Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2095/2020 15.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(002)-2141/2016 saylı, xx xxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən onun xeyrinə təyin edilmiş xx xxxxxx 2013-cü il təvəllüdlü X4 və xx xxxx 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin hər ay bir uşaq üçün 100 (bir yüz) manat, cəmi 200 (iki yüz) manat alimentin miqdarı artırılaraq cavabdehdən hər ay bir uşaq üçün 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 2141/2016 saylı, xx xxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən xx xxxxxx 2013-cü il təvəllüdlü X4 və xx xxxx 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx xxxx 2016-cı il tarixdən başlayaraq Cavabdeh hər ay hər bir uşağa 100 (yüz) manat olmaqla, 200 (iki yüz) manat məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Övladlarının təlabatları günü-gündən artır. Cavabdeh ona aliment pulundan başqa öz övladları üçün əlavə maddi yardım göstərmir. Bundan əlavə cavabdeh doğma övladları ilə maraqlanmır. O, tək başına övladlarının təlabatını ödəyə bilmir. Valideynlərinin köməyi ilə uşaqlarını saxlamağa çalışır. Hazırki maddi vəziyyətim olduqca pisdir. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, anası ilə bir yerdə qaldığını, tək başına övladlarının təlabatını ödəyə bilmədiyini, valideynlərinin köməyi ilə uşaqlarını saxlamağa çalışdığını, özünün satıcı işlədiyini, mövcud vəziyyətlə əlaqədar maddi imkanının olmadığını, işinin olmadığını, uşaqları saxlamaqda çətinlik çəkdiyini, nası və qardaşının köməklik etdiyini, özünün aylıq maaşının 350 manat olduğunu, həmin aldığı masala isə ancaq evin xərclərini yemək-uçməklərini ödəyə bildiyini, cavabdehin isə bununla bağlı uşaqlarına heç bir maddi yardım göstərmədiyini, əvvəlki alimentlə bağlı isə bütün borclarını sildiyini, imtina elədiyini, hazırda isə maddi vəziyyəti uşaqların tələbatlarının ödənilməsinə imkan vermədiyini, onları təkbaşına böyütməkdə, təhsil, sağlamlıq və digər xərclərini ödəməkdə çətinlik çəkdiyini bildirərək, bu halların nəzərə alınaraq, iddianın təmin eidlməsini məhkəmədən xahiuş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək, restoranda mühafizədə işlədiyini, aylıq 300 manat maaş aldığını, 340 manat aliment ödəyə bilməyəcəyini, aylıq 200 manat aliment ödəmək iqtidarında olduğunu, anasının onun himayəsində olduğunu, bu halların nəzərə alınaraq, iddianın təmin eidlməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.2015-ci il tarixində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2013-cü il tarixində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İ 196061 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah xx.xx.2019-cu il tarixində ləğv edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli 2(002)- 2141/2016 saylı qətnaməsinin surətindən görünür ki, xx xxxxxx 2013-cü il təvəllüdlü X4 və xx xxxx 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx xxxx 2016-cı il tarixdən başlayaraq Cavabdeh hər ay hər bir uşağa 100 (yüz) manat olmaqla, 200 (iki yüz) manat məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə hesab edir ki, tərəflərin əvvəllər rəsmi nikahda olmaları, rəsmi nikahdan 2 uşaqlarının olması və yetkinlik yaşına çatmamış uşağın anasının yanında qalması, həmçinin onun saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmasına dair hallar aşkar olmaqla, qətnamə əsasında müəyyən olunmuş hallar kimi preyudisial əhəmiyyətə malik olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında rəsmi nikah pozulmuş, həmin nikahdan olan uşaqlar xx xxxxxx 2013-cü il təvəllüdlü X4 və xx xxxx 2015-ci il təvəllüdlü X3 anasının himayəsindədir. Məhkəmə qətnaməsi əsasında həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər uşağa görə 100 manat, cəmi 200 manat məbləğində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İddiaçı müvafiq məhkəmə qətnaməsi əsasında təyin edilmiş alimentin məbləğinin uşaqların günlük artan tələbatlarının ödənilməsinə kifayət etmədiyini əsas gətirərək, belə bir tələb irəli sürmüş və iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. Həmçinin, iddiaçının məhkəmə iclasında veridyi izahatından aydın olur ki, o, uşaqları təkbaşına saxlamaqda, onların böyüdülməsində, maddi tələbatlarının ödənilməsində çətinlik çəkdiyini, özünün aldığı əmək haqqı məbləğinin isə uşaqların tələbatlarının ödənilməsi çüün kifayət etmədiyini, onların təhsil, sağlamlıq və digər tələbatlarını ödəməkdə çətinlik çəkdiyini bildirmişdir. Həmçinin,cavabdehin məhkəmə iclaısnda verdiyi izahatından aydın olur ki, o, hazırki mülki iş üzrə iddia tələbini qəbul etməyərək, ümumilikdə 200 manat məbləğində aliment ödəmək imkanına malik olduğunu bildirmişdir. Bu halda, məhkəmə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 170 manat olduğunu və uşaqların üstün mənafeyini əsas götürərək, habelə uşağın böyüdülməsi və saxlanması ilə əlaqədar daim artan normal qidalanması, geyimi, təhsili, sağlamlığının qorunması və sair tələbatlarının ödənilməsinin təmin edilməsi zərurətini nəzərə alaraq, hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləlikləməhkəmə qeyd olunan halları nəzərə alaraq, uşaqların üstün mənafeyini əsas götürərək, hesab edir ki, iddia təmin edilməli, xx xxxxxx 2013-cü il təvəllüdlü X2 və xx xxxx 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qaradağ Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli 2(002)-2141/2016 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay bir uşağa görə 170 manat olmaqla, cəmi 340 manat məbləğində sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx xxxxxx 2013-cü il təvəllüdlü X2 və xx xxxx 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qaradağ Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli 2(002)-2141/2016 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay bir uşağa görə 170 manat olmaqla, cəmi 340 manat məbləğində sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-2095/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2095/2020
15.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver