Məhkəmə qərarları › İş №2(002)-2099/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2099/2022

24.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2099/2022 24.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçınun Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə cavabdehin vəkili və nümayəndəsi tərəfindən verilmiş iş üzrə icraatın təzələnməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçınun Cavabdeh qarşı pul tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3750 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o İddiaçı yuxarıda qeyd olunan ünvanda yaşayır.O Azərbaycan Tibb Universitetində kontingentdə qalan (kursda qalan) tələbədir.Cavabdeh həmin universitetin dekanlığında “tutor” vəzifəsində işləyirdi.Hansı ki,onun kimi tələbələrin dərs cədvəlinin qurulması,yerləşdirilməsi onun öhdəliyində idi.Buna görə Cavabdeh ilə tez-tez telefon danışığı aparırdı.Bu danışıqlardan birində xanım ağlayaraq onun 3500 manat pula ehtiyacı olduğunu dedi.O isə ona 2000 AZN verə biləcəyini bildirdi.Sabahı gün onlar dekanlıqda görüşdü və pulu ona verdi.O, isə ona maaş günü gələn kimi pulu verəcəyini söz verdi.Daha sonra o,pulu gecikdirsə də o üz vurmadı.Ancaq yuxarıda qeyd etdiyi kimi o universitetdə oxuyur və semestrin ödənişini etməli idi.O xanımla əlaqə saxlayıb pulu istədi.O isə bildirdi ki,pulu ödəyib narahat olmasın.Onlar təhsil haqqı X2 filialında ödəmə terminalı vasitəsilə ödənilir.Yəni şəxsin özünə ehtiyac yoxdur və əgər tələbə ödənişi ödəməsə imtahan sessiyasında buraxılmır.Bu 2 səbəbə görə o heç şübhələnmədi.Daha sonra növbəti semestrdə də oxşar hadisə yaşandı.O dedi ki,onun tanışı olmaz ona 5000 AZN pul versin.Təəssüf ki,o yenə aldandı və təhsil haqqı üçün yığdığı pulu ona verə biləcəyini dedi.Bu 2 halda pulu ona heç bir sənəd,sübut olmadan nağd şəkildə verdi.Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə ona yenə 2000 AZN pul verdi.Bu ödənişi kart hesabına köçürdü.Daha sonra qulağına gələn şaiələrə inansa bu kimi hallar dəfələrlə olduğu üçün xanım “tutorluq” vəzifəsindən azad edilib.Onun əvəzinə gələn xanım ona 4500 təhsil haqqı borcu olduğunu dedi.Əvvəlcə inanmadı.Özünə dedi,o yenə inadla inkar edir və nə isə səhvlik ola biləcəyini bildirir,pulunu hesaba köçürdüyünü deyirdi.O universitetin mühasibatlığından dəqiq məlumat aldı və özünə bildirdi.xx.xx.2021-ci il tarixində bütün yazışmalar whatsappda qalır.Min bir bəhanə səbəb gətirərək pulunu bu gün sabah verəcəyini deyir.Lakin sözünün üstündə durmur.xx.xx.2021 tarixindən bu yana xx.xx.2022 tarixində 750 AZN pul kartına köçürüb.Ümumiləşdirsək o Cavabdeh ayrı-ayrı vaxtlarda 2-si nağd biri elektron qaydada cəmi 6000 AZN pul vermişdir.Bu puldan 1500 AZN həqiqətən universitetin hesabına onun təhsil haqqı kimi ödənilib,750 AZN isə özünə elektron qaydada göndərilib.3750 AZN borcu isə hələdə qalır.Bunu yazışmalarda aydın şəkildə qəbul edir.Ancaq ödəyə bilmədiyini deyir.Bu hadisədən Universitetdə işləyən atası Bayramov Şahin müəllim də xəbərdardır.Ona dedi ki,qızının borclarına görə oğlunun maşınını satıb.Müxtəlif banklara 25000 AZN borcu var.Hazırda heç nə ödəyə bilmir.6 ay möhlət ver borcu azalsın.Banka borcu yenilənmə barədə müraciət edib və onun pulunu qaytarır.O, hətta 2-ci dəfə yanında olanda ona evlərini ipoteka qoyacağını və pulunu qaytaracağını dedi.Həmin hadisədən 1 ay keçir,lakın ona vəd edilən heç bir söz tutulmayıb.Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, öz izahatında cavabdehin borcunu hər dəfə qaytaracağını bildirsə də bu barədə heç bir ödəniş edilmədiyini bildirərək, bu halların nəzərə alıanraq,iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehin vəkili və nümayəndəsi məhkəmə iclasına ərizə ünvanlayaraq,iddia tələbini qəbul etdiklərini və məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, cavabdehin iddia tələbinin etiraf olunmasına dair yazılı ərizəsini əsas götürərək, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş cavabdehin yazılı etiraz ərizəsinin məzmunundan görünür ki, cavabdeh İddiaçı 3750 manat pul borcunun olduğunu bildirərək, iddia tələbini qəbul edərək, iddia tələbini təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respubblikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasənborc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdehlə aralarında şifahi borc müqaviləsi bağlanıldığını, həmin müqaviləyə əsasən 3750 manat məbləğində cavabdehə borc pul veridyini, cavabdeh tərəfindən həmin pul vəsaitinin indiyədək geri qaytarılmamasını əsas gətirərək, belə bir iddia tələbi irəli sürmüşdür. Cavabdeh isə iddia tələbini qəbul etmişdir. Məhkəmə ilk növbədə tərəflər arasında bağlanılmış şifahi borc müqavailəsinin etibarlı olub-olmaması məsələsinin araşdırlmasını zəruri hesab edir. Belə ki, mülki qanunvericiliyin tələbinə əsasən borc müqaviləsinin predmetini 3000 manatdan çox məbləğdə pul vəsaiti təşkil etdiyi halda, qeyd edilən müqavilə yazılı formada bağlanılmalıdır. Həmçinin, mülki qanunvericiliyin tələbinə əsasən yazılı formada müqavilə tərəflər arasında imzalanmış sənədin tərtibi yolu ilə bağlanılır. Lakin tərəflər arasında bağlanılmış şifahi borc müqaviləsinin predmetini 3750 manat məbləğində pul vəsaiti təşkil etsə də, məhkəmə araşdırması zamanı tərəflər arasında yazılı formada tərtib edilmiş borc müqavailəsinin bağlanması halı aşkar edilməmişdir. Bunula da, məhkəmə hesab edir ki, tərəflər arasında borc müqaviləsi bağlanılarkən mülki qanunvericilikdə imperativ norma kimi qeyd eidlmiş müqavilənin formasına aid şərti pozulmaqla bağlanılmışdır. Bu halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış borc müqaviləsi Mülki Məcəllənin 740-cı maddəsinin şərtini pozmaqla bağlandığından və 337-ci maddəsinin tələbinə əsasən etibarsız əqd hesab olunmalıdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,cavabdeh iddiaçıdan iddiaçıya məxsus olan 3750 manat məbləğində pul vəsaitini təhvil almışdır. Bu halı cavabdeh iddia tələbinin etiraf olunmasına dair yazılı ərizəsi ilə öz təsdiqini tapmışdır. Bu halda, məhkəmə hesab edir ki, hazırki mülki işə aid iddia tələbi üzrə MM-nin 1091-ci maddəsinin dispozitiv şərtləri mövcud olmuşdur. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, cavabdeh iddiaçıya məxsus 3750 manat məbləğində pul vəsaiti əldə etmiş, həmin pul vəsaitinin əldə edilməsinin heç bir qanuni əsası olmamış (əsaslandığı əqd etibarsız əqd olmuş), habelə cavabdeh həmin pul vəsaitini özündə əsassız olaraq saxladığından, iddiaçıya geri qaytarmadığından, iddiaçı qeyd edilən məbləğdə pul vəsaitindən məhrum olmuşdur. Bununla da, cavabdehin MM-nin 1091-ci maddəsinin tələbinə və 337.5-ci maddənin tələbinə əsasən qanunsuz olaraq əldə etdiyi pul vəsaitini iddiaçıya geri qaytarmaq vəzifəsi, iddiaçının isə məhrum olduğu pul vəsaitini cavabdehdən tələb etmək hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3750 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməli, iş üzrə ödənilmiş 57,50 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3750 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 57,5 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar