Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-21/2022 17.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh və "xxxx" ASC-yə qarşı maddi zərərə görə pul tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC və Cavabdeh ona dəymiş 27280 manat real və qətnamə çıxarılan gündən qətnamə qanuni qüvvəyə mindiyi günədək hər ay ödədiyi əlavə 4500 manat məbləğində pul vəsaitinin hesablanaraq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 07 dekabr 2021-ci il tarixli qərardadı ilə işin icraatı dayandırılmışdır. İddiaçı nümayəndəsi X2 16 mart 2022-ci tarixli ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinə əlavə edilmiş sənədlərin qaytarılması ilə işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə baxışı 17 mart 2022-ci il tarixə saat 12:45-ə təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunauyğun qaydada məlumat verilmişdir. Həmin tarixdə tərəflər məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmiş və işə onların iştirakı olmadan baxılması barədə də məhkəməyə heç bir vəsatətlər daxil olmamışdır. Məhkəmə, İddiaçı nümayəndəsi X1 ərizəsini və iş materiallarını nəzərə alaraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbindən aydın olur ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə hakim mülki işi baxılmamış saxlayır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 266- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh və "xxxx" ASC-yə qarşı maddi zərərə görə pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və sənədlərin əsli İddiaçı qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №2(002)-21/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-21/2022
17.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver