Məhkəmə qərarları › İş №2(002)-2035/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2035/2021

22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2035/2021 22.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X1 qızının katibliyi, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5.000 AZN məbləğində borcun, məhkəmə məsrəflərinə daxil edilərək 30 AZN Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o,tanıdığı Cavabdeh bir dəfə etibar edərək pul vermişdir.Pulu ona verərkən bu borcun rəsmiləşdirilməsini notariat ofisində həyata keçirmişdir.Cavabdeh aldığı borcun 13.11.2020-ci ilədək ödəməyi öhdəsinə götürmüşdür. Lakin dəfələrlə telefon əlaqəsi ilə danışmaq istəsədə Elvin pulu aldıqdan sonra telefonlarına cavab verməmiş, heç bir əlaqə yarada bilməmişdir.31.05.2021-ci il tarixdə yazılı surətdə xəbərdarlıq edib pulu ödəməyi təklif etsədə, Cavabdeh hələ də pulu ödəməkdən boyun qaçırır.bu da onun zərər çəkməsinə səbəb olur. Düşünür ki , nəyə görə razılaşdırılmış müddətdən artıq borcun ödənilməsini gözləməlidir, Onun borcluya verdiyi ödənişin qaytarılmamasının nəticəsidir ki,bu gün o öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməlidir. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə dəftərxana vasitəsilə ərizə göndərərək, Naxçıvan şəhərində yaşadığı üçün Bakı şəhərinə gəlib getməkdə çətinliklər yarandığı üçün məhkəmə prossesində iştirak edə bilmədiyini və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 13.10.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinin surətindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 13.11.2020-ci il tarixinədək faizsiz 5 000 manat məbləğində pul vəsaitini borc vermiş, borcalan həmin pul vəsaitini 13.11.2020-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 31 may 2021-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan aydın olur ki, İddiaçı Cavabdeh müqavilə üzrə aldığı 5000 manat məbləğində pulun qaytarılmasını tələb etmiş, əks halda məhkəməyə mürcaiət etməsi ilə bağlı məlumat vermişdir. İş materiallarından görünür ki, 13.10.2020-ci il traixli kredit müqaviləsi üzrə 5000 manat məbləğində pul vəsaiti notariusun depozit hesabına qəbul edilmiş, habelə Cavabdeh tərəfindən təhvil alınmışdır. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 427.3-cü mçaddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında 13 oktyabr 2020-ci il tarixli kredit müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı 5.000 manat məbləğində pulu cavabdehə verməyi, cavabdeh isə 13.11.2020-ci il tarixədək həmin borcu borc verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. Göründüyü kimi, tərəflər aralarında bağladıqları kredit müqaviləsi üzrə cavabdeh tərəfindən öz üzərinə götürüdüyü 5 000 manat məbləğində pul vəsaitinin iddiaçıya qaytarılması ilə bağlı öhdəliyin icra edilməsi müddətini dəqiq şəkildə müəyyən etmişlər. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, cavabdeh həmin müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri öhdəliyin icrası üçün müəyyən olunmuş son tarixdən indiyədək tam və vaxtında icra etməmiş və nəticədə iddiaçı qarşısında aldığı borc məbləği həddində onun məsuliyyəti yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi borcun qaytarılması hissəsində əsaslı olmaqla təmin edilməlidir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu öd\nilmiş və buna dair müvafiq qəbz iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi bu hissədə də əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 13.10.2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 5 000 (beş min ) manat məbləğində borc pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 13.10.2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 5 000 (beş min ) manat məbləğində borc pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar