Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2/2024 27.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, X1 ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 İddiaçı ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 2819.56 ABŞ dolları əsas borc, 1689.49 ABŞ dolları faiz borcu və 463.1 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 4972.15 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 28 dekabr 2015-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 09 yanvar 2016-cı il tarixdə 14 nömrə ilə Qaradağ rayon qeydiyyat şöbəsində qeydiyyat aparılmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-17/2022 saylı, 25 aprel 2022-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işin icraatı Cavabdeh hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-17/2022 saylı, 25 aprel 2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat dayandırıldıqdan sonra məhkəmə tərəfindən mərhum Cavabdeh vərəsələrinə vərəsəlik haqqında şəhadətnamənin verilib-verilməməsinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Sahəsində xidmətlər baş idarəsinə sorğular göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Sahəsində xidmətlər baş idarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-16-5/2-11-4320/23 saylı məktubla müəyyən edilmişdir ki, mərhum Cavabdeh adına vərəsəlik işinin açılıb-açılmaması barədə müraciətə baxılmış və “elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində adı çəkilən şəxsin adına vərəsəlik işinin açılması faktı aşkar edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəməyə gəlməmişlər, gəlməmələrinin üzürlü səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə müvafiq ərizə və onun əsaslandığı dəlilləri nəzərdən keçirərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə, məhkəmə qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı tərəfindən verilmiş iddiadan imtina ərizəsi qəbul edilməli və bu əsasla iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2, 261, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə iddiaçı tərəfindən verilmiş iddia tələbindən imtina qəbul edilsin. İş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Ödənilmiş 30 manat dövlət rüsumu dövlət rüsumu geri qaytarılsın. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2/2024
27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver