Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2176/2024 26.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhkim edilmiş elektron nəzarət vasitəsinin yararsız vəziyyətə salınması ilə əlaqədar vurulmuş 2.277 manat 40 qəpik zərərin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyində müvafiq hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(009)-206/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökm və onun icrasına dair göstəriş xx.xx.2022-ci il tarixdə İddiaçı icraatına daxil olmuş, məhkum xx.xx.2022-ci il tarixdə İddiaçındə qeydiyyata alınaraq, onunla ilkin qaydada fərdi söhbət aparılmış və həmin tarixdə ona «Attenti» markalı elektron nəzarət vasitəsi komplektinə daxil olan elektron qolbaq tətbiq edilərək ona üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. Müvafiq protokolla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd enerji toplayıcı iş üzrə Cavabdeh tətbiq edilərək təhvil verilmişdir. Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsindən məhkumun məhkəmə tərəfindən təyin edilmiş vəzifələri yerinə yetirməməsinə dair daxil olmuş məlumat araşdırılan zaman müəyyən edilmişdir ki, məhkum Cavabdeh elektron nəzarət vasitəsindən izlənilmə məlumatları daxil olmur. Məhkum Cavabdeh xx.xx.2024-cü il tarixdə idarəyə dəvət edilərək elektron nəzarət vasitəsinə baxış keçirilmiş və bu zaman mobil qurğunun qeyri-işlək vəziyyətdə olduğu müəyyən edilmişdir. Məhkum Cavabdeh bu barədə izahat alınmışdır. O, izahatında bununla bağlı heç bir üzürlü səbəb göstərməmişdir. Həmin qurğu xx.xx.2024-cü il tarixdə izlənmə məlumatı gəlmədiyindən məhkum Cavabdeh təhvil alınaraq yenisi ilə əvəz edilmiş və bu barədə həmin tarixdə müvafiq qaydada protokol tərtib edilərək şəxsi işə əlavə edilmişdir. «Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında» xx.xx.2024-cü il tarixli texniki rəydə qurğunun plastik qapaqlarına yapışdırıcı maye vurulduğu, təmirinin mümkün olmadığı, bu səbəbdən həmin cihazın istifadəyə yararsız olduğu bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin təqdim etdiyi maliyyə arayışına görə həmin elektron nəzarət vasitəsinin dəyəri 2.277 manat 40 qəpik təşkil edir. Məhkum tərəfindən dəymiş ziyan ödənilmədiyindən və mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçınə və Cavabdeh məhkəmə baxışının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, Cavabdeh Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(009)-206/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökm və onun icrasına dair göstəriş xx.xx.2022-ci il tarixdə İddiaçı icraatına daxil olmuş, məhkum xx.xx.2022-ci il tarixdə qeydiyyata alınaraq, onunla ilkin qaydada fərdi söhbət aparılmış və həmin tarixdə ona elektron nəzarət vasitəsi komplektinə daxil olan elektron qolbaq tətbiq edilmişdir. Bu zaman ona, üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. Müvafiq protokol tərtib edilərək bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd enerji toplayıcı Cavabdeh təhvil verilmişdir. Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsindən məhkumun məhkəmə tərəfindən təyin edilmiş vəzifələri yerinə yetirməməsinə dair daxil olmuş məlumat araşdırılan zaman müəyyən edilmişdir ki, Cavabdeh elektron nəzarət vasitəsindən izlənilmə məlumatları daxil olmur. Sonuncu xx.xx.2024-cü il tarixdə idarəyə dəvət edilərək elektron nəzarət vasitəsinə baxış keçirilmiş və bu zaman mobil qurğunun qeyri-işlək vəziyyətdə olduğu müəyyən edilmişdir. Cavabdeh bu barədə izahat alınsa da, sonuncu elektron nəzarət vasitəsinin qeyriişlək vəziyyətə düşməsinə heç bir üzürlü səbəb göstərməmişdir. Qurğu xx.xx.2024-cü il tarixdə izlənmə məlumatı gəlmədiyindən məhkum Cavabdeh təhvil alınaraq yenisi ilə əvəz edilmiş və bu barədə həmin tarixdə müvafiq qaydada protokol tərtib edilmişdir. «Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında» xx.xx.2024-cü il tarixli texniki rəydə qurğunun plastik qapaqlarına yapışdırıcı maye vurulduğu, təmirinin mümkün olmadığı, bu səbəbdən həmin cihazın istifadəyə yararsız olduğu bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin təqdim etdiyi maliyyə arayışına əsasən yuxarıda adı qeyd olunan elektron nəzarət vasitəsinin dəyəri 2.277 manat 40 qəpik təşkil edir. Cavabdeh qeyd olunan məbləği ödəməmişdir. Bu səbəbdən, İddiaçı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxlərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydalarının 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Görundüyü kimi, cavabdeh tərəfindən mülki hüquq pozuntusu törədilmiş və nəticədə iddiaçıya maddi ziyan vurulmuşdur. Bu səbəbdən, vurulmuş ziyan cavabdehdən tutularaq aidiyyəti hesaba ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, təhkim edilmiş elektron nəzarət vasitəsinin yararsız vəziyyətə salınması ilə əlaqədar vurulmuş 2.277 manat 40 qəpik zərər Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyində müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-ci maddəsinə görə, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cümaddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, iddiaçı qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyinə görə iş üzrə ödənilməli olan 42.27 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Təhkim edilmiş elektron nəzarət vasitəsinin yararsız vəziyyətə salınması ilə əlaqədar vurulmuş 2.277 manat 40 qəpik zərər Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyində müvafiq hesabına ödənilsin. 42.27 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət bödcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2176/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2176/2024
26.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver