Məhkəmə qərarları › İş №2(002)-2273/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2273/2024

24.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2273/2024 24.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı X9 iştirakları ilə İddiaçı X9 Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X13 Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli Barışıq Sazişinə əsasən bir uşağın saxlanması üçün hər ay bir uşağa görə | 125 manat sabit pul məbləğində aliment təyin olunması barədə Sazişə riayət olunmadığı üçün, alimentin məbləği artırılaraq Cavabdeh xx.xx.2015ci il tarixdə X8 və xx.xx.2016-cı il tarixdə X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 235 manat sabit pul məbləğində aliment olmaqla iki uşaq üçün cəmi 470 manat sabit məbləğdə alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X13 iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2023cü il tarixdə nikahın pozulması tələbinə dair iddiam təmin edilmişdir. Cavabdehlə nikahdan iki uşağı yəni xx.xx.2015-ci il tarixdə X8 və xx.xx.2016-cı il tarixdə X6 adlı uşaqları doğulmuşdur. Mediasiya Şurasının xx.xx.2023-cü il tarixli Barışıq Sazişinə əsasən cavabdehdən hər uşağa 125 manat olmaqla, iki uşağın saxlanması üçün 250 manat verməyə razılaşmışdı. X15 müəyyən müddət keçməklə cavabdeh alimenti ödəməkdən yayınaraq Barışıq Sazişini pozmuşdur. Hazırda Uşaqlar üçün yaşayış minimumu 235 manat miqdarında müəyyən edilmişdir. Cavabdeh uşaqlarına könüllü olaraq heç bir maddi yardım göstərmir, o, isə uşaqları saxlamaqda çətinlik çəkirdi. Cavabdeh müəyyən gəlirə malikdir. O, maraqlanmışdır ki, maddi vəziyyəti yaxşıdır. Cavabdeh fərdi əməklə məşğuldur, Kingsmart marketində SVİT bölməsində şirniyyatçı usta olmaqla həm kartla həmdə ələ əmək haqqı almaqla aylıq gəliri 1500-2000 manat arası dəyişir. O, isə hazırda uşağqarın gündəlik problemlərini həll etməkdə çətinlik çəkir. Nəzərə alsa ki, bu dövrdə hər şey bahadır. Bu barədə uşaqların atasına deyilsə də,o, könüllü olaraq alimenti artırmaq niyyətində deyildir. İddiaçı X13 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əlavə etdi ki, onların nikahı məhkəmə qaydasında pozulsa da , aliment ilə bağlı məhkəməyə ilk dəfədir müraciət etmişdir, yəni aliment ilə bağlı məhkəmə qətnaməsi mövcud deyildir. Onlar aliment ilə bağlı mediasiya prosesində aralarında barışıq sazişi bağlanaraq razılığa gəlmişdilər. Lakin artıq 3 aydır ki, cavabdeh alimenti ödəmir. Barışıq sazişi məhkəmə qaydasında təsdiq edilməmişdir O, həmçinin iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, Cavabdeh xx.xx.2015-ci il tarixdə X8 və xx.xx.2016-cı il tarixdə X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 235 manat sabit pul məbləğində aliment olmaqla iki uşaq üçün cəmi 470 manat sabit məbləğdə alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə iclasında izahatında qeyd etdi ki, iddia tələbinə etiraz etmir, işləyir, bir uşaq üçün 235 manat olmaqla, iki uşaq üçün cəmi 470 manat aliment ödəməyə razıdır. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq, cavabdehin etirafını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan AZ-İİİ seriyalı 657620 nömrəli və AZ-İİİ seriyalı 844367 nömrəli doğum haqqında şəhadətnamələrinin surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X1 anası X13, atası Cavabdehdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)- 2289/2023 saylı qətnaməsi Cavabdeh ilə X7 arasında Qaradağ rayon qeydiyyat şöbəsində xx.xx.2011-ci il tarixli 280 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah qeydinin pozulması qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X7 arasında olan nikaha Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-2289/2023 saylı qətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmiş və bu haqda nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023cü il tarixdə 395 nömrəli akt ilə qeyd edilmişdir. İş materiallarında olan 6 saylı Mediasiya Təşkilatında tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aralarında bağlanmış nikahın məhkəmə qaydasında pozulması, uşaqların analarının- X2 yanında və himayəsində saxlanmasına və birgə nikahdan olan uşaqların saxlanması üçün hər ay cəmi 250 manat məbləğində alimentin Cavabdeh X2 xeyrinə tutulmasına dair razılığa gələrək barışıq sazişi bağlamışdılar. İş materiallarında olan AZEMİS X5 cavabdehin gəlir məlumatları ilə bağlı verilmiş sorğuya cavabdan görünür ki, Cavabdeh AİRA" MMC-də “çörək ustası” vəzifəsində çalışır və əmək haqqısı 990 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak etməməsi barədə arayışdan görünür ki, iddiaçı aralarında olan ailə mübahisəsi ilə bağlı mediasiya təşkilatına müraciət etmiş və ona ilkin mediasiya sessiyasından sonrakı proesin davam etdirilməməisinə dair arayış( Mediasiya haqqında qanun 29.3-cü maddəsinə əsasən tərəflərdən biri və ya hər ikisi mediasiya prosesini davam etdirməyə razılıq vermədikdə, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışı tərəflərə təqdim edir.) verilmişdir. İş materiallarında olan Qaradağ rayon İHB-nın Qobustan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X3 rayonu,ünvan 1 ünvanında himayəsində ailə tərkibləri-xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X6 olmaqla qeydiyyatsız yaşayır. Məhkəmə araşdırması əsasında məlum olmuşdur ki, tərəflər arasında olan nikah məhkəmə qətnaməsi ilə pozulmuşdur. Onların birgə nikahdan iki yetkinlik yaşına çatmayan uşaqları var.Onlar arasında barışıq sazişinə əsasən uşaqlar iddiaçının himayəsində qalmasına dair razılıq əldə olunmuşdur və müvafiq hallar mülki işin mübahisəsiz hallarıdır. Hazırda iddiaçı iddia edir ki, cavabdeh birgə nikahdan olan uşaqlarının maddi təminatını qarşılamır və bu səbəbdən uşaqların saxlanması üçün cavabdehdən aliment tələb edir, cavabdeh isə məhkəmə iddia tələbinə etiraz etməyərək, iddiaçının xeyrinə hər ay bir uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat məbləğində aliment ödəməyə razı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. «Azərbaycan Respublikasında 2024-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-ci il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76,78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli Plenum qərarında qeyd edilmişdir ki, məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar – iddianın etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən cavabdehlərin iddianın etirafı ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsaən Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Hazırda məhkəmə hesab edir ki, cavabdehin fasiləsiz audio-vidoe yazısı aparılan xx.xx.2024-cü il tarixli məhkəmə iclasında etirafı qanuna zidd olmadığına və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə cavabdehin iddianın etirafı məhkəmə tərəfindən qəbul edilməlidir. Məhkəmə işin hallarını, uşaqların əsaslı mənafeyini, həmçinin cavabdehin etirafını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, aliment sabit pul məbləğində, bir uşaq üçün 235 manat olmaqla, iki uşaq üçün 470 manat məbləğində təyin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur Yuxarıda sadalanana qanunvericilik normalarını, mülki işin məhkəmə iclasında araşdırılmış hallarını, uşaqların əsaslı mənafeyini, həmçinin cavabdehin etirafını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü il tarixdən (məhkəməyə müraciət edilən vaxtdan) başlayaraq Cavabdeh iddiaçı X9 xeyrinə hər ay bir uşaq üçün 235(iki yüz otuz beş) manat olmaqla iki uşaq üçün cəmi 470(dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulmalıdır. Qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh iddiaçı X9 xeyrinə hər ay bir uşaq üçün 235(iki yüz otuz beş) manat olmaqla iki uşaq üçün cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə elektron kabinət vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar