Məhkəmə qərarları › İş №2(002)-2305/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2305/2020

18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2305/2020 18.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Həsənzadə Zöhrə Ədalət qızının katibliyi, tərcüməçi X4, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X8 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X8 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X5 3000 (üç min) manat borcun və hüquqi yardımın göstərilməsi üçün 80 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, o, xx.xx.2020-ci il tarixində sosial şəbəkələr vasitəsi ilə tanış olduğu X8 iki həftə ərzində hissə-hissə olmaqla, cəmi 2870 manat məbləğində pulu bir neçə günə, yəni iyun ayının sonuna qədər qaytarmaq şərti ilə borc vermişdir. Borc məbləğinin geri qaytarılması ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq etsə də müraciətləri nəticəsiz qalmışdır. Cavabdehin istifadəsində olan mobil telefonla apardığı danışıqların çıxarışı iş materiallarına əlavə edilmişdir. Cavabdeh öz yazışmalarında bir neçə dəfə, o cümlədən xx xxxx 2020-ci il tarixdə ona 2870 manat borcunun olduğunu etiraf etmişdir. O, cavabdehin hərəkətlərinə hüquqi qiymətin verilməsi üçün məcbur olub Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə rəsmi qaydada müraciət etmiş, nəticə etibarı ilə cinayət işinin başlanması rədd edilmiş və borc mübahisəsinin həll edilməsi üçün mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Eyni zamanda qeyd edir ki, iddia ilə bağlı hüquqi yardımın göstərilməsi üçün ASAN xidmət mərkəzində 80 manat məbləğində xərc çəkmişdir. Borcun geri qaytarılması üçün çəkdiyi əziyyəti və yol xərclərini də nəzərə alaraq iddia tələbində borc məbləğini 3000 manat göstərmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh X9 məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, o, iddiaçının yaxın tanışıdır. İddiaçı bu ilin iyun ayında ondan bir həftəyə qaytarmaq şərtilə 1600 manat borc almışdır. Daha sonra onunla görüşəndə X3 adında şəxsə ümumilikdə 2870 manat borc pul verdiyini, həmin şəxsin pulu qaytarmadığını və onun telefon zənglərinə cavab vermədiyini bildirdi. Rəfiqənin xahişi ilə Arifin telefon nömrəsinə zəng etmişdir, Arif həqiqətən Rəfiqəyə 2870 manat borcunun olduğunu, hazırda pulunun olmadığını, lakin bir həftəyə borcunu qaytaracağını bildirdi. Bir həftə sonra zəng vurduqda isə Arif zənglərə cavab vermədi. Məhkəmə, izahatı və şahidin ifadəsini dinləyib, iş materiallarında olan yazılı sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, X9 adlı şəxsin İddiaçı pulu borc olaraq aldığı və şikayətə mülki qaydada baxılmalı olduğu qeyd olunaraq cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır İş materiallarında olan İddiaçı (***-***-**-**) ilə X9 (***-***-**-**) arasında olan whatsapp yazışmalarının surətindən görünür ki, X9 İddiaçı cəmi 2870 manat borcunun olduğunu və qaytaracağını dəfələrlə təsdiq etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən mülki iş üzrə sübutlara, o cümlədən iddiaçının izahatına, şahidin ifadəsinə, Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətinə, tərəflər arasında whatsapp yazışmalarının surətinə və sadalanan hüquq normalarının tələblərinə əsasən müəyyən edildi ki, cavabdeh iddiaçıdan 2870 manat məbləğində borc pul almış və həmin borcu qaytarmağı öhdəsinə götürmüş, lakin həmin öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddia tələbi 2870 manat məbləğində pulun tutulması hissəsində əsaslı hesab olunaraq təmin edilməlidır. Bundan əlavə, məhkəmə iddianın hüquqi yardıma görə xərc hissəsini araşdıraraq və xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli mədaxil qəbzlərini nəzərə alaraq müəyyən edir ki, həmin tələb əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 121.1ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X5 2870 (iki min səkkiz yüz yetmiş) manat məbləğində borc pul vəsaiti və hüquqi yardım xidmətinə görə 80 (səksən) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar