Məhkəmə qərarları › İş №2(002)-2234/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(002)-2234/2020

15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № 2(002)-2234/2020 15.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Əsədov Kamran Bağır oğlu, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prodspekti 24 ünvanında yerləşən Kreditor MMC-nin borclu Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Yataqxana 4 küçəsi ünvanında yaşayan Borclu qarşı nisyə satış müqaviləsi üzrə öhdəliklərin icrasına dair məhkəmə əmrinin verilməsi haqqında ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM : Kreditor MMC ərizə ilə məhkəməyə müraciət edərək, Borclu xx xxxxxxxx 2019-ci il tarixli müqavilə üzrə 1464 manat məbləğində əsas borcun və 20 manat dövlət rüsumunun, cəmi 1484 manat məbləğində pul vəsaitinin tutularaq Kreditor MMC-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizəni bununla əsaslandırılmışdır ki, Borclu kreditordan 1 ədəd dəyəri 732 manat olan Samsung A 50 64 GB White markalı mobil telefon və 1 ədəd dəyəri 732 manat Samsung A 50 64 GB Blue markalı mobil telefon əldə etsə də, aldığı malların dəyərini ödəməmişdir. Məhkəmə təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Kreditor MMC ilə Borclu arasında xx xxxxxxxx 2019-ci il tarixli, Nisyə-satış müqavilələri bağlanmış, Borclu kreditordan 1 ədəd dəyəri 732 manat olan Samsung A 50 64 GB White markalı mobil telefon və 1 ədəd dəyəri 732 manat Samsung A 50 64 GB Blue markalı mobil telefon əldə edib və əldə etdiyi malların dəyərini Kreditor MMC-ə ödəməyi öz öhdəsinə götürmüşdür, lakin borclu üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş və bununla da onun hal-hazırki vaxta ödənilməmiş cəmi 1484 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-in 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 275, 276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, ƏMR EDİRƏM : xx xxxxx 1973-cü il tarixdə Bakı şəhərində doğulmuş, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Yataqxana 4 küçəsi ünvanında yaşayan Borclu xx xxxxxxxx 2019-ci il tarixli müqavilə üzrə xx.xx.2020-ci il tarixinə yaranmış 1464 manat məbləğində əsas borc və 20 manat ödənilmiş dövlət rüsumu tutularaq Kreditor MMC-yə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Qaradağ Rayon Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar