Məhkəmə qərarları › İş №2(002)-2197/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2197/2020

09.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2197/2020 09.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2224,89 manat məbləğində dəymiş ziyanın və 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 2254,89 manat pulun məcburi qaydada tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 izahat verərək bildirdi ki, İddiaçı xx.xx.2020-ci il tarixli, 09-27 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” əsasında Cavabdeh məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən istixananı təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00240 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda mənzili təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğaçı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci bəndinin və “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, sayğacdan kənarda özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan dəfələrlə qeyri-qanuni istifadə halları aşkar olunaraq aktlaşdırılmış və bunu təsdiqləyən fotoçəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X1 pozulması haqqında” aktlar tərtib edilmiş və aktlar əsasında dəymiş ziyanın məbləği hesablanmışdır. Belə ki, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 172,80 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 583,20 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 97,20 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu tarixli, ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 57,60 manat; xx.xx.2019-cu tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci tarixli, ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 49,20 manat İddiaçınə ziyan dəymişdir. Cavabdehə Birliyin nümayəndələri tərəfindən 2224,89 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bu səbəbdən iddiaçı təşkilat iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə istinad edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçı təşkilatın nümayəndəsinin izahatını dinləyib, eləcə də, təqdim edilmiş sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıda göstərilən əsaslara görə əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2020-ci il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı İB ilə istehlakçı Cavabdeh arasında bağlanmış həmin müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan **********00240 nömrəli abonentin saldosundan, habelə xx.xx.2019cu il tarixli ******* saylı aktın və xx.xx.2019-cu il tarixli ziyanın bərpasına dair tələbnamənin, xx.xx.2019-cu il tarixli ******* saylı aktın və xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin, xx.xx.2019-cu il tarixli ******* saylı aktın və xx.xx.2019-cu il tarixli ziyanın bərpasına dair tələbnamənin, xx.xx.2019-cu il tarixli ******* saylı aktın və xx.xx.2019-cu il tarixli ziyanın bərpasına dair tələbnamənin, xx.xx.2019-cu il tarixli ******* saylı aktın və xx.xx.2019-cu il tarixli dəymiş ziyana görə tələbnamənin, xx.xx.2019-cu il tarixli ******* saylı aktın və xx.xx.2019-cu il tarixli ziyanın bərpasına dair tələbnamənin, xx.xx.2019-cu il tarixli ******* saylı aktın və xx.xx.2019-cu il tarixli ziyanın bərpasına dair tələbnamənin, xx.xx.2019-cu il tarixli ******* saylı aktın və xx.xx.2019-cu il tarixli ziyanın bərpasına dair tələbnamənin, xx.xx.2019-cu il tarixli ******* saylı aktın və xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin, xx.xx.2019-cu il tarixli ******* saylı aktın və xx.xx.2019-cu il tarixli ziyanın bərpasına dair tələbnamənin, xx.xx.2019-cu il tarixli ******* saylı aktın və xx.xx.2019-cu il tarixli ziyanın bərpasına dair tələbnamənin, xx.xx.2020-ci il tarixli ******* saylı aktın və xx.xx.2020-ci il tarixli dəymiş ziyana görə tələbnamənin, xx.xx.2020-ci il tarixli ******* saylı aktın və xx.xx.2020-ci il tarixli ziyanın bərpasına dair tələbnamənin, xx.xx.2020-ci il tarixli ******* saylı aktın və xx.xx.2020-ci il tarixli ziyanın bərpasına dair tələbnamənin surətlərindən və fotoşəkillərdən görünür ki, tərtib edilmiş aktlara əsasən özbaşına qoşulma yolu ilə cavabdehin təbii qazdan qeyri-qanuni istifadəsi nəticəsində 2019-cu ilin fevral ayı üçün 172,80 manat, 2019-ci ilin mart ayı üçün 583,20 manat, 2019-cu ilin aprel ayı üçün 97,20 manat, 2019-cu ilin iyun ayı üçün 32,40 manat, 2019-cu ilin may ayı üçün 32,40 manat, 2019-cu ilin iyul ayı üçün 32,40 manat, 2019-cu ilin avqust ayı üçün 32,40 manat, 2019-cu ilin sentyabr ayı üçün 32,40 manat, 2019cu ilin oktyabr ayı üçün 32,40 manat, 2019-cu ilin noyabr ayı üçün 57,60 manat, 2019-cu ilin dekabr ayı üçün 295,20 manat, 2020-ci ilin yanvar ayı üçün 295,20 manat, 2020-ci ilin fevral ayı üçün 295,20 manat, 2020-ci ilin mart ayı üçün 49,20 manat zərər hesablanmış, abonentin saldosu üzrə cəmi borcun 2224,89 manat olduğu qeyd olunmuşdur. Beləliklə, məhkəmə iclasında iş üzrə sübutlara əsasən müəyyən edildi ki, təbii X1 pozulması nəticəsində dəymiş zərərə görə tərtib olunmuş aktlara əsasən cavabdehə cəmi 2224,89 manat zərər hesablanmışdır. Ona görə də məhkəmə müəyyən edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2020-ci il tarixli müqavilənin 2.3.1-ci bəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. Həmin müqavilənin 2.3.2-ci bəndinə əsasən, X1 tələblərinə əməl etmək istehlakçının vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş X1 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə, eyni zamanda iddianın dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, həmin tələb də əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2224,89 manat məbləğində pul və 30 manat dövlət rüsumu, cəmi 2254,89 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı bank hesabına (ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN: AZ72İBAZ********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar