Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2187/2024 25.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı, Cavabdeh X2 iştirakları, İddiaçı cavabdeh X3 qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 nana qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7000 (yeddi min) ABŞ dolları ödəniş günündə manat məzənəsi ilə alınaraq verilməsi və ödədiyi 126 (yüz iyirmi altı) manat dövlət rüsumu məhkəmə xərci hesab olunduğundan cavabdeh X1 alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, yuxarıda qeyd etdiyi ünvanda yaşayır. Cavabdeh onun doğma bacısının həyat yoldaşıdır. Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində polis mayoru işlədiyi dövrdə 2006-cı ildə onun yaşadığı ünvana gələrək ondan 7000 (yeddi min) ABŞ dolları indiki manat məzənnəsi ilə 11900 (on bir min doqquz yüz) manat pul istədi ki, 8000 (səkkiz min) ABŞ dolları da özünün qoyacağını bildirib Rusiyanın Kazan şəhərində gedəcəyini və orada olan dostunun əli ilə kamaz markalı maşın alıb gətirəcəyini, Qaradağ rayonunda daş karxanasında ikisinin bir yerdə şərik işləyəcəyini bildirmişdir. Nazim üçüncü dəfə onun yaşadığı ünvana gələrək eyni sözü təkrar etdikdə o, cavabdehin səmimiyyətinə tam inanaraq 70 ədəd 100lük dollar yəni 7000 (yeddi min) ABŞ dolların evdən gətirərək sayıb Nazimə verdi. Cavabdehə bildirdi ki, nə vaxt gedəcəklər Kazan şəhərinə kamaz maşın gətirməyə. Cavabdeh isə öz pulunun da yaxın gündə tam düzələcəyini bildirib ondan sonra Rusiyanın Kazan şəhərinə gedəcəklərini söylədi. Sonradan cavabdehin ona cürbəcür bəhanələr gətirərək onu aldatdığını hiss etdi. Cavabdehdən pulunu geri tələb edərkən onun yaşadığı ünvana lO-x-664 nömrəli mersedes markalı maşınla gələrək onun puluna maşın aldığını bildirib pulunu verə bilməyəcəyini söylədi. O, Nazimin gətirdiyi mersedes markalı maşını qapıda saxlatdıraraq pulunu tələb etsə də cavabdeh balalarının canına and içib onun pulunu bir ay ərzində verəcəyini söylədi. Cavabdeh maşını qapısından aparandan sonra onun pulunu verməyəcəyini və o, pulu ondan tələb edərsə onu öldürəcəyi ilə hədələmişdir. Cavabdehin bu hərəkətlərini görüb o X5 ərizə ilə müraciət edərək 7000 (min dollar) pulunu cavabdehdən tələb etsə,də oradan ona bikldirdilər ki, mülki iş olduğundan aidiyyatı üzrə cavabdehin qeydiyyatda olduğu ünvanadakı məhkəməyə müraciət etməyi tövsiyyə olundu. Odur ki, məcbur qalıb məhkəməyə müraciət etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbulç olunmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdeh ilə barışmır, cavabdeh pulu alandan sonra gəlib ona aldığı mersedes maşınını sürmək təklif etmişdir, bu bir sübutdur, yoxsa onun nə marağı var ki maşına mənən versin. Cavabdeh X4 məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirərək iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, iddiaçının bütün ifadələri ziddiyətlidir, eyni zamanda hər şey şər böhtandır, əks təqdirdə sübut edilməsini tələb edirəm. İddiaçının qeyd etdiyi maşını o Almaniyadan 2002-ci il tarixdə gətizdirib, lakin iddia ərizəsində isə iddiaçı borcu 2007-ci il tarixdə verdiyini qeyd etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd olunmalıdır. İş materiallarında olan Cəlilabad RPŞ-nın xx.xx.2024-cü il tarixli qərarı ilə vətəndaş İddiaçı X3 qarşı şikayəti ərizəsi mülki xarakterli məsələ olduğundan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. İş materiallarında olan Cəlilabad RPŞ-nın cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından göründüyü kimi, cavavbdeh. X4 həmin vaxtı izahatında göstərmişdir ki, İddiaçı onun qaynı olmasına baxmayaraq aralarında olan münasibət yaxşı deyil. İddiaçı Qurbnxan oğlu onun evində qalmış, lakin o 2-ci dərəcəli əlil, ruhi xəstə olduğu üçün psixotrop dərmanlar qəbul etdiyi və onun uşaqlarına qarşı normal davranmadığı üçün onu evdən qovmuş və sonuncu atasının evində yaşayır. xx.xx.2021-ci il tarixdə Zaur onun telefonuna mesaj yazaraq ondan 5000 ABŞ dolları pul istəyəndə o Zaura borc verəsi pulunun olmadığını deyəndən sonra Zaurun telefonun blok etmişdir. Zaur ona başqa nömrə ilə zəng edib heç olmasa ona 500 dollar verməsini deyəndə o yenə pul verməkdən imtina etmiş, Zaur isə ona, “mən səndən güclə pul alacam “ sözünü deyərək telefonu söndürmüşdür. O İddiaçı Qurbnxan oğlundan 7000 ABŞ dolları almamış və ona heç bir məbləğdə borcu da yoxdur. İddiaçı Qurbnxan oğlu onun barəsində qərəzli və böhtan xarakterli şikayət etmişdir. İş materiallarında olan xx.xx.2024-c il tarixli ********** saylı qəbzdən görünür ki, İddiaçı Qurbnxan oğlu tərəfindən Qaradağ rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 126 manat dövlət rüsumu ödənimişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddia ərizəsindən də göründüyü kimi, iddiaçı cavabdehdən 7000 ABŞ dolları məbləğində pul tələb edir və cavabdeh isə iddia tələbinin sadəcə şər bə böhtandan ibarət olduğunu və iddiaçının öz tələbini əsaslandıracaq sübutlar təqdim edə bilməməsini əsas gətirərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borcun tutulması ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı borcun tutulması məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə qeyd edir ki, iddiaçı pul tələbinə dair iddiasına dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Belə ki, iş materiallarından olan cinayət işinin başlanması qərarından və məhkəmə iclaslarından cavabdehin izahatlarından göründüyü kimi cavabdeh iddia tələbini qətiyyətlə rədd etmiş, iddiaçı isə öz iddia tələbini əsaslandıracaq hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir, hansı ki, mülki prosessual qanunvericiliyin tələbinə görə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olaraq bu vəzifə iddiaçının üzərinə düşür.Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə görə iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə qeyd edir ki, sübutların qiymətləndirilməsi həm də onların kifayətliliyi ilə bağlıdır. Məhkəmə iş üzrə nəticəyə gəlmək üçün kifayət qədər sübuta malik olmalıdır. Sübutlar o vaxt kifayət hesab oluna bilər ki, məhkəmə onlar əsasında işi həll etmək iqtidarında olur. Məhkəmə bununla əlaqədar onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericiliyə görə mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Bununla bağlı, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə işin məhkəmə iclasında tədqiq edilmiş hallarına qiymət verərək, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh X3 qarşı «pul» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qeyd edir ki, hazırda iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş 126 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X3 qarşı «pul» tələbinə dair iddiası təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(002)-2187/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2187/2024
25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver