Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1960/2020 02.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsi X2, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X3 ərizə verərək, mülki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi və izahatında bildirdi ki, cavabdeh fərdi sahibkar statusu olan fiziki şəxsdir, eyni zamanda başqa bir hüquqi şəxsin qanuni təmsilçisidir, tərəflər arasında sahibkarlıq fəaliyyəti ilə əlaqədar işgüzar münasibətlər mövcud olmuş və mübahisə hüquqi şəxslə fərdi sahibkar statusu olan fiziki şəxs arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olaraq yaranmışdır, ona görə də mülki işə müvafiq kommersiya məhkəməsi tərəfindən baxılmalıdır. Məhkəmə baxışı zamanı İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsi X4 cavabdehin iddiaçı şirkətdən kommersiya məqsədləri üçün böyük məbləğlərdə sement aldığını qeyd edərək, mülki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə izahatları dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, izahatlardan və iş materiallarından aydın olur ki, tərəflər arasında mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Həmçinin, iş materiallarında olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatlardan görünür ki, İddiaçı MMC hüquqi şəxs olaraq (VÖEN **********), Cavabdeh fərdi sahibkar statusu olan fiziki şəxs olaraq (VÖEN **********) vergi ödəyicisi kimi uçota alınmışdır, habelə Cavabdeh hüquqi şəxs olan “xxxxxxxxxxxxxxxx” MMC-nin (VÖEN **********) qanuni təmsilçisidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 1-ci maddəsinin Qeydinə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikasının MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə müəyyən edir ki, mübahisə hüquqi şəxslə fərdi sahibkar statusu olan (eyni zamanda başqa bir hüquqi şəxsin qanuni təmsilçisi olan) fiziki şəxs arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olaraq yarandığından, mülki işə müvafiq kommersiya məhkəməsi tərəfindən baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 1, 24, 26, 32, 44- 45 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair 2(002)-1960/2020 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1960/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1960/2020
02.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver