Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-211/2023 26.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı və onun vəkili X2 cavabdeh Atakişiyeva Cavabdeh iştirakları ilə İddiaçı cavabdeh Atakişiyeva Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Atakişiyeva Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 17500 (on yeddi min beş yüz) manat əsas borcun, 2625 (ikimin altı yüz iyirmi beş) manat faiz borcun, cəmi 20125 (iyirmi min yüz iyirmi beş) manat pulun xeyrimə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X7ina və X8 qarşı 19000 manat pul tələbi ilə bağlı Qaradağ rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə araşdırılması zamanı cavabdehlər onda aldiqları pulu Atakişiyeva Cavabdeh verdiklərini, bununla bağlı Balaxanim Atakişiyevanin xx.xx.2021-ci il tarixdə 17500 manat pul aldiğına dair qəbz verməklə həmin pulun onun tərəfindən qaytarılmalı olduğunu bildirməklə onlara verdiyi pulun Cavabdeh tərəfindən qaytarılmalı olduğunu bildirmişlər. Ona gora də Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-1920/2022 saylı qətnaməsi ilə iddiası qismən təmin edilmiş, cavabdehlərdən 1500 manat əsas borcun və 225 manat faiz borcun tutulması baradə qətnamə qəbul edilmişdir. Həmin pulu Cavabdeh Atakişiyevadan tələb etsə də vermədiyindan məhkəməyə müraciat etməli olmuşdur. cavabdeh tərəf ona borclu olduğundan borcunu ən azı illik beş faizlə ödəməlidir. Üç ildən çoxdur ki, ona olan 17500 manat borc pul ödənilmir. 17500 manatın bir illik faizi 875 (17500x5%) manat, üç illik faizi isə 2625 (875x3=2625) manat təşkil edir. Belə olan halda cavabdehin ona olan borcu faiz dərəcəsi ilə birlikdə ən azından beş faizlə götürdükdə 20125 (iyirmi min yüz iyirmi beş) manat təşkil edir. İddiaçı və onun vəkili X5 məhkəmə iclasında izahatlarında iddianı müdafiə etdiyini bildirərək, əlavə etdi ki, o, 2019-cu il tarixdə 19000 manat pulu 2019-cu ildə Tahirəyə onun oğlunun yanında vermişdir, sonradan o eşidir ki, Tahirəgil həmin pulu faizə veriblər, o, 2021-ci ildə pulunu geri tələb edəndə Tahirənin pulu Cavabdeh verdiyini bildirmiş və sonralar Tahirə Cavabdeh onlarda olanda onu evlərinə dəvət etdiyindən o da xanımlar olduğu üçün həyat yoldaşı və baldızı ilə birlikdə Tahirəgilə getmişdir.Tahirəgildə olanda Cavabdeh özü etiraf etdi ki, pulu ondadır və özü pulunu geri qaytaracaq.Cavabdeh özü şəxsən kağıza imza edərək ona 17500 manat pulunu qaytaracağını bildirdi . Sonra Cavabdeh dedi 5000 manatı mart ayına kimi verəcək, mağazalarını satanda da qalan pulunu verəcək. O,hətta Cavabdeh mağazalarının satılmasına köməklik etdi, amma sonra Cavabdeh dedi ki, satışdan 3000 manat verib qalan pulu sonra verəcək. Lakin zamanla o,gördu ki, Cavabdeh onu aldadır. heç bir ödəniş etmir. Beləliklə, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Atakişiyeva Cavabdeh məhkəmə iclasında izahatında bildirir ki, o, 2018-ci ildə Tahirə Vəliyevadan borc götürmüşdür.2020-ci ilə qədər də 1500 manat pul ödəyib. Bununla bağlı prokurorluqda iş açıldı, sonra da bağlandı, razılaşdı ki, Tahirəyə 14500 manat qaytaracaq, etiraf edir ki, 17500 manatlıq qəbzə qolu şəxsən çəkib, lakin o qədər pul almayıb,iddia tələbinin 5000 manatlıq hissəsinə razıdır. İddiaçıdan 17500 manat məbləğində pul borc alması barədə razılaşmanı şəxsən öz iradəsi ilə imzalasa da, o pul faizlə hesablanan məbləğdir, əslində isə məbləğ 5000 manat təşkil edir. Cavabdeh Atakişiyeva Cavabdeh məhkəmə iclasında 21 fevral 2023-cü il tarixli məhkəmə iclasında ərizə təqdim edərək, bildirmişdir ki, iddia tələbini qismən qəbul edərək, yalnız 5000 manata dair hissədə qəbul edir . İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(002)-1920/2022 saylı qətnaməsindən görünür ki,İddiaçı cavabdeh X6 və X9 qarşı “pul tələbinə dair” iddia ərizəsi qismən təmin edilərək, cavabdehlər X1 və X4 müştərək qaydada 1500 manat əsas borc, 225 manat faiz borcu, 12 manat dövlət rüsumu olmaqla, cəmi 1737 (min yeddi yüz otuz yeddi) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 25 iyul 2021-ci il tarixli borc müqaviləsinə dair yazılı razılaşmadan görünür ki, Atakişiyeva Cavabdeh etiraf edir ki, o, 2019-cu il may ayında İddiaçı-Vəliyev Tahirə vasitəsi ilə 17500 manat pul aldığını və həmin borcu qaytaracağına söz vermişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin məhkəməyə ünvanlandığı xx.xx.2022-cı il tarixli sənədlərdən görünür ki, Bakı səhəri Qaradag rayonu Lökbatan qəsəbəsi D.Bünyadzadə küçasi 27 B ünvanında yaşayan İddiaçıli xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Bas Prokuroruna və X13 ərizə ilə müraciət edərək bildirmisdir ki, Sədərək TM-də fərdi ticarətlə məsğul olan ailəvi tanışları Atəş adlı şəxsə 2019-cu ildə müxtəlif vaxtlarda 14000(on dörd min) manat pul vermiş və belə razılaşmıslar ki, Ataş həmin pulla alver edib qazancdan hər yüz manatdan ona 9 manat pul verəcəkdir. İddiaçı həmin vaxtı insult xəstəsi olduğu üçün Atəşın ona etdiyi bu təkliflə razılaşdığını ilk əvvəl Atəşə 5000 manat pul verdiyini, Atəş isə 2019-cu ilin iyun ayında ona 450 manat pul ödədiyini, sonradan həmin ilin sentyabr ayında Atəşə əlavə 4000 manat verdiyini, təkrar dekabr ayinda Atəşin ondan əlavə olaraq 5000 manat pul istəyərək ticarati genişləndirmək istədiyini bildirdiyi üçün o Atəşə inanaraq sonuncunun anası X3 həmin 5000 (beş min) manat pulu verdiyin bütün bu pulların müqabilindɔ Atəş vɔ anası Tahirəyə 2019cu ilin dekabr ayına kimi ona cəmi 900 manat pul verdiyini, sonradan Atəş ondan hissə-hissə 4000 manatda aldıqdan sonra iki ay hər 1260 manat pul ödəmişlər.Həmin pulları ona Tahirə Vəliyeva verdiyini əlavɔ etmişdir. İddiaçı ərizɔsinin sonunda Tahirə Valiyeva pandemiya olduğunu bahanə edərək həmin müddətdə heç bir ödəmə aparmadıği üçün o sonuncudan pulunu geri istəsə də Tahirɔ Vəliyeva müxtəlif bəhanələr gətirərək pulları geri qaytarmaqdan yayındığı üçün 10-cu PB-na ərizə ilə müraciət etdiyini həmin vaxt Atəş , anası, atasi və Tahirənin bacısı ilə onlara gələrək yaxın vaxtda 2021-ci ilin martina qədər pulu qaytaracaqlarını bildirdilər. Lakin sonradan Atəşin atası-Aslan ona zəng edərɔk onu ölümlə hədələdiyini bildirmişdir. İddiaçı Habib oğlunun müraciati 10-cu polis bölməsinin "Törədilmiş və hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında" 2446 sayı ilə qeydə alınaraq icraatına qəbul edilmişdir. Araşdırma zamanı izahatı alınmış İddiaçı öz izahatında ərizəsində göstərilənləri təsdiq edərək əlavə etmişdir ki, Atəş və onun anası Tahirə Vəliyeva ondan ticarət məqsədi ilɔ götürdüyü pulları Sədərək TM-də ondan xəbərsiz 30 faizlə müxtəlif şəxslər o cümlədən 14000 manatdan kənar ondan sonuncu aldığı 5000 (beş min ) manat pulu Atakişiyeva Cavabdeh vermiş, ilkin olaraq 1500 manat faiz olaraq özündə saxlamıs, 3500 manatı Atakişiyeva Balaxanim qızına verərək sonuncudan 4 ay müddətinə 6000 manat pul alaraq özü üçün istifadə etmiş və Cavabdeh bildirmisdir ki, guya ondan aldiğı faiz pulları pulun sahibi Bəxtiyara verir. O izahatının sonunda bildirmisdir ki, onun 19000(on doquz min ) manat pulu Atəş və onun anası Tahirə də gəlib həmin səxslər pulu qaytarmir və əksinə ailəlikcə onu hədələyirlər. Araşdırma zamanı izahatı alınmıs Atakisiyeva Cavabdeh izahatında İddiaçı öz izahatında Atəş və onun anası Tahirə Vəliyeva 30 faizə 5000 (bes min ) manat pul verməsi və 4 ay müddətinə 6000 manat pul alması və 4 aydan sonra pandemiya ilə əlaqədar iş olmadığı üçün faiz ödəyə bilmədiyi üçün Tahirə ilə danışıb ki, faizə verilən pulun sahibi olan şəxslə onu görüşdürsün, o həmin şəxsdɔn faizin dayandırılmasını xahiş etsin.Bu zaman ona həmin pulun sahibi Bəxtiyar adlı şəxs olduğunu və o olduqca təhlükəli adam olduğunu bu səbəbdən Balaxanim ödəmədiyi ayların faiz pulunu Bəxtiyara özü tərəfindən ödədiyini bildirərək ,Bəxtiyarla onu görüşdürərkən, Tahirɔ Bəxtiyara ona verilən pulun 14500 (on dörd min beş yüz) manatının onda olduğunu bildirdikdə o məcbur olub Bəxtiyara bildirib ki, bu pula görə Tahirə sizə nə qədər pul ödəyirdisə həmin pulu ödəyəcəyinə söz verir sonradan Bəxtiyar həyat yoldası ilə Sədərək TM-nə gəlib onunla görüşən zaman ona bildiriblər ki, Tahirə onlara nə 4 ay verdiyi 1500 manatlar nə də ki pandemiya dövrində 9500 manat pulu onlara ödəməyib.O Bəxtiyarla onun yoldaşına bildirib ki, Tahirə əlavə ona 3500 manatda yükləyib, bu zaman Bəxtiyar ona bildirib ki, Tahirənin ona əlavə verəcəyi olduğunu bildirərək ona təklif edib ki, gəl 17500 borclu olmağınla bağlı mügavilə bağla, oda məcbur olub razılaşıb.Bunu bilən Tahirə və oğlu Afər ona bildiriblər ki, "son o 3500 pulu Bɔxtiyara yox bizɔ ödɔycəksən" bunu bilən Bɔxtiyar ona bildirmişdir ki, "mən səndən 5000 manatı alacam mənə faiz lazım deyil".Aparılan araşdırma zamanı izahatları alınmış X10 və anası-X6 öz izahatlarında Bəxtiyarın onlara Sədərək TM-nə 20 %-lə faizə pul vermələrini təklif etdiyini Atəş isə onu 10% endirdiyini və həmin vaxt Bəxtiyar ona 5000 manat pul verdiyini göstərdiyi xidmətlərə görə də 20-30 və bəzənda 40 manat özünə pul götürdüyünü bildirərək, Bəxtiyarın onlara verdiyi pulun 14500 manatını Balxanıma verdiklərini və keçən bu müddət arizində təxminən 18000 manat qədər İddiaçı faiz ödədiklərini bildirmişlər."Dələduzluq cinayətlərinə dair işlər üzrə mahkəmə təcrübəsi haqqında"Azərbaycan Respublikası Ali Məhkəməsi 11 iyun 2015-ci ilin 7 Ne-li Plenumunun gərarın əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələkeçirmə və ya əmlak hüquqlarinı əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqlari əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilmasinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilmasinə,yaxud da əmlak hüquqlarıinın əldə edilmasina yönəlmiş olsun. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli razılaşması ilə (cavabdeh tərəfindən şəxsən imzalanmış)və tərəflərin izahatları müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə üçüncü şəxs vasitəsi ilə 17500 manat məbləğində pul borc verilməsi barədə yazılı razılaşma mövcuddur. İddiaçı razılaşma üzrə borcunu dəfələrlə tələb etsə də, cavabdeh isə müvafiq razılaşma üzrə nəzərdə tutulduğu qaydada iddiaçının borcunu ödəməmiş və hal-hazırda iddiaçı cavabdehdən 17500 manat məbləğində əsas borcunu və gecikdirilmiş borc üzrə yaranmış-2625 manat məbləğində faiz borcu tələbi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında mübahisəli hal: cavabdeh iddia tələbini 5000 manat hissəsində qəbul edərək, bildirir ki, cavabdehdən yalnız 5000 manat pul almışdır, cavabdeh məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, iddiaçıdan 17500 manat məbləğində pul borc alması barədə razılaşmanı imzalasa da, o pul faizlə hesablanan məbləğdir, əslində isə məbləğ 5000 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən iddiaçının xeyrinə 17500 manat pul tutulması hissəsində əsaslıdır,belə ki tərəflər arasında 17500 manat məbləğində borc olması barədə cavabdeh tərəfindən şəxsən imzalanmış razılaşma mövcuddur, cavabdeh tərəfindən məhkəməyə borc məbləğinin 17500 manat deyil, 5000 manat olması barədə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsi hissədə qismən təmin edilməli, belə ki, iddiaçının cavabdehə qarşı tələb hüququ xx.xx.2021-ci il tarixdən yarandığından və iddia ərizəsi xx.xx.2022-ci il tarixində verildiyindən, gecikdirilmiş vaxt üçün illik beş faiz 1il 4 ay üçün hesablanaraq, gecikdirilmiş vaxt üçün faiz 1167 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Atakişiyeva Cavabdeh oğlundan İddiaçı xeyrinə 17500 manat əsas borc, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1167 manat faiz borcu olmaqla cəmi 18667 manat məbləğində borc pul tutulmalıdır. Ödəniş qəbzinin surətindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 151 AZN məbləğində dövlət rüsumu ödənilmişdir.Hal-hazırki iddia üzrə tələb qismən təmin edildiyindən iddia tərəfindən ödənilmiş dövlət rüsmunun iddianın təmin edilmiş hissəsinə(17500+1167=18667) mütənasib olaraq-146 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 146 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, sübutların qiymətləndirilməsinin məzmunun aşağıdakılar ehtiva edir: onların mümkünluyunu, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi. Məhkəmə sübutları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyin kifayət edilməsini qiymətləndirir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə tələb ərizəçi tərəfindən sübuta yetirilmədiyindən, tələbdə qeyd edilən hüquqi əhəmiyyətli faktının mövcud olması sübuta yetirilmədiyindən ərizə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, sübutların qiymətləndirilməsi həm də onların kifayətliliyi ilə bağlıdır. Məhkəmə iş üzrə nəticəyə gəlmək üçün kifayət qədər sübuta malik olmalıdır. Sübutlar o vaxt kifayət hesab oluna bilər ki, məhkəmə onlar əsasında işi həll etmək iqtidarında olur. Məhkəmə həmçinin qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə əsaslı nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) əsaslı nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinin tələbinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 483, 120-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Atakişiyeva Cavabdeh İddiaçı xeyrinə 17500(on yeddi min beş yüz) manat əsas borc, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1167(bir min bir yüz altmış yeddi) manat faiz borcu olmaqla cəmi 18667(on səkkiz min altı yüz altmış yeddi) manat məbləğində borc pul tutulsun. İddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 146 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-211/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-211/2023
26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver