Məhkəmə qərarları › İş №2(002)-2273/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2273/2025

12.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2273/2025 12.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 13853.48 manat məbləğində kredit borcu, 1130.64 manat məbləğində faiz borcu və 184.26 manat məbləğində cərimə borcu olmaqla, cəmi 15168.38 manat məbləğində pul vəsaiti və 135.5 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə iddia ərizəsi icraata qəbul edilməkdən imtina edilməlidir. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair e-2(002)-328/2025 saylı mülki iş vardır. Qeyd olunan mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, 2(002)-2273/2025 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, iş üzrə icraat ekspert rəyi Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə təqdim edilənədək dayandırılmışdır. Lakin İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ekspertiza tədqiqatının aparılması üçün zəruri olan sənədləri məhkəməyə təqdim etmək əvəzinə iş üzrə mövcud iddia ərizəsi məhkəmənin icraatında ola-ola eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa iddia ərizəsi qəbul etməkdən imtina olunmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin icraatında iş olduğundan mövcud iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina olunmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 267- 268-ci maddəsinə əsasən, QƏRARA ALDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verə bilərlər. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar