Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-229/2021 15.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, iddiaçı X2, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada avtomobilinə dəymiş ziyanın əvəzi olaraq 1525 manat məbləğində pulun və iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı X5 izahat verərək bildirdi ki, o, xx xxxxxxxx 2020-ci il tarixdə saat 18:20 radələrində özünə məxsus “Mersedes Benz E240” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı abtomobillə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi ilə hərəkətdə olarkən Cavabdeh2 sürücüsü Cavabdeh1 idarə etdiyi “İsuzu Saz” markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtobusla qoşa xətti kəsərək yolun əks istiqamətinə çıxmış və nəticədə yol nəqliyyat hadisəsi törədərək onun avtomobilinə ziyan vurmuşdur. Bu barədə inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh1 100 manat məbləğində cərimə edilmişdir. Həmin protokoldan da aydın olur ki, hadisənin baş verməsində təqsirkar şəxs Cavabdeh1 olmuş və onun təqsiri üzündən avtonəqliyyat hadisəsi baş vermişdir. Həmin avtonəqliyyat hadisəsi zamanı ona məxsus avtomobilə dəymiş ziyan avtoservis tərəfindən qiymətləndirilmiş və bu barədə zərər aktı tərtib edilmişdir. Ona məxsus avtomobilə 1525 manat məbləğində zərər dəymişdir. O, cavabdehlərdən dəfələrlə vurulmuş ziyanın ödənilməsini tələb etsə də, cavabdehlər müxtəlif bəhanələrlə ziyanı ödəməkdən boyun qaçırmışdır. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən göründüyü kimi Cavabdeh1 avtobusu digər Cavabdeh2 tərəfindən verilən yol vərəqəsinə əsasən idarə etmişdir, belə olan təqdirdə hər iki cavabdeh ona dəymiş ziyana görə məsuliyyət daşıyır. Avtomobilin təmir xərci və onun maşınsız qaldığı dövrdə çəkdiyi xərclər iddia tələbindən də artıq olmuşdur. Hazırda iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh1 izahat verərək bildirdi ki, həqiqətən xx xxxxxxxx 2020-ci il tarixdə Cavabdeh2 sürücüsü kimi idarə etdiyi “İsuzu Saz” markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtobusla yol nəqliyyat hadisəsi törədərək iddiaçının avtomobilinə ziyan vurmuşdur. Lakin ekpert rəyi ilə razılaşmayaraq hesablanmış zərərin dəyərini həddən artıq şişirdilmiş hesab edir, vurulmuş zərər düzgün hesablanmadığına görə iddia tələbinə etiraz edir. Məhkəmə baxışı zamanı digər Cavabdeh2 nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, həqiqətən hadisə zamanı Cavabdeh1 onların işçisi olmuşdur. İddiaçının avtomobilinə ziyan dəydiyini qəbul edir, lakin ekspert rəyi ilə razılaşmayaraq hesablanmış zərərin dəyərini həddən artıq şişirdilmiş hesab edir, vurulmuş zərər düzgün hesablanmadığına görə iddia tələbinə etiraz edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən əsaslı hesab edilərək qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “xxxx” ASC-nin işçiləri baş mühəndis İbrahimov Vüqar, dəmirçi Dadaşov Vaqif və rəngsaz Həbibov Həbib tərəfindən tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş zərər aktından görünür ki, X3 məxsus MERCEDES BENZ E240 MİNİK markalı **-CY-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmiş və dəymiş zərər 1525 manat məbləğində müəyyən edilmişdir İş materiallarında olan 367 nömrəli sərnişin avtonəqliyyatı üçün yol vərəqəsinin surətindən görünür ki, Cavabdeh2 tərəfindən Cavabdeh1 “İSUZU SAZ AVTOBUS” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə etmək üçün xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək yol vərəqəsi verilmişdir. İş materiallarında olan AD No 864770 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “MERCEDES BENZ E240 MİNİK” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4r. İş materiallarında olan AP No ******* saylı inzibati xəta haqqında protokolun və MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətlərindən görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinə görə Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 9/5329 nömrəli ekspert rəyindən görünür ki, “Mersedes Benz E240 minik” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1425 manat müəyyən edilmişdir. Ekspertiza xərci 100 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında izahatlara və mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, xx xxxxxxxx 2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinə görə digər cavabdehin işçisi qismində Cavabdeh1 təqsirli bilindiyi və hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə maddi ziyanın vurulduğu tərəflər arasında mübahisə doğurmur. Dəymiş ziyanın məbləği barədə mübahisə olduğundan mülki iş üzrə ekspertiza keçirilmiş və ekspert rəyi alınmışdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia ekspert rəyi ilə müəyyən edilmiş hissədə qismən əsaslı hesab edilərək qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də ödənilmiş tələblərin məbləğinə münasib olaraq qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan, ekspertiza xərcinə görə iddiaçı X1 10 manat, cavabdehlərdən 90 manat məbləğində pul tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada dəymiş ziyanın əvəzi olaraq 1425 (min dörd yüz iyirmi beş) manat pul və 28 manat (iyirmi doqquz) manat dövlət rüsumu tutularaq iddiaçı X3 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza xərcinə görə iddiaçı X1 10 (on) manat, cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada 90 (doxsan) manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına ödənilsin: Büdcə təsnifatının kodu:142319, büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci, SAP (XİİS) hesabı: Dövlət Xəzinədarlığı Agentliyi, kodu:210005, VÖEN:**********, müxbir hesab:AZ41NABZ**********0000003944, SWİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN:**********, hesab:AZ34CTRE********************. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-229/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-229/2021
15.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver