Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1950/2020 19.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********99799 olan X6 7 markalı telefon üçün 612 (altı yüz on iki) manat ödənilməmiş hissə, 153 (yüz əlli üç) manat dəbbə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə Marvin Carpayi, X5 Carpayi, X4 masasi, X7 üçün 2500 (iki min beş yüz) manat ödənilməmiş hissə, 262 (iki yüz altmış iki) manat dəbbə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə Mətbəx mebeli üçün 1872 (min səkkiz yüz yetmiş iki) manat ödənilməmiş hissə, 210 (iki yüz on) manat dəbbə, ümumilikdə 5609 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5639 manat Cavabdeh alınaraq İddiaçınə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «xxxxxxxxxxx» MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh, “xxxxxxxxxxx” MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********99799 olan X6 7 markalı telefon, Marvin Carpayi, X5 Carpayi, X4 masasi, X7 və Mətbəx mebeli almış və nəticədə 5609 (beş min altı yüz doqquzj manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 612 (altı yüz on iki) manat (12 ay x 51 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********99799 olan X6 7 markalı telefon üçün ümumilikdə, 765 (yeddi yüz altmış beş) manat olmaqla ondan, 612 (altı yüz on iki) manat ödənilməmiş hissə, 153 (yüz əlli üç) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2500 (iki min beş yüz) manat (20 ay x 125 manat + 0 manat ilkin ödəniş) Marvin Carpayi, X5 Carpayi, X4 masasi, X7 üçün ümumilikdə, 2762 (iki min yeddi yüz altmış iki) manat olmaqla ondan, 2500 (iki min beş yüz) manat ödənilməmiş hissə, 262 (iki yüz altmış iki) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1872 (min səkkiz yüz yetmiş iki) manat (24 aç: x 78 manat + 0 manat ilkin ödəniş) Mətbəx mebeli üçün ümumilikdə, 2082 (iki min səksən iki) manat olmaqla ondan, 1872 (min səkkiz yüz yetmiş iki) manat ödənilməmiş hissə, 210 (iki yüz on) manat dəbbə; cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir.AR MM-in müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh alğı-satqı qiyməti 612 manat olan “X6 7” markalı mobil telefon almışdır. Cavabdeh alınmış əşyaya görə müqavilənin şərtlərinə əsasən 12 ay müddətində ödəniş etməli idi. Həmin müqavilənin müvafiq bəndlərinə görə cavabdeh müqavilənin şərtlərini pozduqda hər gün üçün gecikdirilmiş məbləğin 1% həddində penya ödəməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixə maliyyə və ödəniş cədvəlinə əsasən müqaviləyə müvafiq olaraq cavabdehin 612 manat borc məbləği yaranmış, iddiaçı tərəfindən həmin məbləğə müvafiq olaraq 153 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. İş materiallarında olan və məhkəmə tədqiq edilmiş xx.xx.2019-cu il tarixdə bağlanmış müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, Cavabdeh iddiaçıya 12 ay müddətinə hər ay 51 manat olmaqla pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş bildiriş və təhvil-təslim aktına əsasən Cavabdeh müqavilədə göstərilən malı qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh alğı-satqı qiyməti 2500 manat olan Marvin Carpayi, X5 Carpayi, X4 masasi, X7 almışdır. Cavabdeh alınmış əşyaya görə müqavilənin şərtlərinə əsasən 20 ay müddətində ödəniş etməli idi. Həmin müqavilənin müvafiq bəndlərinə görə cavabdeh müqavilənin şərtlərini pozduqda hər gün üçün gecikdirilmiş məbləğin 1% həddində penya ödəməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixə maliyyə və ödəniş cədvəlinə əsasən müqaviləyə müvafiq olaraq cavabdehin 2500 manat borc məbləği yaranmış, iddiaçı tərəfindən həmin məbləğə müvafiq olaraq 262 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. İş materiallarında olan və məhkəmə tədqiq edilmiş xx.xx.2019-cu il tarixdə bağlanmış müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, Cavabdeh iddiaçıya 20 ay müddətinə hər ay 125 manat olmaqla pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş bildiriş və təhvil-təslim aktına əsasən Cavabdeh müqavilədə göstərilən malı qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh alğı-satqı qiyməti 1872 manat olan Mətbəx mebeli almışdır. Cavabdeh alınmış əşyaya görə müqavilənin şərtlərinə əsasən 24 ay müddətində ödəniş etməli idi. Həmin müqavilənin müvafiq bəndlərinə görə cavabdeh müqavilənin şərtlərini pozduqda hər gün üçün gecikdirilmiş məbləğin 1% həddində penya ödəməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixə maliyyə və ödəniş cədvəlinə əsasən müqaviləyə müvafiq olaraq cavabdehin 1872 manat borc məbləği yaranmış, iddiaçı tərəfindən həmin məbləğə müvafiq olaraq 210 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. İş materiallarında olan və məhkəmə tədqiq edilmiş xx.xx.2019-cu il tarixdə bağlanmış müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, Cavabdeh iddiaçıya 24 ay müddətinə hər ay 78 manat olmaqla pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş bildiriş və təhvil-təslim aktına əsasən Cavabdeh müqavilədə göstərilən malı qüsursuz halda təhvil almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xəbərdarlıqdan görünür ki, «xxxxxxxxxxx» MMC pretenziya qaydasına riayət edərək, cavabdehdən borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2.-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar-iddiaçının nümayəndəsinin izahatını, iddia ərizəsinə əlavə edilmiş sənədlər əsasında müəyyən edildi ki, Cavabdeh iddiaçı «xxxxxxxxxxx» MMC-dən yuxarıda qeyd olunan müqavilələrə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə müvafiq əşyanı almış, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmiş, nəticədə müqavilələrə əsasən ümumilikdə 4984 manat ödənilməmiş hissə, 625 manat cərimə, cəmi 5609 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla pul hesablanmışdır. Məhkəmə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıraraq hesab edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Bununla belə MM-in 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələr üzrə 50 (əlli) manat dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur, həmçinin əsas borcun tutulması ilə yanaşı, müvafiq olaraq hər müqaviləyə görə 50 (əlli) manat, cəmi 150 (yüz əlli) manat məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh alğı-satqı müqaviləsi ilə müəyyənləşdirilmiş müddət ərzində üzərinə götürmüş öhdəliklərini icra etməyərək aldığı əşyaların əvəzini tam ödəmədiyindən iddiaçının pul tələbinə dair iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 612 (altı yüz on iki) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 2500 (iki min beş yüz) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1872 (min səkkiz yüz yetmiş iki) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, ümumilikdə 5134 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5164 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçınə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Digərtərəfdən, şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli müqavilə üzrə 612 (altı yüz on iki) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 2500 (iki min beş yüz) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1872 (min səkkiz yüz yetmiş iki) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, ümumilikdə 5134 (beş min yüz otuz dörd) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5164 (beş min yüz altmış dörd) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçınə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-1950/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1950/2020
19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver