Məhkəmə qərarları › İş №2(002)-2246/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2246/2023

04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2246/2023 04.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Hüseynov Fuad Ələsgər oğlu, İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi ərizəsini və ona əlavə edilən sənədləri araşdıraraq, МÜƏYYƏNЕТDİМ: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərkən müəyyən etmişdir ki, cavabdehin kart hesabına köçürülən pul vəsaitinin məhz iddiaçı tərəfindən ödənilməsini təsdiq edən hər hansı sənəd ərizəyə əlavə olunmadığından, ərizəni qəbul etməkdən imtina barədə qərardad qəbul edilməli, iddiaçıya həmin tələb üzrə iddia icraatı qaydasında məhkəməyə iddia ərizəsi vermək hüququ izah olunmalıdır. (Həmçinin, izah olunmalıdır ki, şəxsi yazışmaların və səs yazılarının tədqiqi baxımından Azərbaycan Respublikasının MPM-nin 200, 203-cü maddələrinin tələblərinə əməl olunması zərurəti nəzərə alınmaqla, mübahisənin yazılı icraat qaydasında deyil, iddia icraatı qaydasında həlli məqsədəmüvafiqdir). Belə ki, Azərbaycan Respublikasının MPM-nin 284-4.1.3-cü maddəsinə əsasən, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1 – 284-4-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi ərizəsinin və ona əlavə edilən sənədlərin qəbul olunmasından imtina edilsin. İddiaçı izah edilsin ki, onun həmin tələb üzrə iddia icraatı qaydasında məhkəməyə iddia ərizəsi vermək hüququ vardır. Qərardaddan şikayət verilə bilməz. Hakim : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar