Məhkəmə qərarları › İş №2(002)-2154/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2154/2023

10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2154/2023 10.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu Səngəçal qəsəbəsi, N nömrəli hərbi hissədə qeydiyyatda olan Cavabdeh 2983 manat maddi zərərin tam şəkildə birdəfəlik tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, , Bakı şəhərində tam orta məktəbdə müəllimə işləyir, qeyd etmək istəyir ki, bir müddət əvvəl qardaşının tanışı Cavabdeh qardaşı vasitəsi ilə tanımış, o hərbiçi olduğu üçün ona inanmı yarandı və ondan qardaşı vasitəsi ilə xahiş etdi ki, pula ehtiyacı var, nə isə o onun etibarından çox sui istifadə edərək, onun adına kredit, bir kart, telefon götürdü və dedi vaxtlı-vaxtında ödəyəcəyək, o, isə hərbiçi olmağına inanıb, razılıq verdi, bir müddət vaxtlı-vaxtında ödəniş etdi. Ancaq indi ödənişi vaxtı vaxtında etmir, bu barədə müvafiq dövlət orqanları onun maaş kartından pulu tutur, borclarda faiz yaranır. Dəfələrlə xəbərdarlıq etsə də ona yalandan ödəyəcəyini deyib ödəniş etmir, axır vaxtlar onun nömrəsini bloka salıb, cavab da vermir. Nəzərinizə çatdırmaq istəyir ki, ona verdiyi pul barədə borc müqaviləsi bağlamış, lakin borc müqaviləsinin şərtlərini yerinə yetirmir, bu günkü günə kimi ona onun 2983 manat borcu vardır, hətta bu məbləğ gecikmə ilə onun maaş kartından tutulur.Tək güman yeri məhkəmə olmasını hesab edərək məhkəməyə müraciət edtmişdir. Əvvələr bir çox dövlət orqanlarına müraciət etsə də o dələduz barədə heç bir tədbir görülməmiş və ona dəymiş ziyan qaytarılmamışdır, hər dəfə ondan pulu istədikdə müəyyən bəhanələr gətirməklə ödəniş etməkdən yaymır, necə ola bilər hüquq mühafizə orqanları belə dələduz insanlan gizlədir, tədbir görmür, o, isə məcbur olub, bu barədə məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında izahatından bildirmişdir ki, cavabdeh bankdan onun adına 4300 manat məbləğində pul götürmüşdür. Bu səbəbdən onlar arasında notariusda təsdiqlənmiş məbləği 6000 manat olan (cavabdehin bankdan götürdüyü pul faizləri ilə birlikdə 6000 edəcəkdir) kredit müqaviləsi bağlanmışdır. Cavabdeh əvvəl borcunu ödəsə də, sonradan borcunu ödəmədi deyə bank pul onun maaşından tutmuşdur. Cavabdehə dəfələrlə müraciət etsə də , qəsdən borcunu ödəməkdən imtina etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixədək hər ayın 20 –də 180 manat qaytarmaq şərti ilə Cavabdeh 6000 manat məbləğində pul verilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşin faktiki hallarından və iddiaçının izahatından göründüyü kimi, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ilə İddiaçı tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixi müddətinə aylıq 180 manat ödəmək şərti ilə 6000 manat məbləğində kredit verilmiş, “Kredit alan” isə verilmiş krediti qəbul edib, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödənişlər edilməsini öhdələrinə götürmüşlər. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini lazımınca icra etməyərək, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödəməmiş və nəticədə onun banka həmin müqaviləyə görə 2983 manat borcu yaranmışdır. Hal-hazırda iddiaçı kredit müqaviləsi üzrə yaranmış 2983 manat məbləğində borcunu cavabdehdən tələb edir, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla nəzərədə tutlmuş qaydada məlumatlı olsa da, heç bir məhkəmə iclasında iştirak etməməiş və iddia ərizəsinə heç bir münasibət bildirməmişdir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki,cavabdeh müəyyənləşdirilmiş müddət ərzində üzərinə götürmüş öhdəliklərini icra etmədiyindən iddiaçının borcun qaytarılması tələbinə dair iddia tələbi əsaslı olduğuna görə iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbinin “yaranmış maddi zərərinin tam şəkildə birdəfəlik tutulması” hissəsində rədd edilməlidir, belə ki, bu hal qətnaməsnin icrası ilə bağlı məsələdir r və digər tərəfin qətnamənin icrası ilə bağlı gələcək irəli sürə biləcək prosessual hüquqlarını pozulmasına səbəb olur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2983 manat məbləğində borc pul tutularaq İddiaçı xeyrinə ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Ödənilmiş 46 manat məbləğində dövlət rüsumu Cavabdeh aid edilməlidir. Nəticə hissəi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 2983 (iki min doqquz yüz səksən üç) manat məbləğində pul tutulsun. Ödənilmiş 46 manat məbləğində dövlət rüsumu Cavabdeh aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar