Məhkəmə qərarları › İş №2(002)-2086/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(002)-2086/2020

02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № 2(002)-2086/2020 02.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, ünvan 1 Az 1073 ünvanında yaşayan kreditor X2 Borclu qarşı borc tələbinə dair məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Kreditor X3 Borclu qarşı borcun tutulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Kreditorun ərizəsinin və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, kreditor X3 ilə Borclu arasında bağlanılmış xx xxxxxx 2018-ci il tarixli, FSK1092 nömrəli malın nisyə satılması haqqında alqı-satqı müqaviləsinə əsasən Borclu kreditordan 1 ədəd dəyəri 378 manat olan Samsung J3 Sm- 330 Black markalı mobil telefon almışdır. Borclu göstərilən məbləğdan qismən ödəniş etdikdən sonra kreditora 200 manat borcu qalmışdır. Ona görə də borcludan xx xxxxxx 2018-ci tarixli müqavilə üzrə 200 (iki yüz) manat məbləğində əsas borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 220 (iki yüz iyirmi) manat məbləğində pul vəsaitinin alınaraq kreditor X4 ödənilməsi barədəməhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, kreditor X3 ilə Borclu arasında bağlanılmış xx xxxxxx 2018-ci il tarixli, FSK1092 nömrəli malın nisyə satılması haqqında alqı-satqı müqaviləsinə əsasən J3 SM-330 Black markalı mobil telefonu kreditor X1 almışdır. Borclunun ümumilikdə 200 manat borcu vardır. Kreditor X3 tərəfindən məhkəmə əmrinin verilməsi üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 280-ci maddəsinə əsasən məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə edilmiş sənədlərlə kreditor X2 tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanılmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığının təsdiq olunduğu üçün məhkəmə həmin təkləb üzrə məhkəmə əmrinin verilməsini mümkün hesab etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, əmr etdi: xx xxxxxx 1984-cü ildə Bakı şəhərində doğulmuş və hazırda ünvan 2 ünvanında qeydiyyatında olan Borclu xx xxxxxx 2018-ci il tarixli müqavilə üzrə 200 (iki yüz) manat məbləğində əsas borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 220 (iki yüz iyirmi) məbləğində pul vəsaiti alınaraq kreditor X2 xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün ərzində verilmiş tələbə və ya onun bir hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar