Məhkəmə qərarları › İş №2(002)-2203/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2203/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2203/2020 21.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ HakimƏhmədova Gülnar İnqilab qızınınsədrliyi, Mirzəliyev Amil Rəfayıloğlununkatibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borcun tutulması» tələbinədairiddiaərizəsiiləməhkəməyəmüraciətedərək, Cavabdeh 15000 (on beş min) AZN borc məbləğinin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, cəmi 15030 (on beş min otuz) manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnaməçıxarılmasınıxahişetmişdir. İddiaçıiddiaərizəsinionunlaəsaslandırmışdırki, onunla Cavabdeh arasında 2019-cu ildə şifahi alqısatqı müqaviləsi bağlanılmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən, Abbasov Аzər Əli oğlu malları Cavabdeh təhvil vermişdir. Cavabdeh tərəfindən mallar alınsa da, lakin onların dəyəri indiyə kimi ödəməmişdir. Eyni zamanda İddiaçı ilə Cavabdeh arasında xx xxxxxxxx 2019-cu ildə mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanılmışdır. Həmin müqavilə ilə cavabdeh İddiaçı aldığı malların dəyərini hələ də ödəmədiyini, hal-hazırda, ona 15000 (on beş min) AZN borcu olduğunu etiraf etmiş və xx xxxxxx 2020-ci il tarixinədək borcun tam ödəniləcəyini vəd etmişdir. Həmçinin, borc həmin müddətdə ödənilmədiyi təqdirdə, qanunvericiliklə nəzərdə tutulmuş bütün tədbirlərdən istifafə ediləcəyi cavabdehə bildirilmişdir. Lakm bütün bu xəbərdarlıqlara baxmayaraq, cavabdehin borcu qaytaracağını vəd vaxtdan 5 (beş) ay keçsə də, hələ də borcunu ödəməmişdir. Beləliklə, hal-hazırda cavabdeh tərəfindən ödənilməmiş 15000 (on beş min) manat borc məbləği mövcuddur. Qeyd olunan halları nəzərə alaraq, iddianın təmin eidlməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək, iddia tələbini etiraf edərək, iddiaçı ilə aralarında alqısatqı müqaviləsinin bağlanıldığını, özünün pərakəndə ticarətlə məşğul olduğunu, məişət avadanlıqlarını iddiaçıdan satın alıdğını, malların ümumi dəyərinin 15000 manat olduğunu, malları təhvil alsa da, sonradan işləri pis olduğundan müflis olduğundan, həmin malların dəyərini ödəyə bilməmişdir, iddaçı qarşısından 15000 mant borcunun olduğunu qəbul edərək, iddia tələbinin etirafına dair yazılı ərizə təqdim etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq, cavabdehin iddia tələbinin etiraf olunmasına daior yazılı ərizəsini əsas götürərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli mövcud borcun etirafı haqqnda mücərrəd müqavilədən görünür ki, Cavabdeh İddiaçı 15.000 manat borcu olduğunu etiraf edir və borcunu xx.xx.2020-ci ilədək tam ödəyəcəyinə vəd etmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı tərəfindən Cavabdeh göndərilmiş borcun ödənilməsinə dair xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehdən 15.000 manat borc ödənişini 5 gün ərzində ödənilməsini tələb etmiş, borc ödənilmədiyi təqdirdə aidiyyatı qurumlara müraciət ediləcəyi bildirilmişdir. Göründüyü kimi, tərəflər arasında şifahi alğı-satqı müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən, əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında 2019-cu ildə şifahi alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin alğı-satqı müqaviləsinə əsasən, müqavilənin predmeti olan mallar Abbasov Аzər Əli oğlu malları Cavabdeh təhvil vermişdir. Müqavilənin predmeti qismində çıxış edən malların ümumi dəyəri 15000 manat məbləğində təşkil edir. Cavabdeh tərəfindən mallar alınsa da, lakin onların dəyəri indiyə kimi ödəməmişdir.Qeyd olunan halları hər iki tərəf təsdiq etməklə, həmin hallar işin mübahisəsiz halları hesab edilir. Həmçinin, iddiaçı cavabdehlə aralarında alqı-satqı müqaviləsinin bağlanıldığını, müqvailənin predmeti olan malların cvabadehə təhvil verildiyini, lakin indiyədək cavabdehin həmin malların dəyərini ödəmədiyini əsas gətirərək, cavabdehə qarşı belə bir iddia tələbi irəli sürmüş və iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad olunmuşdur. İşin mübahisəsiz hallarından göründüyü kimi, hazırki mülki iş üzrə iddiaçı tərəflər arasında bağlanılmış alqı-satqı müaviləsi üzrə öz üzərinə götürdüyü öhdəlikləri icra etdiyi halda, cavabdeh həmin müqvailə üzrə öz üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, nəticədə cavabdehin iddiaçı qarşısında onun mülki hüquqi məsuliyyətinin yaranmasına səbəb olan borc öhdəliyi yaranmışdır. Həmçinin, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən məhkəməyə iddia tələbinin etiraf olunmasına dair yazılı ərizə təqdim edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddia tələbinin etiraf olunması halının hər hansı qanuna zidd olması və ya üçüncü şəxslərin hüquq və qanunla qorunan mənafelrələrinin pozulması halı müəyyən edilməmişdir. Bu halda, məhkəmə hazırki mülki iş üzrə cavabdehin iddia tələbinin etiraf olunmasına dair yazılı ərizəsini əsas götürərək, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmçinin, iş materialalrından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, habelə cavabdehin borcun etirafına dair yazılı ərizəsini əsas götürərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh alğı-satqı müqaviləsi üzrə yaranmış 15.000 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh alğı-satqı müqaviləsi üzrə yaranmış 15.000 (on beş min) manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar