Məhkəmə qərarları › İş №2(002)-194/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-194/2022

01.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-194/2022 01.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan 8.000 manat məbləğində pulun, "xxxx" ASC-yə ödədiyi 8 manat komissiya haqqının, 26 saylı Notariat Ofisinə ödədiyi 93 manat müqavilə haqqının və məhkəməyə ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 8.000 manat borc məbləğində 4.000 manatı ilə bağlı icra sənədi icra şöbəsinin icraatında olduğundan, iddia tələbinin həcmini azaldaraq, 4.000 manat pul vəsaitinin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh bir ildən çoxdur ki, tanıyır. Cavabdeh onunla yaxın dostluq münasibətində olduğu X1 tanış etmişdir və sonuncunun yaxşı biznes əlaqələrinin olduğunu bildirmişdir. 16 fevral 2021-ci il tarixdə Cavabdeh ondan əlbəəl 4.000 manat pulu borc almışdır ki, oğlu avtomobil qəzası törədib, ona görə də xərc lazımdır. O da, cavabdehə inanıb əlbəəl 4.000 manat pulu Cavabdeh vermişdir. Bundan iki gün sonra cavabdeh yenə ona zəng etmişdir ki, əlavə 4.000 manat da lazımdır. O, cavabdehə bildirmişdir ki, notariat ofisinə gedərək borc müqaviləsi bağlasınlar. Beləliklə o, Cavabdeh əlavə 4.000 manat da pulu borc vermiş və cavabdehlə aralarında 18 fevral 2021-ci il tarixdə, Bakı şəhəri 26 saylı Notariat ofisində 3M-127 reyestr nömrəli kredit müqaviləsi bağlanmışdır. Həm aralarında olan birinci 4.000 manatla bağlı, həm də notariat ofisində bağladıqları müqaviləyə əsasən cavabdeh hər iki məbləği, yəni 8.000 manat pulu 20 gün müddətinə qaytarmağa söz vermişdir. Lakin cavabdeh 8.000 manat pul borcunu qaytarmaq üçün müəyyən olunmuş müddətdən çox vaxt keçsə də, ona olan 8.000 manat pul borcunu qaytarmamışdır. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı öncəki məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Cavabdeh İddiaçı müraciət edərək, borc pul vəsaiti istəmişdir. İddiaçı 16 fevral 2021-ci il tarixdə şahidlərin iştirakı ilə akt tərtib edərək, cavabdehə 4.000 manat borc vermişdir. Az müddət sonra, Cavabdeh İddiaçı ikinci dəfə müraciət edərək, daha 4.000 manat məbləğində borc pul istəmişdir. Tərəflər Bakı şəhəri 26 saylı Notariat Ofisinə gedərək, aralarında xx.xx.2021-ci il tarixdə 3M-127 reyestr saylı borc müqaviləsi bağlamışlar. Həmin müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək, cavabdehə 4.000 manat borc vermişdir. Cavabdeh isə hər iki borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, iddiaçıdan götürdüyü cəmi 8.000 manat məbləğində borc pulu qaytarmamışdır. Bu səbəbdən, Bakı şəhərinin xüsusi notariusu İ.B.Hüseynov tərəfindən xx.xx.2021-ci il tarixli icra qeydi verilərək, icraya yönəldilmişdir. İcra qeydi verilməmişdən öncə, cavabdehə 30 sentyabr 2021-ci il tarixdə X-292 saylı xəbərdarlıq məktubu ünvanlanmışdır. Hazırda iddiaçı qalan 4.000 manat pul vəsaitini cavabdehdən tələb edir. Yuxarıda qeyd olunan işin faktiki hallarına dair sübutlar (borc müqaviləsi, borcun verilməsinə dair akt, icra qeydi və xəbərdarlıq məktubu) iş materiallarına əlavə olunmuşdur. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət etməmişdən öncə notarial qaydada bağlanmış xx.xx.2021-ci il tarixli borc müqaviləsinin və iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizənin (iş v. 10) kim tərəfindən imzalanmasının müəyyən edilməsi üçün məhkəmənin qərardadına əsasən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 sentyabr 2022-ci il tarixli 4/1227 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki iş materiallarının 10-cu səhifəsində yerləşən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədəki «Cavabdeh» yazısı ilə həmin yazılardan aşağıda olan imza ilə mülki iş materiallarının 12-ci səhifəsində olan xx.xx.2021-ci il tarixli 3M-127 reyestr nömrəli (Bakı şəhəri 26 saylı Notariat ofisi) kredit müqaviləsində «Borc alan» qrafasında olan imza və «Mahmudov A» yazısı – Eyni şəxs tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 105 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki Məcəllənin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. Başqa şəxsə zərər vurulması. Əsassız varlanma. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, cavabdeh 16 fevral 2021-ci il tarixli borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında icra etməmiş, həmin müqavilə üzrə götürdüyü 4.000 manat borc pulu iddiaçıya qaytarmamışdır. Ödəniş qəbzindən (tapşırığından) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 81 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2021-ci il tarixli borc müqaviləsi üzrə 4.000 manat pul vəsaiti və ödənilmiş 81 manat dövlət rüsumu Cavabdeh tutulub İddiaçı ödənilməlidir. 105 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli borc müqaviləsi üzrə 4.000 manat pul vəsaiti və ödənilmiş 81 manat dövlət rüsumu Cavabdeh tutulub İddiaçı ödənilsin. 105 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar