Məhkəmə qərarları › İş №2(002)-2083/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2083/2020

20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2083/2020 20.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, iddiaçı Bank olmayan kredit təşkilatı (BOKT) «xxxxxxxxxxxxxxxxxxxx» MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X7 və Cavabdeh1 iştirakı ilə, iddiaçı Bank olmayan kredit təşkilatı (BOKT) «xxxxxxxxxxxxxxxxxxxx» MMC-nin cavabdehlər Cavabdeh1, X4, X5 və Cavabdeh4 qarşı kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank olmayan kredit təşkilatı (BOKT) «xxxxxxxxxxxxxxxxxxxx» MMC cavabdehlər Cavabdeh1, X4, X5 və Cavabdeh4 qarşı kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər ilə Bank olmayan kredit təşkilatı (BOKT) «xxxxxxxxxxxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, L-KN-0032790-F saylı birgə borcluluq, kredit müqaviləsi və KN-00001364, KN-00001363 saylı zaminlik müqavilələrinə əsasən, Cavabdeh1, X2, X3 və Cavabdeh4 müştərək qaydada iddiaçı “Bank olmayan kredit təşkilatı (BOKT) «xxxxxxxxxxxxxxxxxxxx» MMC-nin xeyrinə 1407,08 ABŞ dolları məbləğində əsas borc, 242,02 ABŞ dolları faiz borcu, və 86,30 ABŞ dolları müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin əvəzi olmaqla, cəmi 1735,40 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı Bank olmayan kredit təşkilatı (BOKT) «xxxxxxxxxxxxxxxxxxxx» MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X10 izahat verərək bildirdi ki, cavabdehlər Cavabdeh1 və X1 olmayan kredit təşkilatı (BOKT) «xxxxxxxxxxxxxxxxxxxx» MMC-nin Bakı filialına müraciət edərək ailə üzvlərindən ibarət birgə borclular qrupu yaratmaq istədiklərini bildirmiş və onlarla təşkilat arasında xx.xx.2014-cü il tarixli, L-KN-0032790-F nömrəli birgə borcluluq müqaviləsi bağlanmışdır. Daha sonra birgə borcluluq müqaviləsinə əsasən, birgə borcluların vəkil edilmiş nümayəndəsi Cavabdeh1 ilə xx.xx.2014-cü il tarixli, L-KN-0032790-F saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, kirayə vermək üçün ev tikilişi məqsədilə birgə borclulara 24 ay müddətinə aylıq 2,5%, illik 30% olmaqla 3500 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zaminləri X8 və Cavabdeh4 ilə müvafiq olaraq KN-00001364, KN-00001363 saylı zaminlik müqavilələri bağlanmışdır. Bank olmayan kredit təşkilatı (BOKT) «xxxxxxxxxxxxxxxxxxxx» MMC ilə cavabdehlər arasında xx.xx.2017-ci il tarixdə imzalanmış rəsmi razılaşma protokollarına əsasən kreditin faizi 12%-ə endirilərək, kredit və zaminlik müqavilələrinin müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini qismən icra etməmiş və nəticədə banka 1407,08 ABŞ dolları məbləğində əsas borc, 242,02 ABŞ dolları məbləğində faiz borcu qalmışdır. Bundan əlavə, Bank olmayan kredit təşkilatı (BOKT) «xxxxxxxxxxxxxxxxxxxx» MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, L-KN-0032790-F-F saylı kredit müqaviləsində bu müqavilədən irəli gələn öhdəliklərin borclu tərəfindən yerinə yetirilməməsi nəticəsində cavabdehdən kreditora vurulmuş zərərin (əldən çıxmış fayda) tələb olunması nəzərdə tutulmuşdur. Hal-hazırda müqaviləyə əsasən hesablanmış zərər (əldən çıxmış fayda) 86,30 ABŞ dolları təşkil edir. Ona görə də iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Əlavə olaraq bildirir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən kreditə görə cavabdeh tərəfə kompensasiya da ödənilmişdir, lakin cavabdeh tərəf qalıq borcunu yenə də ödəməmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh1 izahat verərək bildirdi ki, həqiqətən xx.xx.2014-cü il tarixdə Bank olmayan kredit təşkilatı (BOKT) «xxxxxxxxxxxxxxxxxxxx» MMC ilə onun arasında kredit müqaviləsi bağlanmış, ona 24 ay müddətinə 3500 ABŞ dolları kredit verilmiş, sonradan kredit müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. Digər cavabdehlər onun qohumlarıdır. Uzun müddət ödənişləri vaxtında həyata keçirmiş, sonradan ABŞ dollarının məzənnəsi artmış və maddi vəziyyəti xeyli pisləşmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən 2138,57 manat kompensasiya almışdır. Lakin hesab edir ki, tələb edilən əsas və faiz borclarını əvvəlki məzənnə ilə ödəməlidir, zərər tələbi isə tamamilə əsassızdır, belə ki, artmış məzənnə üzrə ödəniş etməklə özü zərərə məruz qalmışdır. Hazırda maddi vəziyyəti ağır olduğuna görə iddia tələbinə etiraz edir. Digər cavabdehər məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən olunmuş qaydada xəbərdar olunmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə istinad edərək, işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli, L-KN-0032790-F saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, Bank olmayan kredit təşkilatı (BOKT) «xxxxxxxxxxxxxxxxxxxx» MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, L-KN- 0032790-F saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 30 faizlə 3500 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, L-KN-0032790-F saylı birgə borcluluq müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Bank olmayan kredit təşkilatı (BOKT) «xxxxxxxxxxxxxxxxxxxx» MMC ilə Cavabdeh1 və X6 arasında xx.xx.2014-cü il tarixli, L-KN- 0032790-F saylı kredit müqaviləsi üzrə birgə borcluluq və zaminlik öhdəliyi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli KN-00001363 saylı zaminlik müqaviləsindən görünür ki, Bank olmayan kredit təşkilatı (BOKT) «xxxxxxxxxxxxxxxxxxxx» MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, L-KN-0032790-F saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq Bank olmayan kredit təşkilatı (BOKT) «xxxxxxxxxxxxxxxxxxxx» MMC ilə Cavabdeh4 arasında xx.xx.2014-cü il tarixli KN-00001363 saylı zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli KN-00001364 saylı zaminlik müqaviləsindən görünür ki, Bank olmayan kredit təşkilatı (BOKT) «xxxxxxxxxxxxxxxxxxxx» MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, L-KN-0032790-F saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq Bank olmayan kredit təşkilatı (BOKT) «xxxxxxxxxxxxxxxxxxxx» MMC ilə X8 arasında xx.xx.2014-cü il tarixli KN-00001364 saylı zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli razılaşma protokollarından və ödəniş qrafikindən görünür ki, kredit müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli, L-KN-0032790-F saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə 1407,08 ABŞ dolları məbləğində əsas borc, 242,02 ABŞ dolları faiz borcu və 86,30 ABŞ dolları müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin əvəzi olmaqla, cəmi 1735,40 ABŞ dolları borcu vardır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, Cavabdeh1 iddiaçı təşkilatdan aldığı kredit üzrə əsas borc və faiz borcu məbləğlərini iddiaçıya ödəmək öhdəliyinin daşıyıcısı olmuş, lakin o, müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı təşkilat qarşısında həmin pul öhdəliyini yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun və faiz borcunun cavabdeh borcludan tutulması hissəsində tam əsaslıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi zərər (əldən çıxmış fayda) hissəsində əsassızdır. Belə ki, kredit müqaviləsinin müddəti başa çatmamış, bankın müqavilə müddəti ərzində əldə edəcəyi gəlir isə faiz qismində onsuz da nəzərə alınmışdır, bu səbəbdən ayrıca əldən çıxmış faydanın tələb edilməsi əsassız hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə, iddia tələbinin əsas borclu ilə birgə zaminlərə yönəldilməsi hissəsinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyət daşıyırlar. Məhkəmə iddianın dövlət rüsumunun cavabdehlərdən tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablaşma ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, X2, X3 və Cavabdeh4 müştərək qaydada 1407,08 ABŞ dolları məbləğində əsas borc, 242,02 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 1649,1 ABŞ dolları (min altı yüz qırx doqquz ABŞ dolları on sent) məbləğində borc pul vəsaiti (icra gününə Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla) və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı Bank olmayan kredit təşkilatı (BOKT) «xxxxxxxxxxxxxxxxxxxx» MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar