Məhkəmə qərarları › İş №2(002)-2259/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2259/2021

06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2259/2021 06.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcla əlaqədar pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borcla əlaqədar pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 1147,59 manat borcun və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 izahat verərək bildirdi ki, "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. Maliyyə arayışından və bildirişdən göründüyü kimi, abonent kodu **********00003 olan istehlakçı Cavabdeh X1 etməsi ilə bağlı hazırda iddiaçı "xxxx" ASC-nə 1147,59 manat borcu yaranmışdır. Qeyd etməyi zəruri hesab edir ki, abunə haqqında məlumatda, bildirişdə, eləcə də pretenziya məktubunda cavabdehin oğlu X5 qeyd olunsa da, həmin şəxs uzun müddətdir ki, həmin ünvanda yaşamır. Bu səbəbdən iddia ərizəsində həmin ünvanda yaşayan və elektrik enerjisindən faktiki istifadə edən B.Hüseynovun atası Cavabdeh kimi göstərilmişdir. Həmin ev cavabdehin ata-baba evidir və faktiki istehlakçı da özüdür. Müqavilənin bağlanması və borcun ödənilməsi ilə bağlı Cavabdeh dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elektrik enerjisinə görə borcunu bu günə qədər ödəməyərək "xxxx" ASC-nə zərər vurmuşdur. "xxxx" ASC-nin əməkdaşlarının hər ay cavabdehin ünvanına gələrək sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş-xəbərdarlıq (hesab-faktura) təqdim etməsi tələbin irəli sürülməsi, cavabdeh tərəfindən vaxtaşırı müəyyən ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməldir, cavabdeh vaxtaşırı ödənişlər etməklə tələb hüququ üzrə müddətin axımını kəsmişdir. Cavabdeh tərəfindən iddiaçı "xxxx" ASC-nə ödənilməli borc məbləği hazırda ümumi olaraq 1147,59 manat təşkil edir. Bu səbəbdən iddiaçı təşkilat iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim edilmiş sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıda göstərilən əsaslara görə əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, iş materiallarında olan 09.07.2021-ci il tarixli, 232352 saylı Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsinin surətindən görünür ki, məişət abonenti Cavabdeh "xxxx" ASC ilə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağlamaqdan imtina etmişdir. İş materiallarında olan abonent kodu **********00003 olan abunə haqqında çıxarışdan, 08.06.2021-ci il tarixli bildirişdən görünür ki, Sahil qəsəbəsi, ünvan 1 üzrə abonentin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə elektrik enerjisindən istehlaka görə 1147,59 manat borcu yaranmışdır. İş materiallarında olan 12.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, **********00003 kodlu abonent Cavabdeh X1 etməsi ilə bağlı "xxxx" ASC-nə olan borcu 1147,59 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC Qaradağ Rayon Enerji Təchizatı və Satış İdarəsi tərəfindən 17.08.2021-ci il tarixdə tərtib edilmiş və Qaradağ RETSİ-nin əməkdaşları tərəfindən təsdiq edilmiş Aktdan görünür ki, Sahil qəsəbəsi, ünvan 1 ünvanı üzrə (kod **********00003) kompüter bazasında qeydiyyatda olan X6 həmin ünvanda yaşamır. Araşdırmalar zamanı məlum olmuşdur ki, ünvanda elektrik enerjisi X3 atası Cavabdeh tərəfindən istehlak olunur. Bu səbəbdən abonentlə dəfələrlə danışıqlar aparmalarına baxmayaraq Cavabdeh qəsdən elektrik enerjisi haqqını ödəməkdən və müəssisə ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsinin bağlanmasından yayınmışdır. Həmin aktın sonunda olan qeyddən görünür ki, "xxxx" ASC-nin elektron informasiya bazasında qeyd olunan ünvan üzrə abunə kodu X3 adına açılsa da, həmin şəxs xeyli müddətdir ki, həmin ünvanda yaşamır. Lakin Cavabdeh həmin ünvanda yaşayır və elektrik enerjisinin istifadəçisidir, ev cavabdehin ata-baba evidir. İş materiallarında olan Cavabdeh məxsus şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, o, Sahil qəsəbəsi, R.Rzayev küçəsi, bina 10, mənzil 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS üzrə məlumat şöbəsi tərəfindən verilmiş 24.06.2021-ci il tarixli arayışdan görünür ki, X7 həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatda deyil. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, cavabdeh X1 etməklə yaranmış borcu ödəmədiyindən iddia tələbi X1yə görə yaranmış borcun cavabdehdən tutulması hissəsində əsaslıdır. Cavabdehin iddiaçıya ödəməli olduğu ümumi borcun 1147,59 manat olduğu müəyyən edilir. Ona görə də mülki iş üzrə sübutlara əsasən məhkəmə müəyyən edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.05.2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş X1 Qaydalarının 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olduğu öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddianın dövlət rüsumunun və bank xidməti haqqının tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, həmin tələb də təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 1147,59 manat məbləğində borc pul vəsaiti və 30 manat dövlət rüsumu, 0,40 manat bank xidməti haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar