Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2232/2020 16.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı pultələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli, ******* saylı alqı-satqı müqaviləsinə əsasən 3871 manat əsas, 407,87 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli, 311073 saylı alqı-satqı müqaviləsinə əsasən 1042 manat əsas, 385,45 qəpik cərimə borcu, xx.xx.2019-cu il tarixli, ******* saylı alqı-satqı müqaviləsinə əsasən 2370 manat əsas, 286,54 qəpik cərimə borcu olmaqla, ümumilikdə 7283 (yeddi min iki yüz səksən üç) manat əsas və 1097,86 manat (min doxsan yeddi manat səksən altı qəpik) cərimə borcunun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ******* saylı alqı-satqı müqaviləsinə əsasən, cavabdeh ümumi qiyməti 5539 manat olan qızıl-zinət əşyaları almış, həmin məbləğdən 1108 manat ilkin ödəniş etməklə, qalan məbləği hissə-hissə ödəmək şərti ilə ilə 3 aya bölərək hər ay üçün 1477 manat hissə-hissə ödəmək şərti ilə aldığı malın dəyəri kimi cəmi 4431 manat ödəməyi öhdəsinə götürmüşdür, lakin həmin məbləğdən bu günədək 560 manat ödəniş etmiş, qalan 3871 manat əsas, 407,87 qəpik cərimə borcu ödənilməmiş qalmışdır. Bundan əlavə, xx.xx.2019-cu il tarixli, ******* saylı alqı-satqı müqaviləsinə əsasən cavabdeh ümumi qiyməti 3909 manat dəyərində olan qızıl almış, həmin məbləğdən 782 manat ilkin ödəniş etməklə, qalan məbləği hissə-hissə ödəmək şərti ilə 3 aya bölərək hər ay üçün 1042 manat 33 qəpik hissə-hissə ödəmək şərti ilə aldığı malın dəyəri kimi cəmi 3127 manat ödəməyi öhdəsinə götürmüşdür, lakin həmin məbləğdən bu günədək 2085 manat ödəniş etmiş, qalan 1042 əsas, 385,45 manat cərimə borcu ödənilməmiş qalmışdır. Bundan əlavə, xx.xx.2019-cu il tarixli, ******* saylı alqı-satqı müqaviləsinə əsasən, cavabdeh ümumi qiyməti 4971 manat dəyərində qızıl almış, həmin məbləğdən 994 manat ilkin ödəniş etməklə, qalan məbləği hissə-hissə ödəmək şərti ilə 3 aya bölərək hər ay üçün 1325 manat 67 qəpik hissə-hissə ödəmək şərti ilə aldığı malın dəyəri kimi cəmi 3977 ödəməyi öhdəsinə götürmüşdür, lakin həmin məbləğdən bu günədək 1607 manat ödəniş etmiş, qalan 2370 manat əsas, 286,54 manat cərimə borcu ödənilməmiş qalmışdır, bununla da cavabdeh alqı-satqı müqavilələrinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Bu səbəbdən, iddiaçı təşkilat məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin olunmasını xahiş edir. İddiaçı nümayəndəsi xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq mülki işə iddiaçı təşkilatın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135, 185-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, təqdim edilmiş sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıda göstərilən əsaslara görə qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, ******* saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış həmin xx.xx.2019-cu il tarixli, ******* saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh hissə-hissə ödəniş etmək şərti ilə 4971 manat dəyərində qızıl zinət əşyalarını 994 manat ilkin ödəniş etməklə, qalan 3977 manat məbləğində pulu 3 ay müddətinə aylıq 1325,67 manat ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, ******* saylı müqavilə üzrə ödənilməmiş 2370 manat məbləğində əsas, 386,54 manat cərimə borcu vardır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, ******* saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh oğlu arasında bağlanmış həmin xx.xx.2019-cu il tarixli, ******* saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh hissə-hissə ödəniş etmək şərti ilə 3909 manat dəyərində qızıl zinət əşyalarını 782 manat ilkin ödəniş etməklə, qalan 3127 manat məbləğində pulu 3 ay müddətinə aylıq 1042,33 manat ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, ******* saylı müqavilə üzrə ödənilməmiş 1042 manat məbləğində əsas, 385,45 manat cərimə borcu vardır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, ******* saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh oğlu arasında bağlanmış həmin xx.xx.2019-cu il tarixli, ******* saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh hissə-hissə ödəniş etmək şərti ilə 5539 manat dəyərində qızıl zinət əşyalarını 1108 manat ilkin ödəniş etməklə, qalan 4431 manat məbləğində pulu 3 ay müddətinə aylıq 1477 manat ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, ******* saylı müqavilə üzrə ödənilməmiş 3871 manat məbləğində əsas, 407,87 manat cərimə borcu vardır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələr mahiyyət etibarilə əşyanın dəyərinin hissə-hissə ödənilməsini nəzərdə tutan nisyə alqı-satqı müqavilələridir. Ona görə də həmin müqavilələr barədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600, 601-ci maddələri tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2 və 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, cavabdeh iddiaçı təşkilatdan müqavilələr üzrə aldığı əşyaların dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında həmin pul öhdəliyini icra etməmişdir. Buna görə də İddiaçı əşyaların dəyərindən ödənilməmiş qalan hissəni tələb etməsi tam əsaslıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2019-cu il, xx.xx.2019cu il və xx.xx.2019-cu il tarixli müqavilələr üzrə cərimə hissəsində qismən əsassızdır. Belə ki, müqavilələrdə cərimənin hesablanması qaydası yüksək həddə müəyyən edilmiş və cavabdehin maddi vəziyyəti nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Odur ki, məhkəmə borclunun və kreditorun əmlak mənafelərini, əsas borc məbləğlərini nəzərə alaraq, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələr üzrə cərimə tələbinin azaldılmasını və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 150 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 100 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 100 manat həddində təmin olunmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də ödənilmiş tələblərin məbləğinə münasib olaraq qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh 7283 manat məbləğində əsas borc, 350 manat cərimə və 27 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 7660 (yeddi min altı yüz altmış) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-2232/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2232/2020
16.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver