Məhkəmə qərarları › İş №2(002)-2082/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2082/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2082/2021 14.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5 oğlunun iştirakı ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin Cavabdeh qarşı Faktorinq müqaviləsinə əsasən yaranmış borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «Bank Olmayan Kredit Təşkilatı «Embafinans » QSC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X4 arasında imzalanmış 24 iyul 2019- cu il tarixli 01 saylı Faktorinq Müqaviləsinə və həmin müqaviləyə edilmiş 22 yanvar 2020-ci il tarixli 5 saylı Əlavəyə əsasən Cavabdeh əsas borcu 68.45 (altmış səkkiz manat 45 qəpik) manat, həmçinin ərizəyə görə ödənilmiş 20.40 (iyirmi manat 40 qəpik) manat dövlət rüsumunun, ümumilikdə 88.85 (səksən səkkiz manat 85 qəpik) manat məbləğində borcun İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «Bank Olmayan Kredit Təşkilatı «Embafinans » QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X2 Saatlı rayonunda yerləşən mağazasından mebel avadanlıqları alınması üçün 12 ay müddətinə qaytarılmaq şərti ilə 286,00 (iki yüz səksən altı manat 00 qəpik) manat məbləğində kredit verilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı Embafinans” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 15 noyabr 2018- il tarixli, 154-EMB-1302-18 saylı Kredit Müqaviləsi bağlanmışdır. 05 oktyabr 2015-ci il Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X4 arasında imzalanmış Əməkdaşlıq haqqında Müqavilənin 2.1.6-cı bəndinə əsasən “Satıcı” adlandırılan X4 avadanlıqların (istehlak mallarının) satışı zamanı 30 (otuz) gündən yuxarı gecikməsi olan müştərilərin borcunu ödəməyi “Kreditor” adlandırılan BOKT "xxxx" QSC qarşısında öhdəlik götürmüşdür.15 noyabr 2018-ci il tarixli, 154-EMB-1302-18 saylı Kredit müqaviləsi üzrə öhdəliklər borcalan Cavabdeh tərəfindən lazımınca icra edilmədiyi üçün BOKT "xxxx"QSC ilə hüquqi şəsx yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X4 arasında imzalanmış 05 oktyabr 2015-ci il tarixli Əməkdaşlıq haqqında Müqavilənin 2.1.6-cı bəndinə əsasən borcalan Cavabdeh gecikdirilmiş kredit borcu hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X4 tərəfindən 31 oktyabr 2019-cu il tarixdə 23.00 (İyirmi üç manat, 00 qəpik) manat, 29 noyabr 2018-ci il tarixdə 23.45 (iyirmi üç manat 45 qəpik) manat və 30 dekabr 2019-cu il tarixdə 22.00(iyirmi iki manat, 00 qəpik) manat, olmaqla, ümumilikdə 68.45 (altmış səkkiz manat 45 qəpik) təşkil edən məbləğ BOKT Embafinans QSC-nə ödənilmişdir.BOKT "xxxx" QSC ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X4 arasında imzalanmış 24 iyul 2019-cu il tarixli 01 sayı Faktorinq Müqaviləsinə və həmin müqaviləyə edilmiş 22 yanvar 2020-ci il tarixli 5 saylı Əlavəyə əsasən “Müştəri” adlandırılan X4 üçüncü şəxslərə qarşı olan tələb hüququnu “Faktor” adlandırılan BOKT "xxxx" QSC-nə güzəşt etməyi, “Faktor” is« “Müştəri”dən aldığı tələb hüququnun dəyərini müqavilə şərtlərinə uyğun olaraq ödəməyi öhdəsire götürmüşdür.Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirləri görülməsinə baxmayaraq, cavabdeh borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdi Cavadehə pul tələbinin güzəşti və borcun ödənilməsinə dair 04 may 2021-ci il tarixli 14731/21 saylı xəbərdarlıq məktubu da göndərilmişdir. İddiaçının nümayəndəsi X5 oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq 15 noyabr 2018- il tarixli, 154-EMB- 1302-18 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı «Bank Olmayan Kredit Təşkilatı «Embafinans » QSC tərəfindən Cavabdeh 12 ay müddətinə 286 manat məbləğində istehlak krediti verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 05 oktyabr 2015-ci il tarixli Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X4 arasında imzalanmış Əməkdaşlıq haqqında Müqavilədən görünürki, “Satıcı” adlandırılan X4 avadanlıqların (istehlak mallarının) satışı zamanı 30 (otuz) gündən çox gecikməsi olan müştərilərin borcunu ödəməyi “Kreditor” adlandırılan BOKT "xxxx" QSC-nin qarşısında öhdəlik götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş BOKT "xxxx" QSC ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X4 arasında imzalanmış 24 iyul 2019-cu il tarixli 01 sayı Faktorinq Müqaviləsinə əsasən “Müştəri” adlandırılan X4 üçüncü şəxslərə qarşı olan tələb hüququnu “Faktor” adlandırılan BOKT "xxxx" QSC-yə güzəşt etmiş, “Faktor” isə “Müştəri”-dən aldığı tələb hüququnun(üçüncü şəxsə qarşı olan tələb hüququ) dəyərini müqavilə şərtlərinə uyğun olaraq Müştəriyə ödəməyi öhdəsinə götürmüşdü İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 4 iyul 2019-cu il tarixli 01 sayı Faktorinq Müqaviləsinə 5 saylı Əlavədən və ona olan Qoşmadan görünür ki, X4 (“Müştəri”) üçüncü şəxslərə qarşı olan 1951,28 manat həcmindəki tələb hüququnu “Faktora”( BOKT "xxxx" QSC-yə) güzəşt edir. Faktor borcludan aldıqdan sonra Müştəriyə ödəməyi öhdəsinə götürür.Həmin Əlavəyə dair Qoşmada həmçinin Cavabdeh qarşı olan 68,45 manat məbləğində tələb hüququ da nəzərdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Kassa məxaric orderindən görünürki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X4 tərəfindən BOKT "xxxx" QSC-yə 05 oktyabr 2015-ci il tarixli Əməkdaşlıq haqqında Müqaviləyə əsasən 31 oktyabr 2019-cu ildə 23 manat, 29 noyabr 2019-cu ildə 23,45 manat və 30 dekabr 2019-cu ildə 22 manat olmaqla ümumilikdə 68,45 manat ödəniş etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 15 noyabr 2018- il tarixli, 154-EMB-1302-18 saylı kredit müqaviləsinə 1 saylı əlavədən-ödəniş cədvəlindən görünür ki, Cavabdeh 12 ay müddətində aylıq 24 manat (sonuncu ay 22 manat) pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş bildiriş məktubundan görünür ki, «Bank Olmayan Kredit Təşkilatı «Embafinans » QSC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 655.1 maddəsinin tələbinə görə faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbini hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Həmçinin Mülki Məcəlləsinin 655.3-cü maddəsinə əsasən müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər Eyni zamanda Məcəllənin 657.3-cü maddəsinə əsasən faktorinq müqaviləsində müştərinin hüquqlarının faktora hansı dərəcədə keçməsi də tənzimlənə bilər. Mülki Məcəllənin 655.5-ci maddəsinə əsasən faktorinq müqaviləsi yazılı formada bağlanılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə işin məhkəmə iclasında tədqiq olunan sübutlarla müəyyən edilən hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı BOKT "xxxx" QSC ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X4 arasında 4 iyul 2019-cu il tarixli 01 sayı Faktorinq Müqaviləsinə əsasən iddiaçı BOKT "xxxx" QSC Cavabdeh 68, 45 manat məbləğində pul tələbində haqlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Sadalananan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilənin şərtlərini pozaraq müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyindən iddiaçının həmin müqaviləni lazımınca icra edilməməsi ilə əlaqədar tələbi əsaslıdır. Ödəniş qəbzinin surətindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli,Cavabdeh iddiaçı «Bank Olmayan Kredit Təşkilatı «Embafinans » QSC-nin xeyrinə 68,45 manat və 20,40 manat dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə 68(altmış səkkiz) manat 45(qırx beş) qəpik borc və 20(iyirmi) manat 40(qırx) qəpik dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar