Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2036/2022 12.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X8 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «xəbərisiz iktin düşmüş hesab edilmə» tələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə «xəbərisiz iktin düşmüş hesab edilmə» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 20 fevral 19890cu ildə Bakı şəhərində doğulmuş X3 2015-ci ilin martın 24dən itkin düşmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X4 onun oğludur,xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuşdur.Oğlu onunla birlikdə yaşamış,maşın ustası işləyirdi.Oğlu Elşən 24 mart 2015-ci il tarixdə işə getmək üçün evdən çıxmış,lakin geri qayıtmamışdır.Oğlu harda olması barədə dostlarından,tanışlarından soruşsa da görən olmamışdır.Ona görə də oğlunun itməsi barədə polis orqanlarına gedib gəlmişdir.Oğlunun itkin düşməsi barədə ona bildirmişlər ki,axtarış aparılır,lakin bu günə kimi oğlundan heç bir xəbər ala bilməmişdir.Hətta bu barədə Prezidentə də rəsmi olaraq müraciət etmişdir.Artıq uzun müddətdir ki,oğlundan xəbər yoxdur,oğlunun yer məlum deyildir və yaşayış yerində görünmür.Bütün bunlar ona əsas verir ki,oğlu ölmüş yaxud da müəyyən bədbəxt hadisədə həlak olmuşdur.Hazırda müəyyən hüququ sənədləri əldə etmək üçün oğlunun itkin düşməsi faktının müəyyən edilməsi zərurəti yaranmışdır.Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək, öz izahatında itkin düşmüş hesab edilməsini istədiyi şəxsin oğlu olduğunu, oğlunun barəsində cinayət işinin mövcud olduğunu bildiyini, oğlunun buna görə qaçmaq niyyəti ilə qaçmadığını, bu hissədə qəbul etmədiyini, oğlunun uşaqlarının onun himayəsində olduğunu, lakin bunu sənədləşdirə bilmədiyini, uşaqların anasının da həbsdə olduğunu, buna görə də belə bir iddia tələbi ilə mürcaiət etdiyini bildirmişdir. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və məhkəməyə gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: Şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, X5 xx.xx.1989-cu il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Qaradağ Rayon Polis İdarəsindən məhkəmənin sorğusuna cavab olaraq daxil olmuş xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur ki, X5 barəsində Qaradağ Rayon Polis İdarəsində təqsirləndirildiyi material və ya cinayət işi yoxdur. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubunun məzmunundan görünür ki,vətəndaş X1 rayonu,Sahil qəsəbəsi,B.Əliyev küçəsi,ev 51,mənzil 69 ünvanında 2013-cü ilə qədər yaşamışdır.Qeyd olunan ünvandakı mənzil 2013-cü il tarixində satılmışdır.Hal-hazırda vətəndaş X2 rayonu,Sahil qəsəbəsi,B.Əliyev küçəsi,ev 51,mənzil 69 ünvanında yaşamır və vətəndaş barədə Qaradağ Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin,119 saylı Mənzil-Kommunal İstismar Sahəsində heç bir məlumat yoxdur. Azərbyacan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 119 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli məktubunun məzmunundan görünür ki,xx.xx.1989-cu il təvəllüdlü X1 rayonu,Sahil qəsəbəsi,B.Əliyev küçəsi,ev 51,mənzil 69 ünvanında 2013-cü ilə qədər yaşamışdır.Həmin ünvandakı mənzil xx.xx.2013-cü il tarixində satılmışdır.Hal-hazırda vətəndaş X2 rayonu,Sahil qəsəbəsi,B.Əliyev küçəsi,ev 51,mənzil 69 ünvanında yaşamır.Bu şəxs haqqında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Qaradağ rayon Sahil Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli məktubunun məzmunundan görünür ki, X1 rayonu,Sahil qəsəbəsi,B.Əliyev küçəsi,ev 51,mənzil 69 ünvanında qeydiyyatdadır.Vətəndaşın iş yeri,axırıncı yaşayış yeri,ailə vəziyyəti haqqında məlumatların öyrənilməsi üçün qeydiyyatda olduğu ünvana əməkdaşı tərəfindən baş çəkilmiş,lakin evdə yaşayış olmadığı üçün məlumatların əldə edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur ki, E.Məhəmmədovun barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən xx.xx.2015-ci il tarixdə 38008 nömrəli axtarış işi açılmışdır. Azərbaycan Respublikası Qaradağ Rayon Polis İdarəsindən məhkəmənin sorğusuna cavab olaraq daxil olmuş xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur ki, X5 barəsində Qaradağ RPİ-in TŞ-də heç bir araşdırma materialı olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xx.xx.2022-ci il tarixli məktubunun məzmunundan görünür ki,məhkum X5 xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hökmü ilə 261.1-1 maddəsi ilə 2 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.E.R.Məhəmmədov xx.xx.2013-cü il tarixdə saxlanılması üçün Bakı istintaq təcridxanasına daxil olmuş,barəsində çıxarılmış hökm qanuni qüvvəyə mindikdən sonra xx.xx.2014-cü il tarixdə cəzasını çəkmək üçün Penitensiar xidmətin 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir.Məhkum E.R.Məhəmmədov cəzadan boyun qaçırdığı üçün Ədliyyə Nazirliyi İstintaq idarəsi tərəfindən barəsində xx.xx.2015-ci il tarixdə AR CM-in 305-ci maddəsi ilə cinayət işi başlanılmış və xx.xx.2015-ci il tarixdə barəsində 38008 saylı axtarış işi açılmışdır.Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində E.R.Məhəmmədov yerini müəyyənləşdirmək mümkün olmamış,hal-hazırda onun barəsində açılmış axtarış işi tərəfindən davam etdirilir. Azərbaycan Respublikası Dövlət Sərhədd Xidmətinin Sərhədd Nəzarət xidmətindən məhkəmənin sorğusuna cavab olaraq daxil olmuş xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur ki, X5 dövlət sərhəddindən xx.xx.2013-cü il tarixdə çıxış və xx.xx.2013-cü il tarixdə ölkəyə giriş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin xx.xx.2019-ci il tarixli məktubda qeyd olunur ki, E.Məhəmmədovun barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən xx.xx.2015-ci il tarixdə axtarış işi açılmış və hazırda onun tapılması istiqamətində tədbirlər davam etdirilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin xx.xx.2020-ci il tarixli məktubda qeyd olunur ki, E.Məhəmmədovun barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən xx.xx.2015-ci il tarixdə axtarış işi açılmış və hazırda onun tapılması istiqamətində tədbirlər davam etdirilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur ki, X4 barədə hazırda Qaradağ RPİ-in İŞ-də təqsirləndirici material və ya cinayət işi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda istinad olunan maddələrinə əsasən: 40.1. Əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda istinad olunan maddələrinə əsasən: 313.Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, ərizəçinin xəbərsiz itkin düşmüş hesab edilməsini tələb etdiyi şəxs onun oğlu olmaqla, onun barəsində Bakı şəhəri Qaradağ Rayon məhkəməsinin müvafiq hökmü ilə cəzaya məhkum edilmiş, habelə o cəzasını çəkməkdən boyun qaçırdığı üçün barəsində AR CM-in 305-ci maddəsi ilə cinayət işi açılmış və xx.xx.2015-ci il tarixdə 38008 saylı axtarış işi açılmış, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində onun yerinin müəyyən edilməsi mümkün olmamış, axtarış işi hazırda da davam etdirilir. İddiaçı oğlunun hazırda itkin düşməsi halının onun barəsində təyin edilmiş cəzanın çəkilməsindən boyun qaçırması halı ilə bağlı olmadığını bildirsə də, qeyd edilən hallara dair, habelə onun ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu halda, məhkəmə şəxsin xəbərsiz itkin düşmə şəraitini, onun barəsində tətbiq edilmiş cəzanı çəkməkdən yayınması və boyun qaçırması halını, habelə həmin şəxsin barəsində hazırda da qeyd edilən hallarla bağlı axtarış işinin mövcud olduğunu əsas götürərək, habelə şəxsin hazırda olduğu yerin müəyyən edilməsinin mümkün olmamasının məhz onun müvafiq cəzadan boyun qaçma halı ilə bağlı olma ehtimalini nəzərə alaraq,hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, iş üzrə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki,ərizə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40,MPMnin 315-316-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətidə (elektron kabinet vasitəsilə) Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-2036/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2036/2022
12.10.2022 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver