Məhkəmə qərarları › İş №2(002)-2034/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2034/2020

08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2034/2020 08.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ HakimƏhmədova Gülnar İnqilabqızınınsədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçınınnümayəndəsi və vəkili X1 və Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 2780 (iki min yeddi yüz səksən) manat məbləğində təhsil haqqı borcunun, təhsil haqqı borcunun gecikdirilməsinə görə hesablanmış 1635 manat məbləğində cərimənin, ümumilikdə 4415 məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, tərəflərindən cavabdehlə təhsil haqqının ödənilməsi ilə əlaqədar uzun müddət şifahi və yazılı şəkildə danışıqlar aparıldıqdan sonra bu danışıqlar heç bir nəticə vermədiyindən cavabdehə birinci dəfə bildiriş göndərilərək ölkədə yaranmış vəziyyətlə əlaqədar olaraq təhsil haqqı məbləğinə güzəşt edildiyi bildirilmiş və güzəşt məbləği çıxıldıqdan sonra qalıq məbləği ödəməsi .çün imkan yaradılmışdır. Lakin, cavabdeh tərəfindən bundan sonra da öhdəliyin icrası İstiqamətində hər hansı bir tədbir görülməmişdir. Daha sonra tərəfimizdən cavabdehə ikinci dəfə bildiriş göndərilərək təhsil haqqı məbləğinin və tərəflər arasında imzalanmış müqaviləyə əsasən gecikdirilmiş təhsil haqqı məbləğinə görə hesablanmış cərimə məbləğinin müəyyən edilmiş müddət ərzində ödənilməsi xahiş edilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən öhdəlik yenə də icra edilməmiş qalmışdır. Bu səbəbdən də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh 2019-2020-ci tədris ilinə görə müqavilə ilə müəyyən edilmiş 5000 (beş min) manat məbləğindəki vəsaiti tam şəkildə müqavilənin digər tərəfi elan və cavabdehin övladma tam orta təhsil xidməti göstərən iddiaçı Məktəbə ödəməli olduğu halda həmin vəsaiti bu günədək ödəməmişdir. Bu günki gündə cavabdehin ödənilməmiş 2780 manat məbləğində təhsil haqqı borcu vardır. Qeyd olunan halları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz ərizəsi göndərərək, etiraz ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçıi ilə “Tam orta təhsil xidməti haqqında” xx xxxxxxxx 2019-cu il tarixli müqavilə imzalamış, həmin müqaviləyə əsasən mənim oğlu X3 həmin məktəbdə təhsil almağa başlamışdır. Həmin müqavilənin 2.2.1-ci maddəsinə əsasən mən 5000 manat məbləğində təhsil haqqını və vergi ödənişlərini nəğd, köçürmə yolu ilə, bir dəfəyə, hissə-hissə və ya hər ay ödəməyi öhdəmə götürmüşdür. Yəni həmin müqavilənin bu bəndinə əsasən onun həmin ödəniş üsullarından biri üzrə ödəniş etmək hüququ olduğuna görə mən aylıq ödəniş üsulu kimi hər ay 555 manat məbləğində ödəniş etmişdir. Sözügedən müqavilə 9 aylıq tədris ilini əhatə etdiyinə və 9 ay qüvvədə olduğuna görə o, həmin təhsil haqqını oğluna verilən təhsilin müqabilində aylıq ödəmişdir. İddiaçı qeyd edilən müqaviləyə əsasən onun oğluna 2019-cu ilin sentyabr ayından 2020-ci ilin fevral ayınadək, yəni 4 ay müdətinə təhsil vermiş, bu dörd ay təhsil haqqı olaraq o, iddiaçıya 2220 manat məbləğində pul vəsaiti ödəmiş, 560 manat məbləğində borcum yaranmışdır. Dünyada yayılmış pandemiya səbəbindən Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə” xx xxxx 2020-ci il tarixi Sərəncamına əsasən 2020-ci ilin martın 3-dən etibarən tədris prosesi dayandırılmış, həmin tarixdən məktəb təhsil xidməti göstərməmiş, uşaqlar məktəbə getməmişlər. O, mart ayına qədər təhsil haqqı ödənişi üçün yaranmış 560 manat borcunu ödəmək istədikdə isə iddiaçı ondan 560 manatməbləğində pulu qəbul etməmiş, təhsil vermədiyi ay üçün bütün məbləği tələb etmişdir. Oğlunun məktəbə getməməsinə, məktəbin onun oğluna təhsil xidməti göstərməməsinə görə o da art, aprel, may və iyun ayları üçün təhsil haqqını ödəməmiş, xx xxxx 2020-ci il tarixdən tədris ili başa çatmış, həmin müqavilə xx xxxx 2020-ci il tarixindən qüvvədən düşmüşdür. “Tam orta təhsil xidməti haqqında” xx xxxxxxxx 2019-cu il tarixli müqavilənin 2.1.6-cı bəndinə əsasən dərsləri tam həcmdə və ardıcıl keçmək iddiaçının vəzifəsidir. Həmin müqavilənin 2.1.4-cü maddəsinə əsasən ev tapşırıqlarını məktəbdə keyfiyyətlə yerinə yetirilməsini təmin etmək Məktəbin vəzifəsidir. Lakin məktəb fevral ayından sonra dərsləri keçməmiş, ev tapşırıqlarını məktəbdə keyfiyyətlə yerinə yetirilməsini təmin etməmiş, həmin tarixdən başlayaraq bizə heç bir təhsil xidməti göstərməmişdir. Beləliklə də Nazirlər Kabinetinin yuxarıda adını çəkdiyi qərarına əsasən iddiaçının öz vəzifəsini yerinə yetirə bilməməsi, dərsləri tam həcmdə və ardıcıl keçmədiyinə və ev tapşırıqlarını məktəbdə keyfiyyətlə yerinə yetirilməsini təmin etmədiyinə görə iddiaçının ona kompensasiya ödəmək vəzifəsini istisna etdiyi kimi, iddiaçının keçmədiyi dərslərə görə ondan təhsil haqqını tələb etmək hüququnu da istisna edir. Lakin iddiaçı mart ayından başlayaraq oğluna müqavilədə nəzərdə tutulan qaydada - dərsləri tam həcmdə və ardıcıl keçməməsinə baxmayaraq, həmin aylar üçün ondan təhsil haqqını tələb etmiş, o, təhsil haqqı ödənişinin dayandırılmasını tələb etdikdə isə məktəb təhsil vermədiyi hər ay üçün cəmi 70 manat, ümumilkdə isə 280 manat məbləğində güzəşt ediləcəyini bildirmişdir. Halbuki, müqavilənin özündə də təhsil haqqının aylar üzrə verilməsi, yəni bu haqqın yalnız göstərilən təhsil xidmətinin dəyəri olması öz əksini tapmışdır. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi “Tam orta təhsil xidməti haqqında” xx xxxxxxxx 2019-cu il tarixli müqavilə tərəflərdən birinin öhdəliyinin icra etməsi digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbini tam müdafiə edərək bildirmişdir ki, cavabdeh 2019-2020-ci tədris ilinə görə müqavilə ilə müəyyən edilmiş 5000 manat məbləğindəki vəsaiti tam şəkildə müqavilənin digər tərəfi olan və cavabdehin övladına tam orta təhsil xidməti göstərən iddiaçıya ödəməli olduğu halda həmin vəsaiti bu günədək ödəməmişdir, aylıq təhsil haqqının məbləği 555 manat təşkil edir, mart ayında pandemiya ilə əlaqədar tədrisin dayandırıldığı müddətədək cavabdehin ödəməli olduğu təhsil haqqının məbləği 869,50 manat təşkil edirdi, xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar həmin vaxtdan sonra tədris online qaydada həyata keçirilmişdir, hansısa valideyn online qaydada tədrisin təşkil olunması ilə razı olmadıqda, online tədrislə bağlı təhsil haqqı ödəmək istəmədiyi halda, həmin valideynlər müvafiq müqavilənin ləğv edilməsi ilə bağlı onlara müraciət edərək, müqaviləni ləğv etmişlər, lakin indiki halda cavabdeh bir validyen kimi onlara bununla bağlı heç bir müraciət etməmiş, tədrisin online qaydada keçirilməsinə etirazının olması ilə bağlı onlara heç bir müraciəti daxil olmamış, tədris ilinin sonundək bütün dərslər online qaydada keçirilmişdir, bununla bağlı “vatsap” nömrə vasitəsilə bütün valideynlərə bildirişlər göndərilmiş, dərslərin keçiirlməsinə dair sübutları da var, hətta təhsil ödəmələrdə müəyyən güzəştlər tətbiq edilərək, bu barədə valideynlərə məlumat verilmişdir, cavabdeh barəsində tətbiq edilən güzəştin məbləği 280 manat məbləğ təşkil edir. Bu halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh yazılı etiraz ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinə etiraz verərək, etirazını onunla əsaslandırmışdır ki, o,yanvar ayı da daxil olmaqla həmin aya kimi ödəniş etdiyini, fevral ayını və mart ayında tədrisin dayandıırldığı müddətə olan təhsil haqqını ödəməyə razı olduğunu, sadəcə olaraq mövcud vəziyyət ilə əlaqədar fevral ayının ödənişini ödəyə bilmədiyini, martdan sonra iddiaçı tərəfindən heç bir xidmət göstərilməyini, məktəbin bağlı olduğunu, 9 saat uşaq orada olduğunu, yemək verilmədiyini, dərslər orada keçirilməli olduğunu, amma heç bir xidmət göstərilmədiyini, 280 manat məktəb rəhbərliyi güzəşt etməyə razı olduğunu, lakin bu güzəştə razı olmadığını, çünki onlayn dərslər də heç doğru-dürüst keçirilmədiyini, ona görə onun ödəniş etmədiyini bildirərək, iddianın təmin eidlməməsini məhkəmədən xahiş etdi.. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli, 110 saylı “Tam orta təhsil xidməti haqqında müqavilə”yə əsasən, məktəbin direktoru Bağırova Ziana, valideyn Cavabdeh, şagird X4 müqavilə bağlamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən, müqavilə üzrə ödənilməli təhsil haqqı 5000 manat, ödənilmiş təhsil haqqı 2220 manat, sonuncu ödəniş tarixi xx.xx.2020-ci il, qalıq borc məbləği 2780 manat, qalıq borc məbləğinə hesablanmış cərimə 1635 manat, ümumi borc 4415 manatdır. İş materiallarına əlavə edilmiş Cavabdeh göndərilmiş bildirişdən görünür ki, tətbiq edilmiş güzəşt məbləği çıxıldıqdan sonra məktəbə olan təhsil haqqı borcunu -2500 manat məbləğində olan vəsaiti 3 gün müddətində məktəbin bank hesabına ödənilməsi tələb edilmiş, əks təqdirdə növbəti tədris ili üçün onunla müqavilə bağlamaqdan imtina edilməklə yanaşı, cari tədris ili üzrə tətbiq edilmiş güzəştlər ləğv edilərək tərəflərindən müqavilə üzrə təhsil haqqı borcunun, təhsil haqqının gecikdirilməsinə görə Müqavilənin 2.2.3-cü bəndinə əsasən ona hesablanmış cərimə məbləğinin və bu məbləğlərin alınması üçün çəkiləcək bütün digər xərclərin (vəkil xərci, məhkəmə xərcləri, poçt xərcləri və s.) tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə aidiyyəti məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən verilmiş 2019/2020-ci tədris ilinin mart-iyun ayları üzrə təhsil haqqına güzəşt barədə xx.xx.2020-ci il tarixli, 20 nömrəli əmrdən görünür ki, 2019/2020-ci tədris ilinin 5-11-ci sinifində təhsil alan hər bir şagirdə görə a) bağlanmış müqavilə üzrə nəqliyyat vasitəsindən istifadə nəzərdə tutulmadığı halda 280 manat güzəşt edilir. İş materiallarına əlavə edilmiş WhatsApp yazışmaları və disk əlavə edilmişdir. Göründüyü kimi tərəflər arasında müvafiq təhsil xidmətlərinin göstərilməsinə dair müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əssən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 430.2-ci maddəsinə əsasən öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, qanunvericiliyin qeyd olunan normalarının tələbinə əsasən müqavilə tərəflərin iradəsinə əsaslanan və tərəflər arasında hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqdir. Müqavilə bağlanılarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmaısnın zəruri şərtidir. Müqavilənin bağlanılmaısnın zəruri şərtlərindən biri də məhz müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Həmin prinsipin mahiyyəti isə ondan ibarətdir ki, şəxs hər hansı müqaviləni bağlayıb-bağlamaması məsələsini məhz özünün şəxsi iradəsi əsasında müəyyən edir və hər hansı müqavilə məhz həmin müqavilə tərəflərinin iradə ifadəsinin nəticəsi kimi ortaya çıxır. Həmçinin, qanunvericiliyin təhlilindən aydın olur ki, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanılmış sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmidşir ki, tərəflər arasında təhsil xidmətinin göstərilməsinə dair müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin müqabilində bir uşaq üçün aylıq təhsil haqqı 555 manat məbləği olmaqla, ümumilikdə tədris ili üçün 5000 manat məbləğində təhsil haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, məhkəmə araşıdrması zamanı müəyyən eidlmişdir ki, pandemiya ilə əlaqədar xüsusi karantin rejimi çərçivəsində respublika əraizsində tətbiq edilmiş məhdudiyyətlərə uyğun olaraq müvafiq məktəbdə tədris prosesinin əyani keçirilməsi dayandırlaraq, dərslərin keçirilməsi onlayn qaydada davam etdirilmişdir. Eyni zamnada məhkəmə araşıdrması zamanı məüyyən edilmişdir ki, cavabdeh tərəfindən müvafiq tədris ili üzrə fevral ayından tədris ilinin sonunadək olan müddət üçün təhsil haqqını ödəməmişdir. Həmçinin, cavabdehin məhkəmə iclaısnda veridyi izahatından aydın olur ki, o iddiaçı qarşısında fevral və mart ayı üçün pandemiya ilə əlaəqdar məktəblərdə əyani tədrisin dayandırıldığı müddət üçün ödəməli olduğu təhsil haqqı məbləğini ödəməyə razı olduğunu, qalan məbləği isə ödəməkdən imtina etdiyini bildirmiş və bu imtinanın səbəbini pandemiya ilə əlaqədar iddiaçı tərəfindən dərslərin keçirilməməsi ilə əsaslandırmışdır. İddiaçı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri icra etdiyi halda, cavabdehin həmin müqvailə üzrə öhdəliklərini icra etməməsini əsas gətirərək, ona qarşı belə bir tələb irəli sürmüşdür. Məhkəmə bununla əlaqədar ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanılmış müqavilənin 2.1.12-ci bəndindən göründüyü kimi iddiaçı baş verən fors major hallara görə hər hansı məsuliyyət daşımır. Müqavilənin bu bəndinə şərh verərək məhkəmə qeyd edir ki, respublikada baş verən pandemiya fors major hal hesab edilir və belə halın baş verməsi məlum olduğu kimi nə iddiaçının, nə də cavabdehin iradəsindən asılı deyil. Bununla belə müqavilə şərtlərinə əsasən iddiaçı xidmət göstərən şəxs kimi fors major hallara görə məsuliyyət daşımadığı üçün, cavabdehin həmin halı əsas tutaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən imtina etməsi, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən imtina kimi qəbul edilməlidir. Halbuki mülki qanunvericiliyinin qeyd olunan normalarının tələbinə əsasən öhdəliyin icrasından birtərəfli qaydada imtina olunmasına yol verilmir. Həmçinin, tərəflər arasında bağlanılmış müqavilədə iddiaçının fors major hallara görə məsuliyyət daşımamasına dair müddəa qeyd olunduğu halda, cavabdehin həmin əsasa görə müqavilə üzrə yaranmış öhdəliklərinin icrasından birtərəfli qaydada imtina etmək hüququna malik olmasına dair heç bir müddəa nəzərdə tutulmamışdır. Bu halda, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən fors major halı əsas tutaraq, müqavilə üzrə öhdəliklərinin icrasından imtina edilməsi onun həmin müqavilədən irəli gələn öhdəliklərinin icrasının pozulması kimi qiymətləndirilməlidir. Həmçinin, məhkəmə araşdırması zamanı məüyyən eidlmişdir ki, cavabdeh tərəfindən müvafiq fors major halı əsas götürülməklə müvafiq müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsinə dair iddiaçıya müraciət etməmişdir. Halbuki baş vermis fors major halı müqavilənin dəyişdirilməsi və ya xitam verilməsi üçün xidmət göstərən məktəbə müraciət etməsi üçün əsadır. Həmçinin, məhkəmə cavabdehin etirazının əsası kimi stinad etdiyi onlayn dərslərin keçirilməməsi, uşağın onlayn təhsil almaması, uşağının təhsil almadığı halda, məktəbin ondan təhsil haqqı ödənilməsinin əsassız olaraq tələb edilməsinə dair dəlilləri üzrə qeyd edir ki, məhkəmə araşdırması zamanı bütün şagirdlərin valideynlərinə vatsap vasitəsilə onlayn dərslərin keçirilməsinə dair məlumatın verilməsi, onlayn dərslərin keçirilməsi halı, cavabdehin uşağının həmin dərslərdə iştirak etməsi faktı təsdiq olunduğundan, cavabdehin qeyd olunan dəlilləri əsaslı hesab edilə bilməz. Qeyd olunan halları əsas götürərək, məhkəmə hesab edir ki, cavabdehin müvafiq müqavilə üzrə təhsil haqqının ödənilməsinə dair öhədliyini icra etməkdən imtina etməsi halı həmin müqvailə üzrə öhdəliklərin icrasının pozulması kimi qiymətləndirilməlidir. Bununla da məhkəmə hesab edir ki, cavabdehin müvafiq müqavilə üzrə öhdəliklərini icra etməməsi halı onun mülki hüquqi məsuliyyətinin əsası qismində çıxış edir. Həmçinin, məhkəmə cavabdehin iddiaçı qarşısında ödəməli olduğu təhsil haqqı məbləği ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan təhsil haqqı məbləği 2780 manat mbləğində müəyyən edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müvafiq məktəbin xx.xx.2020-ci il tarixli Əmrinə əsasən təhsil haqqının ödənilməsi ilə bağlı 280 manat məbləğində güzəşt tətbiq olunmalıdır. Bu halda, məhkəmə cavabdeh tərəfindən ödənilməli olan təhsil haqqı məbləğinin 2780 manat məbləğində olması, habelə iddiaçı tərəfindən tətbiq edilən güzəşt məbləğinin 280 manat olmasını əsas götürərək, hesab edir ki, iddia tələbi təhsil haqqının ödənilməsi hissəsi ilə bağlı məhz cavabdehdən idiaçının xeyrinə ödənilməmiş təhsil haqqı məbləğinin əvəzi olaraq 2500 manat məbləğində pul vəsaitinin tutulması hissəsində əsaslı hesab edilməli, məhz həmin hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin borcun gecikdirilməsinə görə 1635 manat məbləğində cərimə borcunun tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsassız olmaqla, təmin edilməməlidir. Belə ki, tərəflər arasında imzalanmış Tam orta təhsil xidməti haqqında Müqavilənin 2.2.3-cü maddəsinə əsasən şagird təhsil haqqını 2019-2020-ci dərs ilinin hər ayının sonunda mütləq ödəməlidir, bu tarixə qədər şagird təhsil haqqını ödəmədikdə, gecikdirilmiş hər gün üçün təhsil 'haqqının ümumi məbləğinin 0.3% həcmində dəbbə pulu (peniya) ödəyir. Məhkəmə qeyd edir ki, müqavilə üzrə ödəniş o halda gecikdirilmiş hesab edilə bilər ki, cavabdeh bunu qəsdən etsin və müqavilə üzrə üzərinə götürmüş öhdəliyi icra etməkdən heç bir əsas olmadan imtina etsin. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında xidmətin göstərilməsi ilə bağlı mübahisə yaranmışdır və öhdəliyin icra edilməsindən imtina yaranmış mübahisə ilə bağlı ödənilməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçının müqavilənin 2.2.3-cü bəndinə istinad edərək cavabdehdən cərimə tələb etməsi əsaslı və qanuni hesab edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin müqavilənin icrasından birtərəfli qaydada imtina etməsi müqavilə ilə nəzərdə tutulmasa da, iddiaçı müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün cavabdehlə birgə hərəkət etməli idi. Lakin göründüyü kimi tərəflər arasında baş vermiş fors major halla bağlı razılıq əldə edilməmiş və mübahisə yaranmışdır. Beləliklə məhkəmə hesab edir ki, tərəflər arasında müqavilənin icrası ilə bağlı yaranmış mübahisə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icrasının gecikdirilməsi kimi qiymətləndirilə bilməz və bu səbəbdən iddia tələbi 1635 manat cərimənin tutulması hissəsində əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində təhsil haqqı borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 110 saylı Tam orta təhsil xidməti haqqında müqavilə üzrə ödənilməmiş 2500 (iki min beş yüz) manat məbləğində təhsil haqqı borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar