Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2087/2021 27.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 542.63 (beş yüz qırx iki manat 63 qəpik) manat, kredit müqaviləsinin bitdiyi-06.09.2014-cü il tarixə faiz borcu üzrə 126.31 (bir yüz iyirmi altı manat 31 qəpik) manat, kredit müqaviləsinin müddətinin bitdiyi- 06.09.2014-cü il tarixdən sonra Banka vurulmuş zərər (əldən çıxmış fayda) 1162.36 (bir min yüz altmış iki manat 36 qəpik) manat, cəmi 1831.3 (bir min səkkiz yüz otuz bir manat 30 qəpik) manat kredit borcunun və 30 (otuz) manat tutularaq ləğv etmə prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, AFB Bank”ASC ilə Cavabdeh X1 arasında bağlanmış 06 sentyabr 2013-cü il tarixli, 101-HFS-3114 №-li kredit müqaviləsinə əsasən illik 28 % olmaqla, 880 (səkkiz yüz səksən) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 4.1-4.2-ci bəndlərinə əsasən Cavabdeh Cahangirova Gülşənəm Kredit müqaviləsində nəzərdə tutulmuş şərtlərlə aldığı vəsaiti 12 (on iki) ay ərzində qeyd-şərtsiz olaraq qaytarmağı və kredit məbləğini kreditin verilmə tarixindən sonra bu Müqaviləyə 1 saylı Əlavədə göstərilmiş ödəmə cədvəli ilə müəyyən olunmuş qaydada ödənilməsini öhdəsinə götürmüşdür. Ödəmə cədvəlinə görə kredit üzrə əsas və hesablanmış faizlər hər ay bərabər hissələrlə Banka ödənilməlidir. Kredit müqaviləsinin 7.1-ci bəndinə əsasən ödəmə günü həmin gün üçün təyin edilmiş məbləğ ödənilmədikdə, ertəsi gündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyi günədək əlavə dəbbə pulu(cərimə) hesablanır və cərimənin məbləği kredit faizinin 2(iki) mislinə bərabərdir.Cavabdeh Cahangirova Gülşənəm öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə onun iddia qaldırılan günə Banka əsas borc üzrə 542.63 (beş yüz qırx iki manat 63 qəpik) manat, kredit müqaviləsinin bitdiyi-06.09.2014-cü il tarixə faiz borcu üzrə 126.31 (bir yüz iyirmi altı manat 31 qəpik) manat, kredit müqaviləsini» müddətinin bitdiyi- 06.09.2014-cü il tarixdən sonra Banka vurulmuş zərər (əldən çıxmış fayda) 1162.36 (bir min yüz altmış iki manat 36 qəpik) manat, cəmi 1831.3 (bir min səkkiz yüz otuz bir manat 30 qəpik) manat məbləğində borcu yaranmışdır. İddiaçının nümayəndəsi X2 27.09.2021-ci il tarixdə məhkəmənin ünvanına ərizə göndərərək,məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş tərəflər arasından bağlanmış 06 sentyabr 2013-cü il tarixli, 101-HFS-3114 №-li kredit müqaviləsinin surətindən görünür ki İddiaçı ASC Cavabdeh 12 ay müddətinə illik 28 faiz ödəmək şərti ilə 880 manat məbləğində kredit verilmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 25.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 25.05.2021-ci il tarixinə borcu aşağıdakı kimidir: - 542.63 manat əsas, kredit müqaviləsinin bitdiyi-06.09.2014-cü il tarixə faiz borcu üzrə 126.31 manat, kredit müqaviləsinin müddətinin bitdiyi- 06.09.2014-cü il tarixdən sonra Banka vurulmuş zərər (əldən çıxmış fayda) 1162.36 manat, cəmi 1831.3 manat. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 06 sentyabr 2013-cü il tarixli ödəniş cədvəlindən görünür ki, cavabdeh 880 manat kredit borcunu 12 ayda 28 faizlə hər ay 84,93 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş bildiriş məktubundan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, cavabdehdən borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdi”. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh iddiaçı ilə bağladığı 06 sentyabr 2013-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini lazımınca icra etməyərək, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödəməmiş və nəticədə onun banka həmin müqaviləyə görə 542.63 manat əsas, kredit müqaviləsinin bitdiyi- 06.09.2014-cü il tarixə faiz borcu üzrə 126.31 manat, məbləğində pul borcu yaranmışdır. Sadalananan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilənin şərtlərini pozaraq müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyindən iddiaçının həmin müqaviləni lazımınca icra edilməməsi ilə əlaqədar tələbi əsaslıdır. İddiaçı Bank müqavilənin bitdiyi tarixdən (06.09.2014-ci ildən) cavabdeh tərəfindən Banka vurulmuş zərər (əldən çıxmış fayda) 1162.36 manat tələb etsə də, əldən çıxmış faydanın hansı qaydada hesablanması, nədən ibarət olması barədər heç bir sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əldən çıxmış fayda hissəsində təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Ödəniş qəbzinin surətindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 30( otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 542(beş yüz qırx iki) manat 63(altmış üç) qəpik əsas, 126(yüz iyirmi altı) manat 31(otuz bir) qəpik faiz, cəmi 668(altı yüz altmış səkkiz) manat,94(doxsan dörd) qəpik məbləğındə kredit borcu və ödənilmiş 30.(otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 542(beş yüz qırx iki) manat 63(altmış üç) qəpik əsas, 126(yüz iyirmi altı) manat 31(otuz bir) qəpik faiz, cəmi 668(altı yüz altmış səkkiz) manat,94(doxsan dörd) qəpik məbləğındə kredit borcu və ödənilmiş 30(otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-2087/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2087/2021
27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver