Məhkəmə qərarları › İş №2(002)-2221/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2221/2020

26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2221/2020 26.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ HakimƏhmədova Gülnar İnqilab qızınınsədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən mən İddiaçın vurulmuş 3.500 ABŞ dolların maddi ziyanın Cavabdeh alınaraq mənə qaytarılmasın dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı “Naxtur” turizm şirkətində 2019-cu ilin fevral ayından bələdçi kimi işə başlamışdır.2019-cu ilin mart ayında 2003-cu ildə hərbi xidmətdə bir yerdə olduğu Cavabdeh Seyfətin oğlu ona otelləri bron etməklə məşğul olduğunu və o şirkəti ilə işləməsini təklif etdi. O isə tanışlıqlarını nəzərə alaraq təklifi qəbul etmişdir. Həmin vaxtdan etibarən bir neçə dəfə Alimin qonaqları üçün otellərdə bron etmişdir. Bütün vəsitlərin özü qəbul etmişdir və bir müddət aralarında heç bir problem olmamışdır.2019-cu ilin avqust ayında Alim onunla əlaqə saxlayıb “Winter park oteldə” 4 ədəd single tipli 4 nəfərlik otel bron edilməsini xahiş etmişdir. O isə rayonda olduğu üçün onun etdiyi xahişi yerinə yetirmiş və 2080 ABŞ dolları olan otelin ödənişini özündə saxlamasını, Bakıya gələndə ona verməsini bildirmişdir. Bundan başqa daha bir nəfər müştəridən 420 ABŞ dolları da götürüb özündə saxlamasını xahiş etmişdir. O, Bakıya qayıtdıqdan sonra qeyd olunan 2500 ABŞ dolları Aimdən istəsədə Alim qeyd olunan pulların ona qaytarmaqdan boyun qaçırmışdır. Bundan başqa birlikdə qazandıqları gəlirin ona məxsus olan hissədən Cavabdeh 1000 ABŞ dolları borc kimi götürmüş öz zəruri xərcləri üçün istifadə etmişdir. Bunula da ümumilikdə Alim Mahmudov ona 3.500 ABŞ dolları məbləğində maddi ziyan vurmuşdur. O, Nizami Rayon Polis İdarəsinə 24-cü PŞ-si ərizə ilə müraciət edilmişdir. Araşdırma aparılmış fakt təsdiq olunsa da cinayət işinin başlanmasının rədd edilməsinə haqqında xx.xx.2019-cu il tarixdə qərar qəbul edilmiş və ona mülki mühakimə qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.Nizami Rayon Polis İdarəsinə 24-cü PŞ-si araşdırma zamanı izahat alınan Cavabdeh onun izahatında göstəridiyi xüsusatları qismən təsdiq edərək qeyri-rəsmi olaraq tur bələdçisi kimiçalışdığını, onu 2003-cü ildə tanıdığını, 2019-cu ilin mart ayından etibarən aralarında işgüzar münasibətlərin yarandığını, əcnəbi qonaqlarını Mahmudun vasitəsi ilə otellərə yerləşdirərək qonaqlardan əldə etdiyi gəlirləri öz aralarında bölüşdürdüyünü, 2019-cu ilin avqust ayında da Mahmuda zəng vurub “Winter park oteldə” 4 ədəd single tipli 4 nəfərlik otaq bron etməsini bildirmiş, bunun müqabilində qonaqlardan 2080 ABŞ dolları pul alaraq Mahmuda ödəyəcəyini, əldə olunan gəliri isə öz aralarında böləcəyini bildirmiş, o da öz növbəsində qeyd olunan oteldə otaqları bron edərək Nizami rayonu, B.Nuriyev 12 ünvanında yerləşən “Naxtur” turizm şirkəti vasitəsi ilə ödəniş etdiyini lakin Mahmudovun həmin ərəfədə rayonda olması ilə əlaqədar pulu ona ödəmədiyini, özündə saxladığını bildirmişdir. Bundan başqa onunla aralarında olan iş münasibəti zəminində ona 420 ABŞ dolları borcu olduğunu, həmçinin həmin ərəfədə onun öz adına Optimal mağazasında 508 manata Amin üçün Samsung Amarkalı mobil telefonu kreditlə götürüb ona verdiyini, bu günədək Mahmudun adına olan telefonu işlətsə də onu kreditini ödəmədiyini, Mahmud istəyəcəyi halda telefonu ona qaytaracağını, ümumilikdə Mahmuda 2500 ABŞ dolları borcu olduğunu demişdir. Təhqiqat araşdırması zamanı A.Məmədov qeyd olunan mobil telefonu İddiaçı, iştirakı ilə tərəfindən İddiaçı qaytarılması təmin edilmiş, 2500 ABŞ dolları borcunu isə 2020-ci ilin aprel ayına qədər ödəyəcəyini bildirmiş, bu barədə dilindən iltizam alınaraq materiallara əlavə olunmuşdur.Toplanmış materialarından görünür ki, Cavabdeh M.Əsdullayevlə aralarında olan iş birliyi zamanı ona 3800 ABŞ dolları borcunun olması xüsusatı cinayət xarakterli deyil, mülki mübahisə predmenti olduğundan öz həllini mülki qaydada məhkəmədə tapmalıdır. Göstərilənləri nəzərə alaraq, mövcud qanunvericiliyin tələblərinə görə tərəflər arasında pulun qaytarılması prosesində yaranan mübahisələr müvafiq olaraq mülki qanunvericik əsasında tənzimlənməlidir. Odur ki, toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilməli və ərizəçi vətəndaşa mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciəti etmək hüququ izah olunmalıdır. Cavabdeh tərəfindən 2500 ABŞ dolları borcun 2020-ci ilin aprel ayına qədər ödəyəcəyini bildirsə də, buna əməl etməmişdir. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına xx xxxxxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əlavə edilmişdir. Azərbaycan Respblikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1.-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 157.6-ci maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehə 1000 ABŞ dollar məbləğində borc pul verdiyini, lakin cavabdehin həmin pul məbləğini ona qaytarmadığını, habelə cavabdehin ona məxsus olan 2500 ABŞ dolları məbləğində pul vəsaitini əsassız olaraq özündə saxlayaraq, ona qaytarmadığını əsas gətirərək, cavabdehdən ona dəymiş maddi ziyanın əvəzi olaraq 3500 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq ona geri qaytarılması barədə iddia tələbini irəli sürmüş və iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki mülki iş ürzə iddia tələbi bilvasitə sübutemə yükü ilə bağlıdır. Belə ki, hazırki mülki iş üzrə iddiaçının cavabdehə 1000 ABŞ dolları məbləğində borc pul verdiyini, cavabdehin həmin məbləğdə pul vəsaitini qəbul etdiyini, lakin ona geri qaytarmadığına, habelə cavabdehin ona məxsus olan 2500 ABŞ dolları məbləğində pul vəsaitini əsassız olaraq özündə saxlanmasına dair halları sübut etmək öhdəliyi məhz iddiaçının üzərinə düşür. Məhkəmə iddia tələbinin borc məbləğinin geri qaytarılmaıs hisssəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsassız olmaqla, təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, iddiaçı cavabdehə 1000 ABŞ dolları məbləğində borc pul verdiyini, cavabdehin isə həmin məbləğdə pul vəsaitini ona geri qaytarmadığını bildirsə də, həmin hallara dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, tərəflər arasında borc müqaviləsindən irəli gələn gələn hüquq münasibətlərinin yaranması halını, habelə cavabdehin iddiaçı qarşısında borc öhdəliyinin mövcud olması halını müəyyən etmək mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi borc pulun geri qyatarılması hissəsində əsassız olmaqla, təmin edilməməlidir. Məhkəmə iddia tələbinin cavabdehin əsassız olaraq özündə saxlayaraq, iddiaçıya geri qaytarmadığı pul vəsaitinin geri qayatrılmaıs hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsassız olmaqla, təmin edilməməlidir. Belə ki, məhkəmə araşırması zamanı müəyyən eidlmişdir ki, iddiaçı ona məxsus olan 2500 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehin özündə saxladığını bildirsə də, ona məxsus qeyd edilən məbləğdə pul vəsaitinin cavabdeh tərəfindən əsassız olaraq əldə edilməsi, bununla da cavabdehin hərəkətləri nəticəsində iddiaçının qeyd olunan məbləğdə pul vəsaitindən məhrum olması hallarına dair heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bununla da, məhkəmə araşdırması zamanı iddiaçının məhz cavabdehin hərəkətləri nəticəsində qeyd olunan məbləğdə pul vəsaitindən məhrum olması halını müəyyən etmək mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, idia tələbi cavabdehin əsassız olaraq özündə saxladığı pul vəsaitinin geri qaytarılması hissəsində də əsassız olmaqla təmin edilməməlidir. Həmçinin, məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad olunan halların təsdiq olunması üçün yeganə sübut qismində cinayət işinin rədd olunmasına dair müvafiq qərara istinad olunmuşdur. Bununla bağlı məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı tərəfindən müvafiq qərarda qeyd olunan halların müəyyən edilməsinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, məhkəmə araşdırması zamanı iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halları müəyyən etmək mümkün olmamışdır. Qeyd olunan halları əsas götürərək, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsaəsn məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, X3 Məhkəməsi "X1rşı" xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli Qərarı). Həmçinin, Azərbyacan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. .Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh oğluna qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalı, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar