Məhkəmə qərarları › İş №2(002)-1952/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1952/2020

05.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1952/2020 05.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (biometrik məlumatların yoxlanması üçün lisenziyalar 1 ədəd x 88,26 manat, ev siqnal ötürücüsü 1 ədəd x 108,32 manat, mobil nəzarət qurğuları xüsusi proqram təminatı ilə 1 ədəd x 1346,03 manat) cəmi 1542,61 manat məbləğində pulun alınaraq dövlət büdcəsinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Mahmudov X3 Rayon Məhkəməsinin l(005)-86/2020 saylı, xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 (iki) 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. Məhkəmə hökmü və hökmün icrası barədə hakimin göstərişi xx.xx.2020-ci il tarixdə İddiaçı icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır. Bundan sonra xx.xx.2020-ci il tarixdə şöbənin icra məmuru (probasiya üzrə) X2 tərəfindən məhkum Cavabdeh 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd mobil qurğunun enerji adapteri və mobil qurğunun enerji toplayıcı kabeli, 1 ədəd sadə elektron qolbaq, 3 ədəd ev siqnal ötürücüsü təhvil verilmiş və istifadə qaydaları izah olunmuşdur. Məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Bununla bağlı xx.xx.2020-ci il tarixli protokol tərtib edilmiş və Cavabdeh cəzanın icrası ilə bağlı hüquq və vəzifələri izah edilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə təkrar-təkrar izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə şöbədə olarkən yazdığı izahatında xx.xx.2020-ci il tarixdə travmatologiya xəstəxanasında olarkən üzərində olan elektron nəzarət vasitəsini naməlum şəraitdə itirdiyini, ev siqnal ötürücüsünü qoyduğu yerin yaxınlığında qızdırıcı soba olduğu üçün ərimə baş verdiyini və yararsız hala düşdüyünü, lakin bunu qəsdən etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat İdarəsindən göndərilmiş məktubda həmin vasitələrin ümümi dəyəri (biometrik məlumatların yoxlanması üçün lisenziyalar 1 ədəd 88.26 manat, ev siqnal ötürücüsü 1 ədəd x 108.32 manat, mobil nəzarət qurğuları xüsusi proqram təminatı ilə 1 ədəd x 1346.03 manat) 1542,61 manat hesablanmışdır. Bundan sonra məhkum Cavabdeh dəymiş ziyanın ümümi dəyəri olan 1542.61 manatın ödənilməsi tələb olunmuş, bu barədə ona bildiriş verilmiş, lakin məhkum Cavabdeh hal-hazırda işləmədiyi üçün həmin məbləği ödəyə bilməyəcəyini bildirmişdir. Belə olan halda hesab edirlər ki, cavabdeh lazımınca məsuliyyətli olmadığından ona təhvil verilmiş avadanlıqları itirmiş və yararsız hala salmış, nəticədə maddi ziyan dəymişdir. Ədliyyə Nazirliyindən göndərilmiş məktubda həmin avadanlıqların ümümi dəyəri 1542,61 AZN təşkil edir. Mübahisənin başqa qaydada həlli mövcud olmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ona görə də iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. İddiaçı məhkəməyə xx.xx.2020-ci il tarixdə ərizə ünvanlayaraq mülki işə iddiaçı təşkilatın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə istinad edərək, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən Bakı şəhəri İddiaçınə ünvanlanmış xx.xx.2020-ci il tarixli hökmün icrası barədə göstərişin surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair xx xxxxxx 2020-ci il tarixli, 1(005)-86/2020 nömrəli hökm və ekspertiza xərcinin tutulmasına dair icra vərəqəsi icra olunması üçün Bakı şəhəri İddiaçınə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(005)-86/2020 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Cavabdeh barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddətinin Cavabdeh cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Cavabdeh üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələrinin qoyulması, Cavabdeh ərazi narkoloji dispanserində qeydiyyata alınmaqla barəsində narkomaniyadan məcburi mülaicənin təyin edilməsi, iş üzrə maddi sübut kimi tanınmış və Nərimanov rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,166 qram olan psixotrop maddə-metamfetaminin məhv edilməsi, iş üzrə məhkəmə məsrəfi olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən tərtib edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2020-ci il tarixli protokolun surətindən görünür ki, Cavabdeh 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd mobil qurğunun enerji adapteri və mobil qurğunun enerji toplayıcı kabeli, 1 ədəd sadə elektron qolbaq, 3 ədəd ev siqnal ötürücüsü təhvl verilmiş və istifadə qaydaları izah olunmuşdur. Məhkuma Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-86/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və məkuma yaddaş kitabçası verilmişdir. İş materiallarında olan İddiaçınun böyük icra məmuru (probasiya üzrə) Mirelnur Musəviyə məhkum Cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli yazılı izahatdan görünür ki, ona təhkim edilmiş elektron nəzarət vasitəsini xx.xx.2020-ci il tarixdə travmatologiya xəstəxanasında olarkən naməlum şəraitdə itirmişdir. İtirilmə barədə heç bir polis orqanına müraciət etməmişdir. Ev siqnal ötürücüsünü qoyduğu yerin yaxınlığında qızdırıcı soba olmuş, bu zaman ərimə baş verərək yararsız hala düşmüşdür. Elektron nəzarət vasitəsi tətbiq olunarkən onun və hissələrinin zədələnməsi və itirilməsi halında dəyərinin ondan tutulacağı barədə icra məmuru tərəfindən xəbərdar edilmişdir. Lakin işləmədiyi üçün 1542,61 manat məbləğində vurduğu ziyanı hazırda ödəməyə imkanı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin İddiaçınə ünvanladığı xx.xx.2018-ci il tarixli məktubun surətindən görünür ki, probasiya xidmətinin qeydiyyatında olan elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş mobil nəzarət qurğularının itirilməsi və yararsız hala salınması hallarında qeyd olunan vasitələrin dəyərinin nəzarət subyektindən tutulması üçün aşağıdakı qiymət cədvəli təqdim edilmişdir: biometrik məlumatların yoxlanması üçün lisenziyalar 1 ədəd-88,26 manat, ev siqnal ötürücüsü 1 ədəd-108,32 manat, mobil nəzarət qurğuları xüsusi proqram təminatı ilə 1 ədəd-1346,03 manat, elektron qolbağlar (stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazlarla birlikdə) 1 ədəd-637,91 manat. Beləliklə, məhkəmə iclasında iş üzrə sübutlara əsasən müəyyən edildi ki, Cavabdeh məhkəmə hökmünə və müvafiq qanunvericiliyə əsasən elektron nəzarət vasitələrini qorumalı olduğu halda, həmin öhdəliyinə əməl etməmiş, həmin elektron nəzarət vasitələrinin itirilməsi və zədələnməsi nəticəsində dövlət büdcəsinə 1542,61 manat (o cümlədən biometrik məlumatların yoxlanması üçün lisenziyalar 1 ədəd x 88,26 manat, ev siqnal ötürücüsü 1 ədəd x 108,32 manat, mobil nəzarət qurğuları xüsusi proqram təminatı ilə 1 ədəd x 1346,03 manat) məbləğində ziyan vurmuşdur. Ona görə də cavabdeh məhkumun davranışı üzərində nəzarəti həyata keçirən iddiaçı təşkilatın iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən, elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 1542,61 manat (min beş yüz qırx iki manat altmış bir qəpik) məbləğində pul tutularaq dövlət büdcəsinin aşağıdakı hesabına ödənilsin: Dövlət Xəzinədarlığı Agentliyi, M/H: AZ41NABZ********************, VÖEN: **********, KOD: 210005, SWİFT: CTREAZ22, Bakı şəhər Maliyyə İdarəsi, H/H: AZ66CTRE********************, VÖEN: **********, büdcə səviyyəsinin kodu: 1, büdcə təsnifatının kodu: 142330. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar