Məhkəmə qərarları › İş №2(002)-2283/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2283/2020

04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2283/2020 04.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı əsas borc, faiz borcu və dövlət rüsumunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı əsas borc, faiz borcu və dövlət rüsumunun tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 9500 manat əsas, 201 manat cərimə və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə həmin cəmiyyət arasında alğı-satqı müqaviləsi, qitmətlərin razılaşma protokolu və təhvil-təslim aktı imzalanmışdır. Müqaviləyə və X1 əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 14000 manat olan mal almışdır. Həmin məbləğin 4000 manatın ilkin olaraq ödəmişdir. Qalıq məbləğini, yəni 10.000 manatı xx xxxxxx 2020-ci il tarixli X1 əsasən qrafikə əsasən xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 1000 manat ödəməyi öhdəsinə götürmüşdür. Bun günə əsas məbləğ üzrə qalıq borc 9500 manat, cərimə borcu isə 201 manat təşkil edir. Bununla bağlı olaraq cavabdehə pretenziya məktubu da göndərilmişdir. Məhkəmə iclasında tərəflər iddia tələbləri üzrə məhkəməyə barışıq sazişi təqdim edərək, onun təsdiq olunmasını xahiş etdilər. Tərəflərin barışıq sazişi məhkəmə iclas protokoluna əlavə olunmaqla, məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Göstərilən Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflər barışıq sazişi bağladığından və həmin saziş məhkəmə tərəfindən təsdiq edildiyindən mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261- 262, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı əsas borc, faiz borcu və dövlət rüsumunun ödənilməsi tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanılmış və məhkəməyə təqdim edilmiş barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilsin. Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilir: Tətəflər, yəni İddiaçı MMC-nin Cavabdeh aşağıdakı şərtlərlə bu Barışıq Sazişini bağladılar: 1.Süleymanov Səid Süleyma oğlu etriraf edərək bildirir ki, İddiaçı MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən hal-hazırda borc 9000 manat təşkil edir;

2. Cavabdeh öhdəlik götürərək təsdiq edir ki, xx.xx.2020-ci il tarxili alğı-satqı müqaviləsinə əsasən yaranmış olan 9000 manat borcu və İddiaçı MMC tərəfindən məhkəməyə müraciət üçün ödənilmiş 30 manat dövlət rüsumunu ümumilikdə cəmi 9030 manat məbləğində pulu hər ay 500 manat olmaqla İddiaçı MMC-yə ödəcəyəkdir.

3. Cavabdeh 9030 manat məbləğində pulu hər ayın 30-dan etibarən hər ay 500 manatı vaxtıvaxtında İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürür.

4. İddiaçı MMC bu barışıq sazişi imzalandıqdan və məhkəmə tərəfindən təsdiq edildikdən sonra Cavabdeh qarşı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində qaldırılan iddia tələbindən imtina edir.

5. Bu barışıq sazişi 3 nüsxədə tərtib olunmuşdur, nüsxələr eyni hüquqi qüvvəyə malikdir, nüsxələrdən biri İddiaçı MMC-də biri Cavabdeh, digəri isə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində iş materiallarında saxlanılır. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildikdən və ya tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verə bilərlər.

Hakim:Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar