanlıqlara görə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Məhkum F.Vahidovdan təhvil alınmış elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəyin nəticəsində müəyyən ounmuşdur ki, mobil qurğunun çərçivəsi kleylənib, müdaxilə ehtimalı var və istifadəyə tam yararsızdır. Mübahisənin başqa qaydada həlli mövcud olmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ona görə də iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. İddiaçı Bakı şəhər Probasiya İdarəsinin nümayəndəsi məhkəməyə 12.07.2023-cü il tarixdə ərizə ünvanlayaraq mülki işə iddiaçı təşkilatın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə istinad edərək, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən Bakı şəhər Probasiya İdarəsinə ünvanlanmış 19.08.2021-ci il tarixli hökmün icrası barədə göstərişin surətindən görünür ki, Vahidov Fuad Əlimədət oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə məhkum olunmasına dair 29 iyul 2021-ci il tarixli, 1(002)-269/2021 nömrəli hökm icra olunması üçün Bakı şəhər Probasiya İdarəsinə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli, 1(002)-269/2021 saylı hökmünün surətindən görünür ki, Vahidov Fuad Əlimədət oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 2 il 4 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması hökm edilmişdir. İş materiallarında olan icra məmuru Kərimov Emin Mahir oğlu tərəfindən tərtib edilmiş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslə aparılmış söhbətin nəticələrinə dair 06.10.2021-ci il tarixli protokolun surətindən görünür ki, Bakı şəhər Probasiya İdarəsinin icra məmuru Kərimov Emin Mahir oğlu Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli, 1(002)-269/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli biıinərək 02 il 04 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Vahidov Fuad Əlimədət oğlu ilə 06.10.2021-ci il tarixdə saat 12:00-da Bakı şəhər Probasiya İdarəsində söhbət aparmışdır. Söhbət zamanı məhkuma məhkəmə hökmünün icrası ilə bağlı hüquqları, qanunla və məhkəmənin hökmü ilə məhkumun üzərinə qoyulmuş vəzifələr izah edilmiş və yol verilə bləcək pozuntulara görə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər təkrar nəzərinə çatdırılmışdır. İş materiallarında olan 06.10.2021-ci il tarixli aktın surətindən görünür ki, Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsinin baş məsləhtçisi Orxan Hacıyev və Bakı şəhər Probasiya İdarəsinin baş məsləhətçisi Əli Əmirov, həmin idarənin icra məmuru Emin Kərimov bu aktı tərtib etmişlər ona görə ki, 35634879, 35630835 nömrəli Attenti markalı, bir ədəd elektron nəzarət vasitəsi Emin Kərimova təhvil verilmişdir. İş materiallarında olan 06.10.2021-ci il tarixli protokolun surətindən görünür ki, 1 ədəd “ATTENTİ” markalı, 35630835 seriya nömrəli elektron nəzarət qurğusu komplekti məhkum Vahidov Fuad Əlimədət oğluna təhvil verilmiş və istifadə qaydaları izah olunmuş, həmin vasitə zədələndikdə və ya digər üsulla yararsız vəziyyətə salındıqda dəyərinin ondan tutulacağı nəzərinə çatdırılmışdır. İş materiallarında olan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə tətbiq edilmiş elektron nəzarət vasitələrinin götürülməsi və Probasiya Xidməti Elektron Monitorinq İdarəsinə təhvil verilməsi barədə 07.03.2023-cü il tarixli aktın surətindən görünür ki, məhkum Vahidov Fuada tətbiq edilmiş 1 ədəd Attenti markalı elektron nəzarət vasitəsi cəzası bitdiyindən sökülərək götürülmüş, nəzarət komplektinin enerji ehtiyatı zəifliyi, korpusun hermetikliyinin pozulması və elektron qolbağın xarici örtüyünün vizual görünüşü yoxlanılmışdır. Baxış zamanı korpusun kənarında zədə aşkar edilmişdir. İş materiallarında olan elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyin surətindən görünür ki, Attenti V6 mobil qurğusunda çərçivə kleylənmiş, müdaxilə ehtimalı var, istifadəyə tam yararsızdır. İş materiallarında olan Ədliyə Nazirliyi Probasiya Xidmətinin rəisi, Baş Probasiya məmuru, III dərəcəli dövlət ədliyyə müşaviri A.Ziyadova təqdim edilmiş 29.07.2021-ci il tarixli məktubun surətindən görünür ki, Probasiya xidmətinin qeydiyyatında olan “Attenti” markalı elektron nəzarət vasitələri tətbiq edilmş məhkumlar tərəfindən onlara verilmiş həmin elektron avadanlıqların itirilməsi və yararsız hala salınması hallarında avadanlığın dəyəri (cəmi 2277 manat) nəzarət subyektindən tutulması üçün təqdim edilmişdir. Beləliklə, məhkəmə iclasında iş üzrə sübutlara əsasən müəyyən edildi ki, cavabdeh Vahidov Fuad Əlimədət oğlu məhkəmə hökmünə əsasən cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitələrini qorumalı olduğu halda, həmin öhdəliyinə əməl etməmiş, həmin elektron nəzarət vasitələrinin zədələnməsi nəticəsində dövlət büdcəsinə 2277,40 manat məbləğində ziyan vurmuşdur. Ona görə də cavabdeh məhkumun davranışı üzərində nəzarəti həyata keçirən iddiaçı təşkilatın iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən, elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Vahidov Fuad Əlimədət oğlundan dəymiş ziyana görə 2277,40 manat (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) məbləğində pul tutularaq Bakı şəhər Maliyyə İdarəsinin müvafiq hesabına (AZ66CTRE00000000000002107131, səviyyə kodu: 1, təsnifat kodu: 142330, valyuta: AZN, VÖEN: 1700446391) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1906/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1906/2023
13.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver