Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1921/2020 09.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı Xanış qızının iştirakı ilə İddiaçı Xanış qızının Cavabdeh Balazər oğluna qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Xanış qızı Cavabdeh Balazər oğluna qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Balazər oğlundan xx xxxxxx 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 170 manat sabit pul məbləğində barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Xanış qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 2015-ci ilin əvvələrində qeyri-rəsmi ailə həyatı qurmuşdur. 2016-cı ildə Tural adlı övladları doğulmuşdur. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(002)-2646/2018 saylı qətnaməsinə əsasən Cavabdeh Balazər oğlundan İddiaçı Xanış qızının xeyrinə xx.xx.2016-cı il tarixdən başlayaraq xx xxxxxx 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 154 manat sabit pul məbləğində aliment tutulması qət edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(002)-745/2019 saylı qətnaməsinə əsasən Cavabdeh Balazər oğlundan İddiaçı Xanış qızının xeyrinə xx.xx.2019-cu il tarixdən başlayaraq xx xxxxxx 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 160 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cavabdeh ilk aylar alimenti gecikdirmədən ödəyəcəyini söz versə də, bir neçə aydan sonra ödəməkdən imtina etmişdir. Buna əsas kimi işləməyi və aylıq gəlirlərinin olmamasını göstərmişdir. məhkəmə tərəfindən təyin edilən aliment məbləği uşağın saxlanması üçün kifayət etmir. Hər bir uşağın gündəlik tələbatı sağlamlığı və ümumiyyətlə cəmiyyətə layiqli bir insan kimi yetişməsi üçün kifayət qədər vəsait tələb olunur. Məhkəmənin təyin etdiyi aliment məbləği uşağın bugünkü tələbatına uyğun deyildir. Cavabdeh rəsmi işləyir. Kifayət qədər gəlir əldə edir. Maddi imkanı yaxşıdır. AR Ailə Məcəlləsinin müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. İddiaçı Xanış qızı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Balazər oğlu məhkəmə hazırlıq iclasında (xx xxxxxxxx 2020-ci il tarixdə) məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddianı qəbul edir. İddianın təmin edilməsinə etirazı yoxdur. Baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan və həmçinin, cavabdeh iddianı etiraf etdiyindən iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(002)-2646/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh Balazər oğlundan İddiaçı Xanış qızının xeyrinə xx.xx.2016-cı il tarixdən başlayaraq xx xxxxxx 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 154 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(002)-745/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, Cavabdeh Balazər oğlundan İddiaçı Xanış qızının xeyrinə xx.xx.2019-cu il tarixdən başlayaraq xx xxxxxx 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 160 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZE seriyalı 11461738 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 2016-cı il təvəllüdlü X1 atası Mərdiyev Əkbər, anası İddiaçıdır. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflərin bir övladları var. Məhkəmə qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə bir uşaq üçün aliment tutulmuşdur, hazırda iddiaçı alimentin miqdarının artırılmasını, həmçinin sabit pul məbləğində tutulmasını tələb edir. Cavabdeh isə iddianı etiraf edir. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment məbləğinin artırılması ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment məbləğinin artırılması) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment məbləğinin artırılması ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment məbləğinin artırılması tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar – iddianın etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən, cavabdeh tərəfindən imzalanmış iddianın etirafı barədə ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddianın etirafı barədə ərizəni nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, xx xxxxxx 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(002)-745/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh Balazər oğlundan İddiaçı Xanış qızının xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi gündən bir uşağa görə hər ay 170 manat sabit pul məbləğində aliment tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx xxxxxx 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(002)-745/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh Balazər oğlundan İddiaçı Xanış qızının xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi gündən bir uşağa görə hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-1921/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1921/2020
09.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver