Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-20/2021 14.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun tutulması, tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracda satılması tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhərində 14 oktyabr 2021-ci il tarixdə açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə Cavabdeh 2210,17 manat əsas borcu, 100,76 manat faiz borcu, 481,33 manat dəbbə pulu olmaqla ümumilikdə 2792,26 manat məbləğində borc və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh məxsus “OPEL ASTRA” markalı avtomaşına yönəldilməsi, açıq hərracda satılması, bankın kreditinin satılmış əmlak hesabına ödənilməsini xahiş etmişdir. Məhkəmənin 14 may 2018-ci il tarixli qərardadı işin icraatı dayandırılmışdır. Məhkəmə tərəfindən mülki işin icraatı 27 sentyabr 2021-ci il tarixdə təzələnmişdir. Məhkəmə baxışı 14 oktyabr 2021-ci il tarixə saat 15:30-a təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunauyğun qaydada məlumat verilmişdir. Lakin tərəflər məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmiş və işə onların iştirakı olmadan baxılması barədə də məhkəməyə heç bir vəsatətlər daxil olmamışdır. Məhkəmə, tərəflərin məhkəmə iclasına gəlməməklə məhkəmə baxışının keçirilməsinə dair hər hansı bir vəsatətinin daxil olmamasını nəzərə alaraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0, 259.0.6 və 259.0.7-ci maddələrinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə və iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0, 259.0.6, 259.0.7, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun tutulması, tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracda satılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qaradağ rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №2(002)-20/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-20/2021
14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver