Məhkəmə qərarları › İş №2(002)-217/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-217/2025

27.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-217/2025 27.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «aliment miqdarının azaldılması» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(002)-969/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının artırılaraq Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quluyev X1 Xavər Akif qızına qarşı «aliment miqdarının azaldılması» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-969/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının azaldılaraq xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)-217/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair ilk iddiası Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-969/2023 saylı qətnaməsi ilə onunla İddiaçı arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 İddiaçı himayəsində və yanında saxlanılmaları, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan İddiaçı xeyrinə hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ondan tutulan alimentin məbləğinin artırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bildirir ki, yuxarıda qeyd olunan qətnamə qəbul edilən zaman o, heç bir yerdə işləməmişdir, bu səbəbdən də, sabit pul məbləğində aliment müəyyən edilmişdir. Hazırda o, xx.xx.2024-cü il tarixdən divar örtüklərinin topdan satış mağazasında satıcı vəzifəsində işləyir, əmək haqqı 450 manatdır və həmin puldan da 42,25 manat vergi tutulur. Aldığı əmək haqqının demək olar ki, hamısı alimentə yönəldilir. Bildirir ki, uşaqları saxlamaq bir valideyn kimi hər ikisinin vəzifəsidir. Onun 407,75 manat əmək haqqı aldığı halda 600 manat aliment ödəməsi mümkün deyil. Bu, onun maddi vəziyyətinin daha da ağırlaşmasına səbəb olur. Bundan artıq aliment ödəməyə imkanı yoxdur və əmək haqqı olduğundan aliment onun əmək haqqına yönəldilməlidir. O, özü məcburi köçkündür və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 400 manat pulu ödəməkdə çətinlik çəkir. Əmək haqqının 1/3 hissəsi 150 manat təşkil edir. Lakin o, cəmi 150 manat deyil, iki uşağa görə 300 manat aliment ödəməyə razıdır. Bu isə əmək haqqının 2/3 hissəsini təşkil edir. O, rəsmi qaydada işləyir, aldığı əmək haqqının 2/3 hissəsini qarşılıqlı iddia üzrə cavabdehə ödəməyə razıdır. Lakin 450 manat əmək haqqı olduğu və başqa qazancı olmadığı təqdirdə ondan 600 manat aliment tutulması absurddur. O, ilk iddia ərizəsində tələb olunan məbləğdə 600 manat alimenti ödəyə bilməsə, barəsində inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur. Bu halda o, işini də itirəcək və hazırda müəyyən edilmiş məbləğdə olan alimenti də ödəyə bilməyəcək. O, işləyir və 450 manat əmək haqqı alır. İddiaçının da məqsədi onu çıxılmaz vəziyyətə salmaqdır. Qanunvericiliyin tələbinə görə məhkəmə aliment təyin edərkən hər iki tərəfin maddi vəziyyətini nəzərə almalıdır. Həmçinin qarşılıqlı iddia üzrə cavabdeh özü də 17 saylı xüsusi təyinatlı körpələr evi uşaq baxçasında dayə işləyir və 500 manatdan çox əmək haqqı alır. Onun rəsmi işləməsi elektron məhkəmə sistemi vasitəsi ilə görünür. Bunu məhkəmə sorğu edib görə bilər. Bundan əlavə, qarşılıqlı iddia üzrə cavabdeh birgə nikah dövründə lazer aparatı almış və səyyar qaydada həmin xidməti göstərərək müəyyən məbləğdə gəlir əldə edir. Uşaqları saxlamaq hər iki valideynin borcudur. O, gəlirindən artıq aliment ödəyə bilmir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-969/2023 saylı qətnaməsindən görünür ki, X4 Cavabdeh qarşı «nikahın pozulması, uşağın ananın yanında saxlanılması və aliment» tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh ilə X6 arasında xx.xx.2010-cu il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsində 295 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması; xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 X4 himayəsində və yanında saxlanılmaları; Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə hər ay 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq X5 ödənilməsi; alimentin tutulmasının 15 fevral 2023-cü il tarixdən hesablanması; alimentin tutulmasına dair hissədə qətnamənin dərhal icra edilməsi; X4 azad olunduğu, ödənilməmiş 50 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi; 120 manat ekspertiza xərcinin Cavabdeh tutularaq müvafiq hesaba köçürülməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir və qətnamə üzrə verilmiş icra vərəqi icra edilməsi üçün aidiyyəti icra qurumuna göndərilmişdir. Quluyev X1 Xavər Akif qızına qarşı «aliment miqdarının azaldılması» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yuxarıda adı çəkilən qətnamə ilə müəyyən edilmiş aliment miqdarının azaldılmasını xahiş etmiş, tələbini icra sənədində qeyd edilən miqdarda aliment ödəmək iqtidarında olmaması ilə əsaslandırmışdır. Cavabdeh həmçinin qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə cavabdeh məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, alimentin artırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir, tələb olunan məbləğdə alimenti qəti şəkildə ödəyə bilmir. Aldığı əmək haqqı cəmi 450 manat civarındadır və bu məbləğdən başqa digər gəlirləri mövcud deyil. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Təqdim olunmuş sənədlərdən və qarşılıqlı iddia üzrə iddiaçının izahatından göründüyü kimi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-969/2023 saylı qətnaməsi ilə təyin edilmiş miqdarda alimentin azaldılması tələbi ilə yalnız məhkəməyə İddiaçı tərəfindən məhkəməyə alimentin artırılması tələbinə dair iddia ərizəsi təqdim olunandan sonra müraciət edilmişdir. Məhkəmənin qənaətinə (daxili inamına) görə, hazırki iddia tələbi Cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə aktı üzrə alimenti ödəmək iqtidarında olmaması ilə bağlı olmayıb, İddiaçı iddia tələbinə əks tələbin irəli sürülməsi xarakterlidir. Məhkəmə vurğulayır ki, əgər Cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təyin edilmiş alimenti Ailə Məcəlləsinin 112.1-ci maddəsində sadalanan səbəblərdən dolayı ödəməkdə çətinlik çəksə idi, İddiaçı tərəfindən məhkəməyə alimentin artırılması tələbinə dair iddia ərizəsi təqdim olunandan sonra deyil, xeyli öncədən müraciət edilərdi. Məhkəmə bu səbəbdən hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «aliment miqdarının azaldılması» tələbinə dair qarşılıqlı iddiası təmin edilə bilməz. Təqdim edilmiş sənədlərdən görünür ki, Cavabdeh məcburi köçkün olmaqla, dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «aliment miqdarının azaldılması» tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «aliment miqdarının azaldılması» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar