Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-192/2023 06.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı borc pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2400 manat borcun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlər Cavabdeh1 və Cavabdeh2lə bir ərazidə yaşadığı üçün onları bir qonşu qəsəbə sakini kimi tanımışdır. Hər gün gördüyü adamlar olublar və münasibəti də bir-birilərinə normal olmaqla görəndə salamlaşan adamlar olmuşlar. O, məhlədə taksi fəaliyyəti ilə məşqul olduğu üçün cavabdehləri ara-sıra işə və digər yerlərə aparmışdır və beləliklə tanış olmuşlar. Bu minvalla ona ərk edib özlərinin problemlərini ona danışmış və ondan borca pul istəmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumilikdə 2400 pul vermişdir.Cavabdehlər etibarından sui-istifadə edərək pulunu birdəfəyə gətirib ödəyəcəklərini bildirsələrdə lakin bu günə kimi qaytarmamışlar. O, məcbur qalıb polis idarəsinə ərizə ilə müraciət etdikdən sonra cavabdehləri polis idarəsinə çağırmİşlar. Cavabdehlər polis idarəsində izahat verərək ona borclu olduqlarını etiraf etmişlər. Polisə verdikləri izahatlarının surətini iddia ərizəsinə əlavə etmişdir. Beləliklə,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona cəmi 2400 manat borcları yaranmışdır. Onlardan dəfələrlə pulunun qaytarılmasını bildirsə də, lakin o pulu ödəməkdən imtina etmişdir və onu təhqiramiz sözlərlə, insanlıqdan kənar olan sözlərlə təhqir etmişlər.Bu barədə də.iddia ərizəsinə disk əlavə etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh1 900 manat, Cavabdeh2 isə 1500 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasında iddianın etirafı barədə ərizə təqdim edərək iddia tələblərini qəbul etdiklərini bildirərək, iddianın təmin edilməsinə etiraz etməmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında ərizə təqdim edərək, onlara qarşı olan iddia tələblərini qəbul etdiklərini və iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin məhkəməyə ünvanlandığı xx.xx.2022-cı il tarixli sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə vətəndaş İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbi ilə polis idarəsinə müraciət etmişdir.Vətəndaşın şikayət ərizəsi əsasında Cavabdeh2 və Cavabdeh1 bölməyə çağırılmış və izahatlar alınmışdır. Cavabdeh2 və Cavabdeh1 xx.xx.2022-ci il tarixdə verdiyi izahatlarından da görünür, Cavabdeh2 İddiaçı 1500 manat məbləğində pul və Cavabdeh1 isə 900 manat pul borc almış, lakin həmin məbləğ hələdə onlar tərəfindən geri qaytarmıyıblar. Amma onların niyyəti onu aldatmaq olmamışdır.İmkan olduqca qaytaracaqlarını təsdiq etmişdilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. İşin faktiki hallarından, cavabdehlərin etiraf ərizələrindən göründüyü kimi, iddiaçı cavabdehlərə müxtəlif vaxtlarda Cavabdeh1 900 manat, Cavabdeh2 isə 1500 manat, ümumilikdə 2400 manat pul vermiş, cavabdehlər isə razılaşdırılmış müddət ərzində borcunu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin öhdəliyi tam və vaxtında icra etməmişdir Bu səbəbdən iddia əsaslıdır və tam təmin edilməlidir. Məhkəmə qanunvericiliyin tələblərini, cavabdehlərin etiraflarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 900 manat, Cavabdeh2 isə 1500 manat pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar – iddianın etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən cavabdehin iddianın etirafı ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehlər müəyyənləşdirilmiş müddət ərzində üzərinə götürmüş öhdəliklərini icra etmədiyindən iddiaçının borcun qaytarılması tələbinə dair iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 900 manat, Cavabdeh2 isə 1500 manat pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 900(doqquz yüz) manat,Cavabdeh2 isə 1500(bir min beş yüz) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-192/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-192/2023
06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver