Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2268/2020 20.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı və cavabdeh X5 iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı alimentin artırılması tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X6 qarşı alimentin artırılması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(002)-1902/2012 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının dəyişdirilərək, cavabdeh X3 xx xxxxxxx 2008-ci il təvəllüdlü X12 və xx xxxxxx 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 170 manat, iki uşağa görə 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, onunla cavabdeh X5 birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X17 və xx.xx.2009-cu il təvəllüdlü X7 adında iki uşaqları doğulmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən aralarındakı nikah 2012-ci ildə pozulmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qətnaməsi ilə alimentin məbləği iki uşağa görə 160 manat məbləğində müəyyən edilmişdir, daha sonra 2015-ci ildə hər uşağa görə 108 manat olmaqla cəmi 216 manat aliment müəyyən edilmişdir. Təyin edilmiş aliment məbləği ilə uşaqların getdikcə artan ehtiyaclarını təkbaşına ödəyə bilmir. Özü gözəllik salonunda işləməklə ayda cəmi 300 manat gəlir əldə edir. 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh heç olmasa hər uşağa 140 manat ödəsə, onların xərclərinin ödənilməsində çətinlik yaranmaz. Hazırda məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı cavabdeh X8 izahat verərək bildirdi ki, həqiqətən iddiaçı ilə birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X17 və xx.xx.2009-cu il təvəllüdlü X7 adında iki uşaqları vardır, hazırda uşaqlar iddiaçının himayəsindədir. Uşaqlara təyin edilmiş 216 manat alimenti çətinliklə ödəyir. Belə ki, işləmir, rəsmi gəliri yoxdur, yalnız qeyri-müəyyən vaxtlarda fəhlə kimi işləyir. İkinci dəfə ailə qurmuşdur, həmin nikahdan da bir uşağı doğulmuşdur. Hazırda hər uşağa görə yalnız 125 manat məbləğində aliment ödəyə bilər. Qeyd olunanlara əsasən, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2012-ci tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh X3 xx xxxxxxx 2012-ci ildən başlayaraq xx xxxxxxx 2008-ci ildə doğulmuş X12 və xx xxxxxx 2009-cu ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 80 manat, cəmi 160 manat sabit pul məbləğində alimentin tutulub Qasımova (Vəlixanova) Aysel Qənbər qızına verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 214791 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx xxxxxxx 2008-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Qasımov Nicatın atası X8, anası X9r. İş materiallarında olan AZ-İİ seriyalı, 392289 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx xxxxxx 2009-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Qasımov Nəsirullanın atası X8, anası X9r. İş materiallarında olan AZ-İ No 215905 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X14 arasında bağlanmış nikahın pozulması xx xxxx 2012-ci il tarixində qeydə alınmışdır, nikah pozulandan sonra qadına Vəlixanova soyadı verilmişdir. İş materiallarında olan Qaradağ rayonu İcra Hakimiyyəti başçısının Korgöz qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci tarixli arayışdan görünür ki, X8 1982-ci il təvəllüdlüdür, Korgöz qəsəbəsi, MİO-31 saylı evdə yaşayır və xx.xx.2016-cı il tarixdən işləmir. İş materiallarında olan AZ-İ seriyalı, 867777 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X8 xx.xx.2013-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar. Nikahları Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada Qasımova soyadı verilmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı, 469422 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx xxxxxx 2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Qasımova Ayanın atası X8, anası X2r. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə müvafiq olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyasının 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının MPM-nin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, yetkinlik yaşına çatmayan uşaqların mənafeyi, onların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ, tərəflərin maddi və ailə vəziyyəti, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olması, cavabdehin gəlirləri barədə konkret sübutların təqdim edilməməsi, iddiaçının işləməsi, tərəflərin izahatlarında göstərdiyi bütün hallar nəzərə alınaraq, iddia tələbi qismən təmin edilməli, təyin edilmiş alimentin məbləği qismən artırılmaqla xx xxxxxxx 2008-ci il təvəllüdlü X12 və xx xxxxxx 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin tutulması qət edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixindən başlayaraq xx xxxxxxx 2008-ci il təvəllüdlü X12 və xx xxxxxx 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdeh X3 hər ay hər uşağa görə 130 (yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-2268/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2268/2020
20.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver