Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2018/2020 27.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Hüseynov Fuad Ələsgər oğlu, iddiaçı “xxxxxxx” Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi ərizəsini və ona əlavə edilən sənədləri araşdıraraq, МÜƏYYƏN ЕТDİМ: İddiaçı “xxxxxxx” Kommersiya Bankı ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, ərizəni və ona əlavə olunmuş sənədləri tədqiq edərkən müəyyən etmişdir ki, iddianın qiyməti iki min manatdan yuxarı olmaqla, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş qaydada baxılması üçün nəzərdə tutulmuş həddən yuxarıdır. Belə olan halda, ərizəni qəbul etməkdən imtina barədə qərardad qəbul edilməli, iddiaçıya həmin tələb üzrə iddia icraatı qaydasında iddia vermək hüququ izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 248-4.1.2-ci maddəsinə əsasən, verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1 – 284-4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı “xxxxxxx” Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi ərizəsinin və ona əlavə edilən sənədlərin qəbul olunmasından imtina edilsin. İddiaçı “xxxxxxx” Kommersiya Bankı ASC-yə izah edilsin ki, onun həmin tələb üzrə iddia icraatı qaydasında iddia ərizəsi vermək hüququ vardır. Qərardaddan şikayət verilə bilməz. Hakim : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-2018/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2018/2020
27.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver