Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1945/2020 14.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı İsmayıl qızının iştirakı ilə İddiaçı İsmayıl qızının Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İsmayıl qızı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(002)-549/2018 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artıralaraq Cavabdeh xx xxxxxx 2011-ci il təvəllüdlü X3 və xx xxxx 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 170 manat, iki uşağa görə cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İsmayıl qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx xxxxxx 2008-ci ildə rəsmi nikah qeydiyyatdan keçməklə evlənmişdir. xx xxxxxx 2011-ci il təvəllüdlü X3 və xx xxxx 2012-ci il təvəllüdlü X4 övladları doğulmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyinə görə aralarında olan nikah pozulmuşdur. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(002)-549/2018 saylı qətnaməsinə əsasən Qaradağ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi Cavabdeh İddiaçı İsmayıl qızının xeyrinə xx xxxxxx 2011-ci il təvəllüdlü X3 və xx xxxx 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 154 manat, iki uşağa görə 308 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cavabdeh uşaqlara könüllü yardım göstərmir. Nuray anemiya xəstəsi olmaqla daim müalicə alır. Məhkəmənin müəyyən etdiyi aliment uşaqların normal yaşayışını təmin etmir. Uşaqların maddi ehtiyaclarını ödəmir. AR Ailə Məcəlləsinin müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. İddiaçı İsmayıl qızı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(002)-549/2018 saylı qətnaməsinin surətindən görünür ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi Cavabdeh İddiaçı İsmayıl qızının xeyrinə xx xxxxxx 2011-ci il təvəllüdlü X3 və xx xxxx 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 154 manat, iki uşağa görə 308 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZ İ seriyalı 222903 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı İsmayıl qızı arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2015-ci ilin mart ayının 04-də 31 nömrəsi ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra arvada Abbasova soyadı verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AZ İİ seriyalı 904350 və AZ İİ seriyalı 624553 nömrəli doğum haqqında şəhadətnamələrin lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, tərəflərin xx xxxxxx 2011-ci il təvəllüdlü X3 və xx xxxx 2012-ci il təvəllüdlü X4 adlı iki yetkinlik yaşına çatmayan uşaqları vardır. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflərin iki övladları var. Məhkəmə qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə iki uşaq üçün aliment tutulmuşdur, hazırda iddiaçı alimentin miqdarının artırılmasını, həmçinin sabit pul məbləğində tutulmasını tələb edir. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment məbləğinin artırılması ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment məbləğinin artırılması) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment məbləğinin artırılması ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment məbləğinin artırılması tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 170 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatlarının ödənilməsinə imkan vermir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment məbləğinin artırılması tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx xxxxxx 2011-ci il təvəllüdlü X1 və xx xxxx 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(002)-549/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh İddiaçı İsmayıl qızının xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi gündən bir uşağa görə hər ay 170 manat, iki uşağa görə cəmi 340 manat sabit pul məbləğində aliment tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx xxxxxx 2011-ci il təvəllüdlü X1 və xx xxxx 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(002)-549/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh İddiaçı İsmayıl qızının xeyrinə xx xxxxxx 2011-ci il təvəllüdlü X3 və xx xxxx 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə qətnamə qanuni qüvvəyə mindiyi gündən bir uşağa görə hər ay 170 (yüz yetmiş) manat, iki uşağa görə cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-1945/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1945/2020
14.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver