Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2062/2021 16.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 fevral 2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentin miqdarının artırılaraq ondan hər ay 200 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki , Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarından məlum olur ki, cavabdeh X3 rəsmi qeydiyyatda olduğu ünvan Cəlilabad rayonu, Muğan kəndidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1 və 152.1.3-cü maddələrinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. İddia ərziəsinin məzmunundan görünür ki, hazırki mülki iş üzrə cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan Zəngilan rayonu, Cahangirbəyli kəndində, iddiaçı özü isə Naxçıvan MR, ünvan 2 ünvanında rəsmi qeydiyyatdadır. Həmçinin, iddiaçı tərəfindən iddia ərizəsində faktiki yaşayış ünvanı qismində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi ev 50, mənzil 25 qeyd edilsə də, həmin hala dair heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Bununla da, hazırki mülki iş üzrə iddia ərizəsinin ərazi aidiyyətinə görə məhz Qaradağ Rayon Məhkəməsinin səlahiyyətinə aid olub-olmaması halını müəyyən etmək mümkün olmamışdır. Bu halda, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddia tələbi ərazi aidiyyətinə görə Zəngilan Rayon Məhkəməsi və ya Babək Rayon Məhkəməsinin səlahiyyətinə aiddir. Ona görə də, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı tərəfindən verilmiş iddia ərizəsi ərazi aidiyyətinə görə Qaradağ Rayon Məhkəməsinin səlahiyyətinə aid olmadığından iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçılara geri qaytarılmalıdır. İddiaçıya izah olunsun ki, hazırki mülki iş üzrə iddia tələbi ərazi adiyyətinə görə cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə Zəngilan Rayon məhkəməsinin və ya iddiaçının qeydiyyatda olduğu ünvan üzrə Babək Rayon Məhkəməsinin səlahiyyətinə aid olduğundan, iddiaçı iddia tələbi ilə həmin məhkəmələrdən birinə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 36, 152, 263-264, 266-267-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçılara geri qaytarılsın. İddiaçıya izah olunsun ki, hazırki mülki iş üzrə iddia tələbi ərazi aidiyyətinə görə Zəngilan Rayon Məhkəməsinin və ya Babək Rayon Məhkəməsinin səlahiyyətinə aid olduğundan, iddiaçı iddia tələbi ilə həmin məhkəmələrdən birinə müraciət etmək hüququna malikdir. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-2062/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2062/2021
16.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver