Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2222/2020 09.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 7810 ABŞ dolları məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, Cavabdeh onun qohumunun qonşusudur. Cavabdehlə həmin ərazidə yerləşən həyətyanı küçədə tanış olmuşdur. Cavabdeh söhbət əsnasında ferma təsərrüfatı ilə məşğul olduğunu və bu təsərrüfatdan xeyli gəlir əldə etdiyini bildirmiş, bir neçə dəfə ona fermada birgə təsərrüfat yaratmağı təklif etmişdir. Cavabdeh bu işlə bağlı bir sıra öhdəlikləri öz üzərinə götürəcəyini bildirmiş və onu razılığa gətirmişdir. Nəhayət o, birgə fəaliyyət göstərərək gəlir əldə etmək məqsədilə altı dəfəyə (xx.xx.2019-cu il tarixdə 600 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 1450 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 3750 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 1200 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 310 ABŞ dolları və xx.xx.2019-cu il tarixdə 500 ABŞ dolları olmaqla) cəmi 7810 ABŞ dolları məbləğində pulu cavabdehə vermişdir. Lakin cavabdeh öhdəliklərini yerinə yetirməmiş, sonradan onun məqsədinin aldatmaq olduğunu düşünərək bununla bağlı Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2020-ci il tarixdə öz əli ilə qəbz yazaraq 7810 ABŞ dolları pulu üç aya qaytaracağını bildirmiş, lakin hal-hazıradək həmin pulu qaytarmamışdır. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh ərizə ilə müraciət edərək izahatında bildirdi ki, iddia tələbini qəbul edir, 7810 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun ondan tutulmasına razıdır və iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh öz imzası ilə təsdiq etdiyi xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 7810 ABŞ dolları məbləğində pul almış və həmin pulu qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, müraciətdə göstərilən faktlar mülki xarakterli olduğundan mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında iş üzrə sübutlara, o cümlədən izahatlara, xx.xx.2020-ci il tarixli qəbzə, cavabdehin etiraf ərizəsinə əsasən müəyyən edildi ki, Cavabdeh İddiaçı 7810 ABŞ dolları məbləğində pulu almış və onu razılaşdırılmış müddətdə qaytarmağı öhdəsinə götürmüş, lakin müddətin başa çatmasına baxmayaraq həmin öhdəliyini yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi pulun tutulması hissəsində tam əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddianın dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı hissəsini araşdıraraq müəyyən edir ki, dövlət rüsumu ilə bağlı tələb də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablaşma ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 7810 (yeddi min səkkiz yüz on) ABŞ dolları məbləğində pul vəsaiti (icra gününə Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla) və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-2222/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2222/2020
09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver