Məhkəmə qərarları › İş №2(002)-2081/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(002)-2081/2020

05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2081/2020 05.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı X5 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X5 Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X6 Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı “xxxxxx” X1 (İddiaçı ASC) 6 saylı filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli 17-A-1-0-2335-11 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 2027,48 manat əsas borc, müqavilənin müddətinin başa çatma tarixinə, yəni xx xxxxxx 2013-cü il tarixə ödənilməmiş 416,55 manat faiz borcu, ümumilikdə 2444,03 manat, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh İddiaçı X5 xeyrinə tutulması, tutmanın kreditin təminatı kimi cavabdehə məxsus, 2011-ci il buraxılışlı, “VAZ-21074” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı, XTA210740BY003627 ban, ******* mühərrik nömrəli, qara metal rəngli avtomobilə yönədilməsi, həmin avtomobilin açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində İddiaçı X5 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı X5 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 izahatında bildirdi ki, “xxxxxx” X1 (hazırda İddiaçı ASC) 6 saylı filialı ilə Cavabdeh arasında xx xxxxxx 2011ci il tarixli 17-A-1-0-2335-11 saylı kredit müqaviləsi bağlanmış və bu müqavilə ilə bank müqavilənin 1.5, 1.6 və 1.11-ci bəndlərinə əsasən illik 22% hesablanmaqla 24 aylıq müddətə cavabdehə 6000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüş və bu məbləği müqavilə bağlanan tarixdə cavabdehin hesabına ödəmişdir. Kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən, kreditin təyinatı 2011-ci il buraxılışlı, “VAZ-21074” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı, XTA210740BY003627 ban, ******* mühərrik nömrəli, qara metal rəngli avtomobil olmuşdur. Müqavilənin 1.4-cü bəndinə əsasən, kredit müqaviləsi üzrə bütün öhdəliklərin təminatı xx xxxxxx 2011-ci il tarixli 17-A-1-0-2335-11 saylı ipoteka müqaviləsi ilə nəzərədə tutulmuş, bu müqavilənin 2.3-cü bəndinə əsasən tərəflərin razılığı ilə 7500 manat məbləğində qiymətləndirilmiş, cavabdehə mülkiyyət hüququ ilə məxsus olan “VAZ-21074” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əlavə olunuş ödəniş cədvəlinə əsasən cavabdeh hər ay sabit məbləğdə olmaqla 312 manat, ümumilikdə 7469 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Bununla əlaqədar olaraq, tərəflər arasında tərtib edilmiş ödəniş cədvəlinə əsasən kreditin faizlərinin cavabdeh tərəfindən banka qaytarılmasının müddətləri və qaydası müəyyən edilmişdir. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş ödəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Borcun ödənilməsi ilə bank tərəfindən cavabdehə dəfələrlə əlavə imkanlar yaradılaraq yeni vaxt verilmiş, lakin buna baxmayaraq cavabdeh tərəf bu günə qədər banka olan borcunun ödənilməsi ilə bağlı heç bir tədbir görməmişdir. Belə olan halda, bank tələbin kreditin təminatı kimi ipotekaya qoyulmuş avtomobilə yönəldilməsini tam qanunauyğun hesab edir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı X5 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 isə məhkəməyə yazılı ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsini rəhbər tutaraq hazırkı mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2011-ci il tarixli, 17-A-1-0-2335-11 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, “xxxxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış həmin kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh illik 22% olmaqla 24 ay müddətinə 6000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx xxxxxx 2011-ci il tarixli, 17-A-1-0-2335-11 saylı ipoteka müqaviləsindən görünür ki, xx.xx.2011-ci il tarixli, 17-A-1-0-2335-11 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq, “xxxxxx” İKB ASC ilə Cavabdeh arasında ipoteka müqaviləsi bağlanmış və həmin müqavilə əsasında Cavabdeh özünə məxsus “VAZ” markalı, 21074 model, ban 003627, mühərrik 9820793, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobili “xxxxxx” İKB ASC ASC qarşısında ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan Cavabdeh İddiaçı ASC-yə olan borcu ilə əlaqədar xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2011-ci il tarixli, 17-A-1-0-2335-11 saylı kredit müqaviləsi üzrə cavabdehin 2027,48 manat məbləğində əsas borcu, 416,55 manat faiz borcu, ümumilikdə 2444,03 manat məbləğində borcu vardır. İş materiallarında olan X2 Şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21074 minik” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdur. İş materiallarında olan 026138 nömrəli xx xxxxxx 2011-ci il tarixli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışın surətindən görünür ki, qeyd olunan xx xxxxxx 2011-ci il tarixli, 17-A-1-0-2335-11 saylı ipoteka müqaviləsi qeydiyyata alınmışdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn kredit borcunun qaytarılması ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) kredit borcunun qaytarılmasıa və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kredit borcunun qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı kredit borcunun qaytarılması məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, cavabdeh iddiaçı təşkilatdan aldığı kredit üzrə əsas borcu və faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh borclu müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı təşkilat qarşısında həmin kredit borcunun qaytarılması öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçı təşkilatın kredit müqaviləsi üzrə əsas borc və faiz borcu ilə bağlı tələbləri tam əsaslıdır. Məhkəmə eyni zamanda iddia tələbinin ipoteka predmeti olan əmlaka yönəldilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbinin bu hissəsi də əsaslıdır. Bu səbəbdən iddianın həmin hissəsi də təmin edilməli, cavabdehdən tutulmalı olan məbləğ avtomobilin açıq hərracda satılması nəticəsində əldə olunacaq vəsait hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 238-253, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2011-ci il tarixli, 17-A-1-0-2335-11 saylı kredit müqaviləsi üzrə 2027,48 manat əsas borc, 416,55 manat faiz borcu olmaqla, ümumilikdə 2444,03 manat (iki min dörd yüz qırx dörd manat üç qəpik) məbləğində borc pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq İddiaçı X5 xeyrinə ödənilsin. Tutma Cavabdeh mülkiyyətində olan, ipoteka ilə yüklü edilmiş “VAZ 21074” minik markalı, **- MR-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili-2011, BAN: XTA21074BY003627, ******* mühərrik nömrəli, qara metal rəngli) avtomobilə yönəldilsin və tutulmalı məbləğ həmin avtomobilin açıq hərracda satılması nəticəsində əldə olunacaq vəsait hesabına ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində onun ləğv olunması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar