Məhkəmə qərarları › İş №2(002)-2191/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2191/2023

23.06.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2191/2023 23.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, İddiaçı Azərbaycan Respublikası Səbail Bələyyəsinin Cavabdeh qarşı sərəncamın ləğv edilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Səbail Bələyyəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 Azad Alişan oğluna Səbail rayonu, Salyan Şossesinin sağ kənarında əlavə olunmuş cizgi əsasında alqı-satqı yolu ilə 200 kv.m torpaq sahəsi sənədləşdirilməsinə dair xx.xx.2004-cü il tarixli 725 saylı sərəncamının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən iddianın yolverilməzliyinə görə hazırkı iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə müəyyən edir ki, Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 725 saylı sərəncamı ilə Cavabdeh Səbail rayonu, Salyan Şossesinin sağ kənarında əlavə olunmuş cizgi əsasında alqı-satqı yolu ilə 200 kv.m torpaq sahəsi sənədləşdirilmiş, akt tərtib edilmişdir Sərəncamda qeyd olunan torpaq sahəsi vətəndaş Cavabdeh istifadəsindədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi şöbəsi əməkdaşlarının tərtib etdiyi 19 aprel 2023-cü il tarixli aktdan göründüyü kimi həmin torpaq sahəsində vətəndaş Cavabdeh müvafiq qurumlardan icazə almadan hasarlama işləri aparmışdır. “Torpaq qanunvericiliyinin tələblərinin pozulmasına dair” Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Dövlət Xidmətindən daxil olmuş 16 may 2023-cü il tarixli 3-21-3/2/6214/2023 saylı məktubda yuxarıda qeyd olunan sərəncam barədə müvafiq tədbir görülməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikasıın Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-9/2-22778-5- 110/2023 saylı məktubunun təklif hissəsinin 2-ci bəndində Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 725 saylı sərəncamının ləğv edilməsi üçün qanunamüvafiq tədbir görülməsi tövsiyyə edilmişdir. Göründüyü kimi, hazırkı hüquq münasibəti inzibati orqanın qanuni əlverişli aktının ləğvi əsasları barədədir. “İnzibati icraat haqqında” Qanunun: 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 68.1-ci maddəsinə əsasən, qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2-ci maddəsinə əsasən, qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Göründüyü kimi, hazırkı halda inzibati aktın ləğvi üçün qanunda göstərilən əsaslar olduğu halda onun həmin inzibati aktın ləğvi onu qəbul etmiş inzibati orqanın səlahiyyətində olan məsələ olmaqla, bu cür inzibati aktların ləğv edilməsi ilə bağlı iddialara baxılması mülki məhkəmə icraatının predmetini təşkil etmir. Bundan əlavə məhkəmə qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 6.1-ci bəndinə əsasən, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hazırkı iddia ərizəsini yolverilməzliyə görə qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Hazırkı iş üzrə dövlət rüsumu ödənilməmişdir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 153.2.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İddiaçı Azərbaycan Respublikası Səbail Bələyyəsinin Cavabdeh qarşı X1 Azad Alişan oğluna Səbail rayonu, Salyan Şossesinin sağ kənarında əlavə olunmuş cizgi əsasında, alqı-satqı yolu ilə 200 kv.m torpaq sahəsi sənədləşdirilməsinə dair xx.xx.2004cü il tarixli 725 saylı sərəncamının ləğv edilməsini tələbinə dair iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbulundan imtina edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar