Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2225/2020 28.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin bir kart kredit kartından istifadə etdiyi 2439.41 manat pul vəsaitinin, həmçinin xx.xx.2020-ci il tarixə Mərkəzi bankın uçot dərəcəsinin 6.5% müəyyən edildiyini nəzərə alaraq, həmin vəsaitin məbləğindən bank uçot dərəcəsi üzrə hesablanmış 105.6 manat məbləğində faizin və dövlət rüsumu olaraq ödənilmiş 30 manat rüsumunun, cəmi 2575.01 manat pulun Cavabdeh tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmağını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı xx.xx.2018-ci il tarixli, **********01944201 saylı kredit kartına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank tərəfindən cavabdehə son istifadə tarixi xx.xx.2021-ci il tarixi olaraq istifadə oluna biləcək məbləğ 5400 manat olmaqla kredit kartı verilmişdir. Cavabdeh tərəfindən kredit kartındaki vəsait mütəmadi istifadə olunmuş və daha sonra istifadə olunmuş məbləğ geri qaytarılmışdır. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə kredit kartına olan 5398.47 manat məbləğində borc üzrə ödəniş olunmuş və kartın balansı 0 manat təşkil etmişdir. Daha sonra yenidən həmin tarixdə 509.54 manat məbləğində vəsait istifadə olunmuşdur. Həmçinin cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə 509.54 manat, 202.84 manat, 202.84 manat, 509.54 manat, 202.84 manat, 507.06 manat, 202.84 manat, 101.91 manat olmaqla, cəmi 2439.41 manat məbləğində vəsait istifadə olunmuşdur. Cavabdeh xx.xx.2020-ci il tarixdə kredit kartı üzrə olan borcunun bağlanması və kart limitinin sıfırlanaraq müqaviləyə xitam verilməsi üçün Banka müraciət etmişdir. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə 2439.41 manat vəsaitin istifadə olunmasına dair əməliyyatlar o, cümlədən Banka müraciət edərkən sistemdə hələ təsdiqlənmədiyindən Bank əməkdaşı tərəfindən onun kart üzrə 509.54 manat borcunun olduğu bildirilmişdir. Cavavdeh 02-xx xxxxxx 2020-ci il tarixlərində istifadə etdiyi məbləğin ümumilikdə 2948.95 manat məbləğində olduğunu bilsə də, borcunun qaytarılmasına vicdanlı yanaşmamış və yalnız 509.54 manat ödəniş edərək limitin sıfırlanması və kredit kartına dair müqavilənin xitamına dair Bank ilə qarşılıqlı razılaşmaları bağlanmışdır. Cavabdehlə qeyd olunan razılaşmalar bağlandıqdan sonra onun tərəfindən xx.xx.2020-ci il tarixdə 2439.41 manat vəsaitin istifadə olunmasına dair əməliyyatlar sistemdə təsdiqlənmiş və cavabdehin banka 2439.41 manat məbləğində borcunun olduğu müəyyən edilmişdir. Banka olan borcunun qaytarılması üçün cavabdehə şifahi olaraq müraicət olunsa da, o borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən qeyd olunan borcun qaytarılması üçün tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraicət etmək zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi X1 izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı xx.xx.2018-ci il tarixli, **********01944201 saylı kredit kartına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank tərəfindən cavabdehə son istifadə tarixi xx.xx.2021-ci il tarixi olaraq istifadə oluna biləcək məbləğ 5400 manat olmaqla kredit kartı verilmişdir. Cavabdeh tərəfindən kredit kartındaki vəsait mütəmadi istifadə olunmuş və daha sonra istifadə olunmuş məbləğ geri qaytarılmışdır. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə kredit kartına olan 5398.47 manat məbləğində borc üzrə ödəniş olunmuş və kartın balansı 0 manat təşkil etmişdir. Daha sonra yenidən həmin tarixdə 509.54 manat məbləğində vəsait istifadə olunmuşdur. Həmçinin cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə 509.54 manat, 202.84 manat, 202.84 manat, 509.54 manat, 202.84 manat, 507.06 manat, 202.84 manat, 101.91 manat olmaqla, cəmi 2439.41 manat məbləğində vəsait istifadə olunmuşdur. Cavabdeh xx.xx.2020-cii l tarixdə kredit kartı üzrə olan borcunun bağlanması və kart limitinin sıfırlanaraq müqaviləyə xitam verilməsi üçün Banka müraciət etmişdir. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə 2439.41 manat vəsaitin istifadə olunmasına dair əməliyyatlar o, Banka müraciət edərkən sistemdə hələ təsdiqlənmədiyindən Bank əməkdaşı tərəfindən onun kart üzrə 509.54 manat borcunun olduğu bildirilmişdir. Cavavdeh 02-xx xxxxxx 2020-ci il tarixlərində istifadə etdiyi məbləğin ümumilikdə 2948.95 manat məbləğində olduğunu bilsə də, borcunun qaytarılmasına vicdanlı yanaşmamış və yalnız 509.54 manat ödəniş edərək limitin sıfırlanması və kredit kartına dair müqavilənin xitamına dair Bank ilə qarşılıqlı razılaşmaları bağlanmışdır. Cavabdehlə qeyd olunan razılaşmalar bağlandıqdan sonra onun tərəfindən xx.xx.2020-ci il tarixdə 2439.41 manat vəsaitin istifadə olunmasına dair əməliyyatlar sistemdə təsdiqlənmiş və cavabdehin banka 2439.41 manat məbləğində borcunun olduğu müəyyən edilmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu və ona hesablanmış faiz borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2439,41 manat əsas borc, həmin vəsaitin məbləğindən bank uçot dərəcəsi üzrə hesablanmış 105,6 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bir kart kredit kartından istifadə etdiyi 2439.41 manat borcun, həmin vəsaitin məbləğindən bank uçot dərəcəsi üzrə hesablanmış 105.6 manat faiz və ödənilmiş 30 manat rüsumu olmaqla, cəmi 2575.01 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2225/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2225/2020
28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver