Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2293/2024 12.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4500 manat və 5000 manat məbləğində pulun və 115 manat dövlət rüsumunun, cəmi 9615 manat pulun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, o, tanışı Cavabdeh ilə 8 saylı notariat ofisində 30 avqust 2023-cü il tarixdə kredit müqaviləsi bağlayaraq sonuncuya 5000 manat pulu notariusun depozit hesabı vasitəsilə borc olaraq vermişdir. Borc alan Cavabdeh ondan borc aldığı 5000 manat pulu xx.xx.2023-cü il tarixə kimi qaytarmağı öhdəsinə götürmüşdür. Müəyyən səbəblərə görə cavabdeh borcu qaytara bilmədiyindən borcun qaytarılma mnüddətinin artırılması üçün 04 oktyabr 2023-cü il tarixdə müqaviləyə düzəlişə dair yeni müqavilə bağlamışlar, həmin müqaviləyə görə 5000 manat pulu xx.xx.2024-cü il tarixədək geri almaq barədə razılığa gəlmişlər. Eyni zamanda həmin tarixdə, yəni 04 oktyabr 2023-cü il tarixdə Cavabdeh ilə 8 saylı notariat ofisində kredit müqaviləsi bağlamaqla, 4500 manat pulu Rəşada notariusun depozit hesabı vasitəsilə borc olaraq vermişdir. Borc alan Cavabdeh ondan borc aldığı 4500 manat pulu xx.xx.2024-cü il tarixə kimi qaytarmağı öhdəsinə götürmüşdür. Müddət bitsə də, cavabdeh borcunu qaytarmaq istəmir və hər dəfə müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınır. Hazırkı vaxta kimi onun 9500 manat pulunu qaytarmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmişdir və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, həqiqətən qeyd olunan borc məbləğlərini, yəni iki kredit müqaviləsi üzrə cəmi 9500 manat pulu borc olaraq götürmüş, lakin maddi vəziyyəti ağır olduğuna görə ödəyə bilməmişdir. Hazırda tələb olunan məbləğin ondan tutulmasına etirazı yoxdur. Qeyd olunanlara əsasən, iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan yazılı sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli notarial qaydada bağlanmış kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh 5000 manat məbləğində borc vermiş, Cavabdeh həmin borcu 30 noyabr 2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli notarial qaydada bağlanmış müqaviləyə düzəlişə dair müqavilənin surətindən görünür ki, İddiaçı Bakı şəhəri 8 saylı notariat ofisində Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə bağladıqları 3M-338 reyestr nömrəli kredit müüqaviləsi üzrə borc verilmiş 5000 manat pulun xx.xx.2024-cü il tarixədək qaytarılması barədə razılığa gəlmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli notarial qaydada bağlanmış kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh 4500 manat məbləğində borc vermiş, Cavabdeh həmin borcu 28 fevral 2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən, borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan hüquq normalarının tələblərinə və mülki iş üzrə sübutlara, o cümlədən tərəflərin izahatlarına, notarial qaydada bağlanmış kredit müqavilələrinə əsasən məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli və xx.xx.2023cü il tarixli kredit müqavilələrinə əsasən, cavabdeh iddiaçıdan ümumilikdə 9500 manat məbləğində borc pul almış və həmin borcu 28 fevral 2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüş, lakin hal-hazıradək həmin borc məbləğini qaytarmamışdır. Bu səbəbdən iddia tələbi cavabdehdən 9500 (doqquz min beş yüz) manat məbləğində borc pul vəsaitinin tutulması hissəsində əsaslıdır. Məhkəmə iddianın dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 9500 (doqquz min beş yüz) manat məbləğində borc pul vəsaiti və 115 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-2293/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2293/2024
12.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver