Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2215/2020 26.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cıı il tarixli müqavilə üzrə İMEİ Kodu **********24431 olan HOFFMANN X Prime markalı telefon, HOFFMANN LED TV, Sonorous Surefix asqı üçün 1206 (min iki yüz altı) manat ödənilməmiş hissə, 221 (iki yüz iyirmi bir) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********92833 olan NOKİA 3.1 markalı telefon, Braun Çaynik üçün 198 (yüz doxsan səkkiz) manat ödənilməmiş hissə, 0 (sıfır) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********09312 olan Samsung Galaxy A20s markalı telefon üçün 666 (altı yüz altmış altı) manat ödənilməmiş hissə, 111 (yüz on bir) manat dəbbə pulu olmaqla, mumilikdə 2402 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2432 manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh, “xxxxxxxxxxx” MMC ilə xx.xx.2019cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********24431, **********92833 və **********09312 olan HOFFMANN X Prime, NOKİA 3.1 və Samsung Galaxy A20s markalı telefon, HOFFMANN LED TV, Sonorous Surefix asqı, Braun Çaynik, almış və nəticədə 2402 (iki min dörd yüz iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1206 (min iki yüz altı) manat (18 ay x 67 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********24431 olan HOFFMANN X Prime markalı telefon, HOFFMANN LED TV, Sonorous Surefix asqı üçün ümumilikdə, 1427 (min dörd yüz iyirmi yeddi) manat olmaqla ondan, 1206 (min iki yüz altı) manat ödənilməmiş hissə, 221 (iki yüz iyirmi bir) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 666 (altı yüz altmış altı) manat (18 ay x 37 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********92833 olan NOKİA 3.1 markalı telefon, Braun Çaynik üçün ümumilikdə, 198 (yüz doxsan səkkiz) manat olmaqla ondan, 198 (yüz doxsan səkkiz) manat ödənilməmiş hissə, 0 (sıfır) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 666 (altıyüz altmış altı) manat (18 ay x 37 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********09312 olan Samsung Galaxy A20s markalı telefon üçün ümumilikdə, 777 (yeddi yüz yetmiş yeddi) manat olmaqla ondan, 666 (altıyüz altmış altı) manat ödənilməmiş hissə, 111 (yüz on bir) manat dəbbə. Cavabdehin cəmi ödədiyi məbləğ 468 manat təşkil edir. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin eilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, 00983442 nömrəli müqaviləsinin surətindən görünür ki, "xxxxxxxxxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən satıcı fərdi əlamətləri qeyd olunmuş malları-İMEİ Kodu **********24431 olan HOFFMANN X Prime, Samsung Galaxy A20s markalı telefon, HOFFMANN LED TV və Sonorous Surefix asqını alıcıya verməyi, alıcı isə əşyaları qəbul edib, avadanlıqların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, 01029944 nömrəli müqaviləsinin surətindən görünür ki, "xxxxxxxxxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən satıcı fərdi əlamətləri qeyd olunmuş malları- İMEİ Kodu **********92833 olan NOKİA 3.1 markalı telefon, Braun Çayniki alıcıya verməyi, alıcı isə əşyaları qəbul edib, avadanlıqların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, 01031518 nömrəli müqaviləsinin surətindən görünür ki, "xxxxxxxxxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən satıcı fərdi əlamətləri qeyd olunmuş malları- İMEİ Kodu **********09312 olan Samsung Galaxy A20s markalı telefonu alıcıya verməyi, alıcı isə əşyaları qəbul edib, avadanlıqların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh 00983442 nömrəli müqaviləyə əsasən İMEİ Kodu **********24431 olan HOFFMANN X Prime, Samsung Galaxy A20s markalı telefon, HOFFMANN LED TV və Sonorous Surefix asqını təhvil almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh 01029944 nömrəli müqaviləyə əsasən İMEİ Kodu **********92833 olan NOKİA 3.1 markalı telefon, Braun Çayniki təhvil almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh ********* nömrəli müqaviləyə əsasən İMEİ Kodu **********09312 olan Samsung Galaxy A20s markalı telefonu təhvil almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən 00983442 nömrəli müqavilə üzrə alıcı 18 ay müddətinə, hər ay 67 AZN məbləğində ödənişlər etməklə 1206 manat borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən 01029944 nömrəli müqavilə üzrə alıcı 18 ay müddətinə, hər ay 37 AZN məbləğində ödənişlər etməklə 426 manat borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən 01031518 nömrəli müqavilə üzrə alıcı 18 ay müddətinə, hər ay 37 AZN məbləğində ödənişlər etməklə 426 manat borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, alıcıya aldığı əşyaların müqavilə dəyərini tam şəkildə ödəməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh “xxxxxxxxxxx” MMC-yə xx.xx.2020-ci, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci tarixli müqavilələr üzrə cəmi 2070 manat əsas borc, 332 manat cərimə borcu olmaqla, ümumilikdə 2402 manat məbləğində ödənilməmiş borcu mövcuddur. Göründüyü kimi, tərəflər arasında nisyə alğı-satqı müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin predmeti qismində Hoffman X Prime markalı telefon, X4, Sonorous Surefix asqı çıxış etmişdir. Bundan əlavə tərəflər arasında xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilənin predmeti qismində Nokia 3.1 markalı telefon və Braun çaynik çıxış etmişdir. Bundan əlavə tərəflər arasında xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilənin predmeti qismində Samsung Galaxy A20s markalı telefon çıxış etmişdir. Müqavilələrə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilələrin predmeti olan avadanlıqları cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqavilələrə əsasən hər ay ödəniş cədvələri üzrə ödənişlər etməklə həmin məhsullarının dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı hər iki müqavilə üzrə öz öhdəliklərini icra edərək, alqı-satqı müqaviləsininin predmeti olan avadanlıqları cavabdehə təhvil vermiş, cavabdeh isə hər iki müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlıqları əldə etməsinə, həmin malların dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malların dəyərini ödəməkdən yayınmışdır. Hazırda cavabdeh alğı-satqı müqavilələri üzrə alınmış avadanlıqlar üçün müəyyən olunmuş ödəniş cədvəllərinə uyğun ödəməli olduğu borc və müqaviləyə əsasən ona hesablanmış cərimə borcunu iddiaçıya ödəməkdən yayınmışdır. Ona görə də, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddiaçı cərimə borcunun tutulmasına dair tələb irəli sürərkən cərimə borcunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 00983442 saylı, xx.xx.2019-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 20 manat, 01031518 saylı, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 20 manat məbləğində cərimə borcunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Həmçinin, iş amterialalrından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-ci il tarixli müqaviləsi üzrə yaranmış 1206 manat məbləğində əsas borc, 20 manat məbləğində cərimə borcu olmaqla cəmi, 1226 manat, xx.xx.2019-ci il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış 198 manat məbləğində əsas borc, xx.xx.2019-ci il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış 666 manat məbləğində əsas borc, 20 manat məbləğində cərimə borcu olmaqla 686 manat olmaqla, ümumilikdə 2110 manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsümu tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-ci il tarixli müqaviləsi üzrə yaranmış 1206 manat məbləğində əsas borc, 20 manat məbləğində cərimə borcu olmaqla cəmi, 1226 manat, xx.xx.2019-ci il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış 198 manat məbləğində əsas borc, xx.xx.2019-ci il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış 666 manat məbləğində əsas borc, 20 manat məbləğində cərimə borcu olmaqla 686 manat olmaqla, ümumilikdə 2110 manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsümu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-2215/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2215/2020
26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver