Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-194/2024 20.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızı, Məhkəmə iclas katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinə Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021 -ci il tarixdə anadan olmuş X8 üçün xx.xx.2022-ci il tarixdən başlayaq 18 yaşına çatana kimi-ali təhsil alırsa təhsili bitirənədək və xx.xx.2022-ci 1 tarixdə anadan olmuş X4 üçün xx.xx.2022-ci il tarixdən başlayaq 18 yaşına çatana kimi-ali təhsil alırsa təhsili bitirənədək hər ay dövlət tərəfindən hər il üçün müəyyən edilmiş yaşayış minimumu miqdarında zərər məbləğinin Cavabdeh alınaraq X7 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 01 oktyabr 2022-ci il tarixdə idarə etdiyi “VAZ”21033 markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı- Qazax yolunun,Qaradağ rayonu,Qobustan qəsəbəsinin 57-ci kilometrindən keçən hissəsində köməkçi yolda,Qazax istiqamətində hərəkətdə olarkən ,Yol hərəkəti haqqında “ Qanunun 54-cü maddəsinin tələbinə əsasən nizamlayıcı tərəfindən və ya işıqfor vasitəsilə nizamlanmayan piyada keçidinə yaxınlaşarkən sürəti lazımınca azaltmaqla yolu keçməyə başlamış piyadanı təhlükəyə məruz qoymamalı,piyada keçidinə daxil olmaqda olan piyadaya yol vermək üçün nəqliyyat vasitəsini dayandırmalı olduğu halda bu tələblərə əməl etmədiyindən yolu sağdan sola keçən X5 piyada keçidinin üzərində avtomobilin ön sol hissəsi ilə vuraraq ona baş-beyin travmasına,baş-beynin mədəciklərinə və qişalarına qansızma,baş-beyin toxumasının artan ödemğtəpə sümüyünün kəllə əsasına keçən qapalı xətti sınığı,qaraciyərin travmatik cırılması, dalağın travmatik cırılması,sağ bud sümüyünün aşağı 1/3-nin qapalı yerdəyişmiş sınığı,sol baldır sümüklərinin orta 1/3-nin qapalı yerdəyişmiş sınığı,o cümlədən ölümünə səbəb olan baş-beyin toxumasının ağır dərəcəli əzilməsi və təpə sümüyünün kəllə əsasına keçən xətti sınığından ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olan bədən xəsarətləri yetirmişdir və bu xəsarətlər nəticəsində zərəçəkmiş şəxs X9 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 1 (002)-121 /2023 saylı,xx.xx.2023-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) İl 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1(103)-1295/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə hökm dəyişdirilmədən qüvvəsində saxlanmışdır. Bununla da hökm xx.xx.2023-cü il tarixindən qanuni qüvvəsini almışdır Zərəçəkmiş şəxs X9 mən İddiaçı1 oğludur və mən idiaçt X6 həyat yoldaşıdır. Zərəçəkmiş şəxs X2 xx.xx.2021-ci il tarixdə anadan olmuş X8 və xx.xx.2022-ei 1 tarixdə anadan olmuş X4 adında iki azyaşlı övladı vardır və ailə başçısı kimi onun tərəfindən ailəsi təmin edilmişdir.Bildir ki,cavabdehin cinayət əməli nəticəsində X2 gənc yaşında vəlat etməsi bizim üçün və azyaşlı övladları üçün olduqca ağırdır və biz dərin mənəvi sarsıntı keçirirk.Bundan əlavə nəzərə alınmalıdır ki,zərəçəkmiş şəxs X2 iki azyaşlı övladı qalmışdır,bu uşaqlar yetkinlik yaşma çatana kimi yaşamaq üçün atalarından maddi təminat almaq hüququna və imkanına malik olmuşlar,lakin cavabdehin cinayət əməli nəticəsində atalarının vəfat etməsi ilə uşaqlar atalarından alacaqları təminatdan məhrum olmuşlar. Bununla da cavabdeh tərəfindən edilən bu cinayət əməli nəticəsində bizə fiziki,mənəvi və maddi zərər vurulmuşdur və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097,1108, 1121 və 1124-cü maddələrinə əsasən cavadeh bu qanunsuz əməli nəticəsində vurduğu zərərə görə mülki hüquqi məsuliyyət daşıyır. Proses iştirakçılarının çıxış və izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahatında iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə qeyd edir ki, cavabdeh şəxsin əməli nəticəsində nəinki iki azyaşlı uşaq atasız qalmışdır hətta onları, ailəni dolandıran şəxsin ölməsi nəticəsində ailə üzvlərinə mənəvi zərərləri ilə yanaşı maddi ziyana da dəymişdir.Ona görə hesab edir hazırki iddia tələbi qanuni və əsaslıdır və bu səbəbdən iddianın təmin edilməsi mövcud qanunvericiliyə əsasən də ədələtli qərar olacaqdır. Ədliyyə Nazirliyinin 5 saylı cəzaçəkmə müəssiəsində cəza çəkən Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinə yazılı münasibətini bildirərək, bildirmişdir ki ,30 yanvar 2024-cü il tarixdə bildirişi almışdır. İddiaçıların tələbinə etiraz edir, iddia ərizəsində qeyri real tələblər qoyulmuşdur. Cinayət işi üzrə məhkəmə proseslərində iddiaçılarla-zərərçəkmişlıərlə nə qədər cəhd etsə də maddi ziyanın ödənilməsi qarşılığında aralarında barışıq əldə olunmamışdır. Odur ki, hal-hazırda törətdiyi əmələ görə cəzasın çəkir, zərərçəkmişlər onda həm cəza çəkilməsini, həm maddi ziyan tələbinin ödənilməsini istəyirlər.İddia tələbini maddi ziyani ödəməyə yalnız araslarında barışıq əldə olunduqda qəbul edir. Əsaslandırma hissəsi: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AZ-İV seriyalı 616251 nömrəli və AZ-İV seriyalı 812963 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X1 atası X9, anası İddiaçı2dır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş XVİİİ-ЖГ seriyalı 333476 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, X9 xx.xx.1993-cü il tarixdə doğulmuş, atası İddiaçı1dur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AZ-İİ seriyalı 423550 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki,X9 ilə X10 arasında nikah xx.xx.2021-ci il tarixdə 98 nömrəli akt ilə 3 saylı Bakı ASAN xidmət mərkəzinin qeydiyyat şöbəsində bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AZ-İİ seriyalı 310583 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2022-ci il tarixdə baş-beyin travmatik ödəmi səbəbindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 656 nömrəli akt ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1(103)- 1295/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş ,barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınmış, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, cəzasının əvvəli həbsə alındığı gündən, yəni 27 aprel 2023cü il tarixdən hesablanmış. zərərçəkmiş şəxsin hüquqi varisinə izah edilsin ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar vurulmuş maddi və mənəvi ziyanla bağlı cinayət və mülki qanunvericiliyin tələblərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1(103)- 1295/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1(103)-1295/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1121.1. Zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır: 1121.1.1. ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; 1121.1.2. şəxsin ölümündən sonra doğulmuş uşağı; 1121.1.3. ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq; 1121.1.4. ölənin himayəsində olmuş və onun ölümündən sonra beş ilə ərzində əmək qabiliyyətini itirmiş şəxslər. Maddə 1121.3. Zərərin əvəzi aşağıdakılara ödənilir: 1121.3.1. yetkinlik yaşına çatmayanlara - on səkkiz yaşına çatanadək; 1121.3.2. on səkkiz yaşından yuxarı tələbələrə əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək; 1121.3.3. əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə - ömürlük; 1121.3.4. əlilliyi olan şəxslərə - əlillik müddəti üçün; 1121.3.5. ölənin himayəsində olmuş uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən birinə, arvada (ərə) və ya digər ailə üzvünə - qulluq etdikləri on dörd yaşına çatanadək. Maddə 1122.1. Ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir. Maddə 1122.2. Zərərin əvəzinin ödənilməsi miqdarı müəyyənləşdirilərkən ailə başçısının ölümü ilə əlaqədar şəxslərə təyin edilmiş pensiyalar və həm ailə başçısı ölməzdən əvvəl, həm də öldükdən sonra təyin edilmiş digər növ pensiyalar, habelə həmin şəxslərin götürdükləri qazanc (gəlir) və aldıqları təqaüd onlara zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Maddə 124.1. Dolanacaq xərcləri artdıqda zərərçəkənin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi miqdarı qanunla müəyyənləşdirilmiş qaydada indeksləşdirilməlidir. Maddə 1124.2. Yaşayış minimumu artırıldığı halda itirilmiş qazancın (gəlirin), zərərçəkənin sağlamlığının pozulması və ya ölümü ilə əlaqədar təyin edilmiş digər ödənişlərin əvəzinin ödənilməsi miqdarı yaşayış minimumunun artımına mütənasib surətdə artırılır. Maddə 1125.1. Zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Üzrlü səbəblər varsa, məhkəmə zərərin əvəzinin ödənilməsinə hüququ olan fiziki şəxsin tələbi ilə ona çatası ödənişləri zərərvuranın imkanlarını nəzərə almaqla, bir dəfəliyə, lakin ən çoxu üç illiyə təyin edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Məhkəmənin mövqeyi: İşin mübahisəsiz halları: xx.xx.2022-ci il tarixdə Cavabdeh törətdiyi cinayət əməli nəticəsində aldığı xəsarətdən xx.xx.2022-ci il tarixdə ölməsi, həmin ölən şəxsin himayəsində iki azyaşlının olması, hal-hazırda Cavabdeh törətdiyi cinayət əməlinə görə cəza çəkməsi və cinayət işi üzrə məhkəmə prosesləri zamanı zərərçəkmişlər- iddiaçılar tərəfindən mülki iddia irəli sürülməməsi. İşin mübahisəli halları ondan ibarətdir ki, iddiaçılar hazırda cavabdehə qarşı “ailəni dolandıranın ölümü ilə nəticələnən zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinə məhkəməyə müraciət edərək, cavabdehdən ölmüş şəxsin himayəsində olmuş azyaşlıların saxlanması üçün hər ay həmin il üçün dövlət tərəfindən müəyyən edimiş yaşayış minmumu miqdarında zərərin ödənilməsinin tələb edir, cavabdeh isə iddia tələbini qəbul etməmiş, etirazını onunla əsaslandırmışdır ki, o törətdiyi cinayət əməlinə görə cəzasını çəkir, maddi ziyanın ödənilməsinə yalnız tərəflər arasında barışıq əldə olduğu təqdirdə qəbul edəcəkdir. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, tərəflərin izahatları ilə müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən törədilən cinayət əməli nəticəsində xx.xx.2022-ci il tarixdə X9 ölmüş və onun himayəsində iki azyaşlı uşağı var. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını və Mülki məcəllənin 1121-ci maddəsini nəzərə alaraq hesab edir ki, iddiaçıların iddia tələbi əsaslı olmaqla təmin edilməli, xx.xx.2021-ci il təvəllüdlü X8 üçün xx.xx.2022-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək (əyani ali təhsil alırsa təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək) Cavabdeh alınaraq İddiaçı2 hər ay dövlət tərəfindən həmin il üçün müəyyən edilmiş yaşayış minimumu miqdarında zərər məbləği və xx.xx.2022-ci il təvəllüdlü X4 üçün xx.xx.2022-ci il tarixdən başlayaq yetkinlik yaşına çatanadək (əyani ali təhsil alırsa təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək) hər ay dövlət tərəfindən həmin il üçün müəyyən edilmiş yaşayış minimumu miqdarında zərər məbləği Cavabdeh alınaraq İddiaçı2 ödənilməlidir. Nəticə hissəsi: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2021-ci il təvəllüdlü X8 üçün xx.xx.2022-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək (əyani ali təhsil alırsa təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək) hər ay dövlət tərəfindən həmin il üçün müəyyən edilmiş yaşayış minimumu miqdarında zərər məbləği Cavabdeh İddiaçı2 xeyrinə tutulsun. xx.xx.2022-ci il təvəllüdlü X4 üçün xx.xx.2022-ci il tarixdən başlayaq yetkinlik yaşına çatanadək (əyani ali təhsil alırsa təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək) hər ay dövlət tərəfindən həmin il üçün müəyyən edilmiş yaşayış minimumu miqdarında zərər məbləği Cavabdeh İddiaçı2 xeyrinə tutulsun. Qətnamədən qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-194/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-194/2024
20.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver