Məhkəmə qərarları › İş №2(002)-2251/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2251/2020

14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2251/2020 14.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borcun və ödənilmiş dövlət rüsumunun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borcun və ödənilmiş dövlət rüsumunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə 1.103.46 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1.133.46 manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı ASC tərəfindən su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilmişdir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə nəticədə xx.xx.2020- ci il tarixinə abonentin 1.103.46 manat borcu qalmışdır. İddiaçıSC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay borc məbləğinə dair bildiriş və yazılı xəbərdarlıq göndərilmişdir. Lakin cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də istifadə etdiyi xidmətlərə görə ödəniş etməmişdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 62-ci maddəsindən göründüyü kimi, istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifənin yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsinə qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. Cavabdeh barəsində 109 saylı MKİS- si tərəfindən verilmiş arayışdan görünür ki, Sahil qəsəbəsi, Z.Qasımov küç, ev 58, mənzil 14 qeydiyyatdadır. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, hazırki mülki iş üzrə cavabdehin yaşadığı ünvanda sayğac xx.xx.2019-cu il tarixdə quraşdırılmışdır, həmin dövrə qədər abonet sudan sayğac olmadan istifadə etmişdir, həmin sudan istifadəyə görə isə Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən olunmuş qaydada hesablanmış aylıq abunə haqqını ödəməmişdir, belə ki, müvafiq qərara əsasən sayğaç olmayanda ailə tərkibinə əsasən borc hesablanır, cavabdehin ailə tərkibi isə 3 nəfərdən ibarətdir, bir nəfər üçün aylıq su istehlakı norması 5,0 kub metr hesablanır, su təchizatına görə 0.35 qəpik, tullantı sularının axıdılmasına görə 0.15 qəpik olmaqla, ümumi su sərfiyytaına görə 1 nəfər üçün aylıq məbləğ 50 qəpik məbləğində hesablanır, una uyğun olaraq cavabdeh qismində çıxış edən abonent barəsində 2011-ci ildən xx.xx.2019-cu il tarixə kimi, yəni sayğac quraşdırlana kimi, məhz bu qaydada suya görə aylıq abunə haqqı hesablanmışdır, 2019-cu ilin göstəriln tarixindən sonra isə sayğac üzrə hesablanmışdır, 2011-ci ildən xx.xx.2020-ci ilə qədər olan ümumi borcu 1103.46 manat məbləğ təşkil etmişdir, bu halların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, o dəfələrlə onun yaşadığı ünvana sayğac quraşdırılmaıs ilə bağlı mürcaiət etmiş, lakin həmin ünvana sayğac quraşdırılmamışdır, ona görə də o abunə haqqını ödəməmişdir, 2019-cu ildə sayğac quraşdırıldığını,ondan sonra borclarını vaxtında ödədiyini, sayğac olmadığı müddətdə sudan istifadə etdiyini, 2011-ci ildən sudan istifadə etdiyini, lakin sayğac olmadığına görə heç bir ödəniş etmədiyini, yalnız sayğac quraşdırıldıqdan sonra ayrı-ayrı vaxtlarda 10 manat bir, 15 manat bir ödədiyini bildirdi, heç bir manat da borcunun qalmadığını, iddia tələbini qəbul etmədiyini bildirərək, iddianın təmin eidlməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, Cavabdeh 7 iş günü müddətində borcun ödənilməsi tələb olunmuş, ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan abonent kartının surətindən görünür ki, 25991838 abonent kodu olan abonentin borcları 2011-2020-ci illər üzrə hesablanaraq, 1.103,46 manat borcu mövcuddur. İş materiallarında olan abonent kartı məlumatlarının məzmunundan aydın olur ki, tərəflər arasında sudan istifadə olunmasına dair müqavilə xx.xx.2011-ci il tarixdə bağlanılmış, ailə tərkibi qimsində 3 nəfər qeyd olunmuş, sayğacın quraşdırılma tarixi xx.xx.2019-cu il, sayğacın nömrəsi 19033966, plomb nömrəsi C047487 kimi qeyd olunmuşdur. Həmçinin, iş materiallarında olan arayışın məzmunundan aydın olur ki, Bakı şəhəri Qaradağ rayonu, Z.Qasımov küçəsi 58 saylı evin 14 saylı mənzilində Cavabdeh 3 nəfər ailə üzvi ilə birlikdə yaşayır. Göründüyü kimi, tərəflər arasında su təchizatı sistemindən su buraxlması və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi və xidmət haqqının ödənilməməsi ilə bağlı mübahisəli hüquq münasibətləri yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. «Su təchizatı və tullantı sular haqqında» Azərbaycan Respublikasının Qanununun 5.3-cü maddəsinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablanmalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 59-cu maddəsinin b bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi onun xidmətlərindən istifadə edən hər hansı istehlakçıdan bu Qanuna müvafiq olaraq müəyyənləşdirilmiş ödəmələri götürmək və onların ödənilməsini tələb etmək hüququna malikdir. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin Qanunun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 262 №-li Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 3.1.2-ci bəndinə əsasən STKM-in smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış və ya suölçən cihaz quraşdırılmamış istehlakçıdan verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq təqdim edilmiş hesabın ödənilməsini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 4.1.3-cü bəndinə əsasən bu Qaydaların tələblərinə əsasən, istehlakçının əsas vəzifələrindən biri də verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etməkdir. Həmin Qaydaların 7.1-ci bəndinə əsasən suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Həmin qaydaların 7.2. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Həmin Qaydaların 7.3-cü bəndinə əsasən smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Həmin Qaydaların 7.4-cü bəndinə əsaəsn əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Həmin Qaydaların 7.5-ci bəndinə əsasən suölçən cihazlar olmadıqda, fərdi yaşayış və bağ evlərinin həyətyanı torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. Digər istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının həcmi və buna görə ödənilməli vəsaitin həcmi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarında nəzərdə tutulmuş qaydada müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Həmin Qaydaların 7.11-ci bəndinə əsasən istehlakçı bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq ona göndərilmiş (təqdim edilmiş) hesabda səhvə (səhvlərə) yol verildiyi (ödənilməli olan vəsaitin artıq hesablandığı) qənaətinə gələrsə, hesabı aldıqdan sonra ən geci 10 (on) iş günü müddətində hesabı təqdim etmiş STKM-ə yazılı şəkildə müraciət edə bilər. Qanunvericiliyin təhlilindən aydın olur ki, istehlakçılar su təchizatı obyektlərindən istifadə etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada həmin istifadə edilmiş xidmətlərə görə müvafiq məbləğdə xidmət haqqını ödəmək vəzifəsini daşıyırlar. Həmçinin, qanunvericiliyin qeyd olunan normalarının təhlilindən aydın olur ki, istehlakçı istifadə etdiyi su təchizatı xidmətlərinə görə xidmət haqqını ödəmədikdə, su təchizatı müəssiəsinin qanunvericiliklə müəyyən olunmuş qaydada və məbləğdə görülmüş xidmətin haqqının ödənilməsini istehlakçıdan tələb etmək hüququna malikdir. Eyni zamanda qeyd olunan normaların təhlilindən aydın olur ki, tərəflər arasında su təchizatı obyektlərindən istifadə edilməsi ilə bağlı müvafiq müqavilə olmadıqda belə, istehlakçı su təchizatı obyektlərindən istifadə etdikdə, sudan istifadə edilməsi ilə bağlı ona göstərilmiş xidmətlərin haqqını ödəmək vəzifəsini daşıyır ki, bu vəzifə məhz istehlakçının həmin su təchiztaı obyektindən istifadə etmək faktına asaslanır. Göründüyü kimi, hər bir halda istehlakçı su təchizatı obyektlərinin istifadəsi ilə bağlı görülmüş xidmətlərin haqqını su təchizatı müəssisəinə ödəməlidir, əks təqdirdə bu istehlakçının su təchizatı müəssisəninin qarşısında həmin xidmətlərdən istifadə edilməsinə görə müvafiq məbləğdə xidmət haqqının ödənilməsi ilə bağlı mülki hüquqi məsuliyyətinin yaranmasına gətirib çıxarda bilər. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx xxxxxx 2007-ci il tarixli 04 nömrəli İddiaçı Səhmdar Cəmiyyətinin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının və təsnifatının təsdiq edilməsi barədə” Qərarı”na əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx xxxxxx 2011-ci il tarixli qərarına əsasən su təchizatına görə əhali istehlakçı qrupu üzrə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə bir nəfər üçün 1m3 üzrə 0,30 qəpik, əhali istehlakçı qrupu üzrə tullantı sularının axıdılması bir nəfər üçün 1m3 üzrə 0,06 qəpik kimi müəyyən edilmişdir. Eyni zamanda Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası xx xxx 2016-cı il tarixli qərarının 4-cü bəndinə əsasən, sayğac quraşdırılmayan əhali istehlakçı qrupu üzrə bir nəfər üçün aylıq su istehlakı norması 5,0 kub metr təsdiq edilməsi qərara alınmışdır. Əhali istehlakçı qrupu üzrə Bakı, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə su təchizatına görə bir nəfər üçün 1m3 üzrə 0,35 qəpik, tullantı sularının axıdılması bir nəfər üçün 1m3 üzrə 0,15 qəpik kimi müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı qismində çıxış edən su təchizatı müəssiəsi tərəfindən 2011-ci il tarixdən hazıradək cavabdeh qismində çıxış edən istehlakçıya su təchizatı obyektindən istifadə edilməsi ilə bağlı xidmətlər göstərilmişdir. İddiaçı onun tərəfindən sudan istifadə olunmasına dair müqavilə üzrə 2011-ci il tarixdən xidmətlər göstərilməsinə baxmayaraq, cavabdeh tərəfindən həmin görülmüş xidmətlərə görə müəyyən eidlmiş aylıq bunə haqqını vaxtlı-vaxtında və lazımi qaydada ödəmədiyini, nəticədə qeyd olunan məbləğdə borcunun yarandığını əsas gətirərək, cavabdehə qarşı belə bir tələb irəli sürmüş və iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. Həmçinin, məhkəmə iclasında cavabdehin veridyi izahatından aydın olur ki, onun tərəfindən 2011-ci il tarixdən indiyədək sudan istifadə etsə də, 2019-cu ilə qədər olan dövrdə sayağc quraşdırılmaıdğına görə aylıq abunə haqqını ödəməmiş, sonrakı dövrdə isə müəyyən ödənişlər etmişdir. Göründüyü kimi, cavabdeh qismində çıxış edən istehlakçı görülmüş xidmətlərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə xidmət haqqını vaxtlı-vaxtında, lazimi qaydada icra etməmiş, nəticədə onun iddiaçı qarşısında mülki hüquqi məsuliyyətinə səbəb olan sudan istifadə edilməsinə görə xidmət haqqının ödənilməməsi ilə bağlı borc öhdəliyi yaranmışdır. Ona görə də məhkəmə qeyd olunan halları nəzərə alaraq, hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin sudan istifadə edilməsinə görə xidmət haqqının ödənilməməsi ilə bağlı yaranmış qalıq borcu xx.xx.2011-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində hər il üzrə **********140:25991838 nömrəli abonent kodu üzrə elektron abonent kartına daxil edilmiş, həmin dövr ərzində xx.xx.2011-xx.xx.2020-ci illər üzrə ümumilikdə qalıq borcu 1103,46 manat olduğu qeyd olunmuşdur. Həmçinin, məhkəmə cavabdehin iddiaçı qarşısında yarana borc öhdəliyinin məbləği ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, müvafiq abonent üzrə sayğac xx.xx.2019-cu il tarixdə quraşdırıldığndan, xx.xx.2011-ci il tarixdən həmin tarixədək olan müddət ərzində cavabdehin istifadə etdiyi su xidmətlərinə görə ödəməli olduğu aylıq abunə haqqının məbləği iddiaçı qismində çıxış edən su təchizatı müəssisəsinin özünün müəyyən etdiyi qaydada deyil, məhz qanununvericiliklə müəyyən olunmuş qaydada Tarif Şurasının müəyyən etdiyi 1 m3 sudan istifadəyə görə təsdiq edilmiş tarif əsasında hesablanmalıdır. Belə ki, iş materiallarından görünür ki, müvafiq qərar əsasında sayğac quraşdırılmadıqda 1 nəfər üçün aylıq su istehlakının 5 m3, habelə 1 m3 suyu qiymətinin 2011-2016-ci illər üzrə 0,30 manat, tullantı sularının axıdılmasına görə ximət haqqının qiyməti 0,6 manat , 2016-2019-cu illər üçün isə suyu qiymətinin 0,35, tullantı sularının axıdılmasına görə xidmət haqqı məbləğinin 0,15 manat məbləğində olması müəyyən edilmişdir. Həmçinin, iş materiallarında olan abonent haqqında məlumatlardan görünür ki, istehlakçı qimsində həmin abonent üzrə 3 nəfər olduğu qeyd olunmuşdur. Qeyd olunan halda, məhkəmə xx.xx.2011-ci il-xx.xx.2019-cu il tarix üzrə sudan istifadə edilməsinə görə xidmət haqqının məbləğinin aşkar müəyyən edildiyini (2011-2015-ci illər üçün 1 nəfər üçün 1 m3 su sərfiyyatının qiyməti 0,36 manat, 2016-2019-cu illər üçün 0,50 manat), habelə həmin abonent üzrə sudan istifadə edən şəxslərinin sayının 3 nəfər olması halının aşkar qeyd olunduğunu, 1 nəfər üçün aylıq su sərfiyyatının 5 m3 olması halının aşkar müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, istehlakçı qismində çıxış edən cavabdehin müvafiq abonent üzrə sayğac quraşdıırldığı xx.xx.2019-cu il tarixədək olan müddət üçün sudan istifadə olunmasına dair ödənilməli olan aylıq abunə haqqının məbləği qeyd olunan hallar əsas götürülməklə müəyyən edilməlidir. Bu halda, məhkəmə hesab edir ki, istehalkçı qismində çıxış edən cavabdehin müvafiq abonent üzrə iddiaçı qarşısında xx.xx.2011-xx.xx.2019-cu il tarixlər üçün ödəməli olduğu sudan istifadəyə görə abunə haqqının məbləği xx.xx.2011-ci ildən xx.xx.2016-ci il tarixədək olan dövrü üçün (3 nəfər üçün sudan istifadə xidmətlərinə görə aylıq abunə haqqı məbləğinin 5,40 manat olmaqla, illik abunə haqqının məbləği 64,8 manat olmaqla) 283,30 manat məbləğində, xx.xx.2016-cildən xx.xx.2019-cu il tarixədək olan dövr üçün (3 nəfər üçün sudan istifadə xidmətlərinə görə aylıq abunə haqqının məbləği 7,50 manat olmaqla, illik abunə haqqının məbləği 90 manat olmaqla) 279,50 manat olmaqla, ümumilikdə 562,80 manat məbləğində təşkil edir. Bundan əlavə, iş materiallarından görünür ki, istehlakçı qismində çıxış cavabdehin abonent üzrə xx.xx.2019-cu il tarixdə sayğac quraşdırılmışdır. Bu halda, məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2019cu il tarixdən xx.xx.2020-ciu il tarixədək olan dövrdə müvafiq abonent üzrə sudan istifadəyə görə ödəməli olduğu aylıq abunə haqqının məbləği məhz sayğacın müvafiq göstəriciləri əsasında müəyyən edilməlidir. İş materiallarında olan müvafiq abonent məlumatlarından görünür ki, istehlakçı qismində çıxış eədn cavabdeh tərəfindən su sərfiyatının 216 m3 olduğu, həmin sudan istifadəyə görə ödənilməli olan abunə haqqının məbləğinin ümumi 108 manat məbləğ olduğunu, cavabdeh tərəfindən 42 manat məbləğində abunə haqqı məbl\ğinin ödənildiyini, qalıq borcunun 66 manat məbləğ təşkil etdiyi qeyd olunmuşdur. Deməli cavabdehin 2019-cu il üzrə ödəməli olduğu aylıq abunə haqqının məbləği 66 manat təşkil edir. Həmçinin, iş matetiallarında olan abonent məlumatlarından görünür ki, xx.xx.2020-ci il üzrə cavabdehin su sərfiyyatı 113 m3, ödəməli olduğu abunə haqqının məbləği 56,5 manat, cavabdeh tərəfindən ödənilmiş abunə haqqının məbləğinin 48,50 manat təşkil etdiyini, qalıq borcunun 8 manat məbləğ təşkil etdiyi qeyd olunmuşdur. Deməli, cavabdehin xx.xx.2020-ci il üzrə sudan istifadəyə görə abunə haqqı borcunun məbləği 8 manat təşkil edir. Həmçinin, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən sudan istifadə edilməsinə dair xidmət haqqı məbləği üzrə müvafiq ödənişlər etdiyini bildirsə də, ona dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, cavabdehin müvafiq abonent üzrə sudan istifadəyə görə xidmət haqqı məbləğlərinin ödənilməsini, hansı məbləğdə ödənişlər etməsi halını yalnız abonent məlumatları əsasında müəyyən etmək mümkün olmuşdur. Bu halda, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ödənilmiş və müvafiq abonent məlumatında qeyd olunmuş, aşkar olan ödənilmiş abunə haqqı məbləğlərinin nəzərə alınması məqəsədmüvafiqdir. Beləliklə, məhkəmə araşıdrması zamanı istehlakçı qismində çıxış edən cavabdehin müvafiq abonent üzrə sudan istifadə olunmasına dair ödəməli olduğu xidmət haqqının məbləği ümumilikdə 636,8 manat məbləğində (xx.xx.2011-xx.xx.2019-cu illər üçü 562,80 manat, 2019-cu il üzrə 66 manat, 2020-ci il üzrə (xx.xx.2020-ci ilə qədər) 8 manat olmaqla) təşkil etmişdir. Ona görə də, məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, iddia tələbi yalnız cavabdehin iddiaçı qarşısında sudan sitifadəyə görə ödəməli olduğu xidmət haqqı məbləğinin aşkar olduğu hissədə təmin edilməli, qalan hissədə isə iddiaçı tərəfindən heç bir sübut təqdim edilməıdiyindən və həmin hissədə iddia tələbi əsasız olduğundan təmin edilməməlidir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüusmu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə 636,8 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış 636,8 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar