Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2202/2020 11.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi ilə, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə məcburi köçürülməklə yaşayış sahəsinə yaşayış hüququnun tanınması” tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə məcburi köçürülməklə yaşayış sahəsinə yaşayış hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X7 ilə birgə nikahlarından doğulmuş və onun himayəsində olan xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X4 onun Qaradağ rayonu, Qobu-3 yaşayış massivində yerləşən 25 saylı binanın 48 saylı mənzilə məcburi köçürülməklə yaşayış sahəsinə yaşayış hüquqlarının tanınmasına barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə rəsmi nikahları sonuncunun səhvlərinə görə xx.xx.2017-ci il tarixdə məhkəmə qaydasında ləvğ edilmiş və ona iki uşağa görə aliment ödənilməsi qət edilmişdir. Lakin Cavabdeh alimenti qəsdən ödəmir. Cavabdeh Ağdam rayonundan məcburi köçkün olmaqla, Texniki Universitetin 1 saylı yataqxanasında məskunlaşmışdır. Dövlət tərəfindən mənzil verilərkən çox-otaqlı mənzil alınması məqsədi ilə cavabdeh uşaqlarını da yataqxanada qeydiyyata almışdır. Mənzilin alınmasına az qalmış onu və uşaqlarını məcburi olaraq yaşadıqları yataqxanada yerləşən mənzildən çıxarmışdır. Hazırda cavabdehə dövlət tərəfindən Qobu qəsəbəsində məcburi köçkünlər üçün tikilmiş yaşayış massivində iki otaqlı ev verilmişdir. Uşaqların onun himayəsində olmasına baxmayaraq dövlət tərəfindən uşaqlara görə cavabdehə mənzil verilmişdir. Lakin, Cavabdeh onun və uşaqlarının mənzildən istifadəsinə maneə yaradır. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, izahatında cavabdehlə rəsmi nikahda olduqlarını, 2016-cı ildə boşandıqlarını, birgə nikahdan iki övladlarının olduğunu, mübahisə predmeti olan yaşayış sahəsinin cavabdehə verildiyini, həmin yaşayış sahəsinin cavabdehə məhz onların arasında rəsmi nikah pozulduqdan sonra verildiyini, cavabdehin başqa şəxslə ailə həyatı qurduğunu, hazırda həmin evdə ailəsi ilə birgə yaaşdığını, onun və uşaqlarının həmin evə dair verilmiş müqavilədə heç bir sənəddə adlarının olmadığını, özünün , uşaqlarının yaşamğa yerinin olmadığını, ona görə də məhkəməyə mürcaiət etdiyini bildirərək, bu halların nəzərə alınaraq, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə və üçüncü şəxs qimsində işə cəlb eidlmiş Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ №249197 saylı Nikahın pozulması haqqında şəadətnamədən görünür ki, Cavabdeh və İddiaçı aarsında bağlanılmış nikahın pouzlması xx.xx.2016-cı il tarixdə 102 nömrə ilə eydə alınmışdır. İş materiallarında olan Ağdam Rayon Məhkəməsinin 2(13)-1653/2014 saylı xx.xx.2014-cü il tarixli qiyabi qətnaməsinən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikah pozulmuşdur. Nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş uşaq – xx xxxxxx 2013-cü il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanması qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2015-cı il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikası Azərbaycan X6 şəhərciyi tərəfindən verilən xx.xx.2014-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh Ağdam rayonundan gəlmiş məcburi köçkün olmaqla AZTU-nun tələbə şəhərciyində məskunlaşmışdır. Ailə tərkibi arvadı X5 və qızı X1 ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-kommunal Təsərüffatı İstahsalat birliyinin 1 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilən 3653№-li, xx.xx.2015ci il tarixli arayışından görünür ki, İddiaçı 22-ci məhəllə, H.Əliyev küçəsi, ev , mənzil 73 ünvanında qeydiyyatda olmaqla yaşamır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 96-cı maddəsinə əsaəsn məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsaəsn xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-ü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında rəsmi nikah xx.xx.2016-ci il tarixdə pozulmuşdur. Tərəflərin birgə rəsmi və faktiki nikah münasibətlərindən iki övladı anadan olmuşdur xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X9. Həmçinin, məhkəmə araşdırması zamnaı müəyyən eidlmişdir ki, uşaqlar iddiaçının himayəsində olmaqla, onunla birgə yaşayır. İddiaçı cavabdehə məcburi köçkün olduğundan, ona yaşayış sahəsinin verildiyini əsas gətirərək, onun uşaqları ilə birlikdə həmin yaşayış sahəsinə köçürülməsi və yaşamaq hüququnun tanınması tələbini irəli sürmüşdür. Həmçinin, məhkəmə iclaısnda iddiaçının veridyi izahatından aydın olur ki, mübahisə predemti olan yaşayış sahəsi cavabdehə onlar boşandıqdan sonra verildiyini, həmin yaşayış sahəsinin verilməsinə dair müqavilədə nə onun, nədəki uşaqlarının adının olmadığını, cavabdehin ailəsi ilə birlikdə həmin evdə yaşadığın bildirmişdir. İddiaçının veridyi izahatından aydın olur ki, mübhaisə predmeti olan yaşayış sahəsi Azərbaycan Respubliksaı Qaçqın və Məcburu Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən onunla cavabdeh arasında bağlanılmış kirayə müqaviləsi əsasında cavabdehin istifadəsinə verilmişdir. Həmçinin, iddiaçının veridyi ziahatından aydın olur ki, həmin yaşayış sahəsinin istifadəsinə dair kirayə müqvalisəində onun özünün və uşaqlarının adları qeyd olunmamış və həmin yaşayış sahəsi onlar boşandıqdan sonra cavabdehə verilmişdir. Qeyd olunan hallara dair iddiaçı tərəfindən sübut qismində məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. Bununla da,məhkəmə araşdırması zamanı mübahisə predemti olan yaşayış sahəsinin hazırda cavabdehin istifadəsində və sahibliyində olub-olmaması halını müəyyən etmək mümkün olmamışdır. Həmçinin, məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, mübahisə predemti olan yaşayış sahəsi xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsi əsasında cavabdehin sahibliyinə və istifadəsinə verilmiş olsa belə, mənzil qanunvericiliyinin tələbinə əsasən həmin yaşayış sahəsindən istifadə hüququ məhz kirayəçi və onunla birgə yaşayan ailə üzvlərinə məxsusdur. İddiaçının özünün verdiyi izahatından aydın olur ki, mübahisə predemti olan yaşayış sahəsi cavabdehə məhz onlar arasında rəsmi nikah pozuldqdan sonra verilmiş, nə onun , nə də uşaqların həmin müqvailədə adları qeyd olunmamamış, həmin mənzildə heç vaxt yaşamamışlar. Deməli, hətta mübahisə predemti olan yaşayış sahəsi xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsi əsasında cavabdehin sahibliyinə və istifadəsinə verilmiş olsa belə, iddiaçının və birgə nikah münasibətlərindən olan uşaqların mübahisə predmeti olan yaşayış sahəsində istifadə hüququ yaranmamamışdır. Qeyd olunan halları nəzərə alaraq, mənzil qanunvericiliyinin qeyd olunan normalarını rəhbər tutaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olmaqla, təmin edilməməlidir. Məhkəmə bununla əlaqədar onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericiliyə görə mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki,s übutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Bununla bağlı, «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, habelə mənzil qanunvericiliyinin tələblərini əsas götürərək, belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı “mənzilə məcburi köçürülməklə yaşayış sahəsinə yaşayış hüququnun tanınması” tələbinə tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə məcburi köçürülməklə yaşayış sahəsinə yaşayış hüququnun tanınması” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-2202/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2202/2020
11.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver